...

Buxarestdə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2014 19:24 (UTC +04:00)
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anma mərasimi keçirilib.
Buxarestdə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anma mərasimi keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, anma mərasimində səfirliyin, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin, Qara Dəniz-Xəzər Dənizi Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Beynəlxalq Fondun əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, türk-tatar icmasının nümayəndələri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Buxarest şəhərində ucaldılan büstü önünə əklillər qoyulub.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdiriblər.

Tədbir yerli KİV-də işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti