...

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi Qazaxıstan prezidenti Nazarbayevə qarşı təhqirli münasibət nümayiş etdirir

Siyasət Materials 31 Oktyabr 2014 12:09 (UTC +04:00)
"Ermənistan siyasilərini fikrincə, Avrasiya İqtisadi Birliyinin təsisçiləri RF, Qazaxıstan və Belarus Ermənistana yaxşı münasibət bəsləmir, qeyri-dostlardır. AİB-in hər üç təsisçisi Azərbaycana daha üstün dəyər verirlər".
Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi Qazaxıstan prezidenti Nazarbayevə qarşı təhqirli münasibət nümayiş etdirir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Ermənistan siyasilərini fikrincə, Avrasiya İqtisadi Birliyinin təsisçiləri RF, Qazaxıstan və Belarus Ermənistana yaxşı münasibət bəsləmir, qeyri-dostlardır. AİB-in hər üç təsisçisi Azərbaycana daha üstün dəyər verirlər". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, hakimiyyətə yaxın ekspertlər belə düşünür ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı yazılan yazıların sayı əndazəni aşıb, bu mövzuda yazılan yazıların böyük əksəriyyəti erməni jurnalistlərin təxəyyülünün məhsuludur. Ermənistanın isə AİB-ə üzv olmasının əsas səbəbi məhz Dağlıq Qarabağın özündə saxlamaq istəməsidir. Azərbaycan heç zaman AİB-ə üzv olmayacaq. Amma bununla belə üzv olacağı təqdirdə dərhal Dağlıq Qarabağı geri qaytaracaqdır:

"Qazaxıstan prezidenti N.Nazarbayevin adı neqativ tonda daha çox hallandırılır. Hətta Yerevana yaxın kəndlərin birində N.Nazarbayevin adına olan küçənin adının dəyişdirilməsi məsələsini aktuallaşdırıblar. Küçənin N.Nazarbayevin adına qoyulmasının səbəbi isə həmin əslən həmin kənddən çıxmış erməninin Qazaxıstanda konyak zavoduna N.Nazarbayev tərəfindən direktor təyin olunmasıdır. Qazaxıstandakı erməni diasporunun inkişafı və fəaliyyəti də məhz həmin erməninin hesabınadır. Qazaxıstandakı erməni diasporu isə Mərkəzi Asiya regionunda dayaq rolundadır".

Onun sözlərinə görə, AİB-in Minskdəki sammiti zamanı N.Nazarbayevin Ermənistanın AİB-ə üzvlüyündə bütün məsələlərin razılaşdırıldığını deməsi bir neçə istiqamətli yozumlara şərait yaradıb: "N.Nazarbayevin dediyi konsensus AİB-in təsisçiləri olan Qazaxıstanla RF arasındadır, Ermənistanın bu məsələdə rolu və iştirakı yoxdur. RF Ermənistan- Azərbaycan sərhədini öz nəzarətinə götürür. Ermənistan- Azərbaycan sərhədinin Rusiya tərəfindən mühafizəsi Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana qaytaracaq, amma bu proses qəfildən deyil, tədricən baş verəcəkdir. Bu səbəbdən N.Nazarbayev iddiasından geri çəkildi və kompromisdən danışdı. Ermənistanın rəsmi təmsilçiləri bu kompromisin mahiyyətini açıqlamaqdan imtina edirlər. Amma kompromisin Ermənistanın xeyrinə olduğunu başa salmağa çalışırlar. Parlamentin spikeri Q. Saakyan və baş nazir O.Abramyanın jurnalistlərin bu mövzudakı suallarına cavab verərkən N.Nazarbayevə qarşı təhqirli münasibət bildirmələri də göstərir ki, N.Nazarbayevin mövqeyində baş verən dəyişiklik Ermənistanın xeyrinə deyil.

Qazaxıstanın və N.Nazarbayevin nüfuzu MDB məkanını çoxdan aşıb. N.Nazarbayev təkcə "Avropa-Asiya" forumunda verdiyi ideyaların mahiyyətini S.Sarkisyanın dərk etməsi müşkül məsələdir. Dünyanın yeni arxitekturası və xəyanət fərqli müstəvilərdədir. Amma bir şey bəllidir: Erməni etnokriminallığının RF və ABŞ-da yayılma sürəti N.Nazarbayevin ideyalarının dünyada yayılma sürətindən daha çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti