...

Ərdoğan PKK ilə "İslam Dövləti" yaraqlıları arasında fərq görmür

Siyasət Materials 27 Noyabr 2014 10:24 (UTC +04:00)
Avropa ölkələri Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətinin leqallaşdırılmasında maraqlıdırlar.
Ərdoğan PKK ilə "İslam Dövləti" yaraqlıları arasında fərq görmür

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa ölkələri Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətinin leqallaşdırılmasında maraqlıdırlar. Trend-in cümə axşamı Türkiyənin "Kanal7" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Avropa ölkələri "İslam Dövləti" yaraqlılarına qarşı antiterror əməliyyatlarını fəal şəkildə dəstəkləsələr də, nə üçünsə PKK yaraqlılarının hərəkətlərinə göz yumurlar.

Ərdoğanın sözlərinə görə, o, "İslam Dövləti" yaraqlıları ilə PKK arasında fərq görmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti