...

Fuad Muradov Böyük Britaniyanın naziri ilə görüşüb

Siyasət Materials 6 Noyabr 2014 13:01 (UTC +04:00)
Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov Bakıya səfərə gələn Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb.
Fuad Muradov Böyük Britaniyanın naziri ilə görüşüb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov Bakıya səfərə gələn Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb.

Trend-in məlumatına görə, F. Muradov D. Linqtona ölkəmizin Avropanın nufuzulu qurumları ilə səmərəli əməkdaşlıq qurduqlarını bildirib. Deputat qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqılı etimada söykənir.

D. Linqton bildirib ki, Azərbaycanın siyasi və iqtisadi uğurları barədə kifayət qədər məlumatları var. Nazir Azərbaycanın Avropanı enerji təhlükəsizliyini təmin edən vacib bir ölkə olduğunu deyərək bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Görüş zamanı Avratlantik strukturlarla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti