...

Azərbaycan silahların ixracına nəzarətlə bağlı beynəlxalq tədbirdə təmsil olunacaq

Siyasət Materials 3 Dekabr 2014 12:06 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri Belçikada beynəlxalq tədbirdə iştirak edəcəklər.
Azərbaycan silahların ixracına nəzarətlə bağlı beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri Belçikada beynəlxalq tədbirdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 4-dən 5-dək Belçikanın paytaxtı Brüssel şəhərində "İkili təyinatlı malların və silahların ixracına nəzarət sahəsində Avropa İttifaqının əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi" üzrə tədbir keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti