...

ABŞ Azərbaycan Prezidentinin əfv sərəncamını düzgün addım hesab edir

Siyasət Materials 30 Dekabr 2014 10:30 (UTC +04:00)
ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını düzgün addım hesab edir.
ABŞ Azərbaycan Prezidentinin əfv sərəncamını düzgün addım hesab edir

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Cəmilə Cəfərova/

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını düzgün addım hesab edir. Bu barədə Trend Dövlət Departamentinin saytına istinadən xəbər verir.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib ki, ABŞ Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunması üzrə öhdəlikləri yerinə yetirməyə, digər məhbuslarla bağlı da bu addımın atılmasına çağırır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv olunanlar arasında "Nida" Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.

Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti