...

Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq üzrə bəyannamə imzaladılar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Noyabr 2014 18:19 (UTC +04:00)
Azərbaycan və Macarıstan bu gün strateji tərəfdaşlıq üzrə bəyannamə imzalayıblar.
Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq üzrə bəyannamə imzaladılar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:41-də yayılıb)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Aygün Bədəlova/

Azərbaycan və Macarıstan bu gün strateji tərəfdaşlıq üzrə bəyannamə imzalayıblar. Bu barədə Trend "Budapest Business Journal"a istinadən məlumat verir.

Bu gün Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla görüşü olub.

V.Orban görüşdə deyib ki, Azərbaycan qazının tədarükü Macarıstan və bütün Avropanın marağındadır.

Onun sözlərinə görə, mövcud müqavilələr Azərbaycan qazının Şərqi Avropaya tədarükünü təmin edir, lakin qazın Mərkəzi Avropaya nəqli üçün də şərait yaradıla bilər.

Baş nazir Avropa İttifaqının üzv ölkələrini ilk addım kimi vahid enerji bazarını yaratmağa və ölkələrin qaz şəbəkəsini birləşdirməyə çağırıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa üçün enerji resurslarının yeni tədarükçüsü olacaq, ölkə isə öz növbəsində, Avropa bazarına çıxacaq. Bu barədə Trend "Politics.hu" agentliyinə istinadən məlumat verir.

Azərbaycan Prezidenti Macarıstanın Baş naziri ilə birgə mətbuat konfransında iki ölkə arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, o, Azərbaycan bazarında, xüsusilə kənd təsərrüfatı, su resurslarının idarə edilməsi və infrastrukturun inkişafı sahələrində Macarıstan şirkətlərinin işini alqışlayır.

Ölkələr arasında strateji tərəfdaşlıq üzrə bəyannamənin imzalanmasına gəlincə, İljham Əliyev bildirib ki, bəyannamədə iki ölkənin ümumi məqsədləri qeyd edilib və sənəd Azərbaycan və Avropa İttifaqı arasında uğurlu əməkdaşlığı və əlaqələrin gələcək inkişafını təmin edəcək.

Prezident dialoqun davam etdirilməsi üçün Macarıstanın Baş nazirini Bakıya səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti