...

Bəhreynin baş naziri hökumətin buraxıldığını elan edib

Siyasət Materials 30 Noyabr 2014 23:18 (UTC +04:00)
Bəhreynin baş naziri şeyx Xəlifə bin Salman Əl-Xəlifə krallıq hökumətinin buraxıldığını elan edib.
Bəhreynin baş naziri hökumətin buraxıldığını elan edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Bəhreynin baş naziri şeyx Xəlifə bin Salman Əl-Xəlifə krallıq hökumətinin buraxıldığını elan edib. Bu qərarı hökumət rəhbəri deputatlar Palatasına keçirilmiş seçkilərlə əlaqədar qəbul edib. Trend Lenta.ru saytına istinadən bu barədə Bahrain News Agency xəbər verir.

"Konstitusiyanın 33-cü maddəsinə əsasən, yeni parlamentin işə başlaması ilə əlaqədar hökumət istefaya getməlidir, bununla bağlı kabinetin istefası barədə, Əlahəzrət kral Həmədə ərizə verəcəyəm", - baş nazirin bəyanatında deyilir.

Şənbə günü, noyabrın 29-da krallıqda ümumi parlament seçkilərin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, parlamentdə 27 yeri sünnü deputatlar, 14 yeri isə şiələr deputatlar tutublar.

Xəbər lenti

Xəbər lenti