...

Koreyalılar Müdafiə Sənayesi Nazirliyində olublar

Siyasət Materials 28 Noyabr 2014 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Junq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə MSN-in fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Koreya arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Koreyanın Azərbaycandakı səfirinin birinci katibi də görüşdə iştirak edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti