...

Mövlud Çavuşoğlu: Türkiyə fəal xarici siyasət yürütməyə məcburdur

Siyasət Materials 5 Yanvar 2015 13:27 (UTC +04:00)
Türkiyə fəal xarici siyasət yürütməyə məcburdur.
Mövlud Çavuşoğlu: Türkiyə fəal xarici siyasət yürütməyə məcburdur

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə fəal xarici siyasət yürütməyə məcburdur. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkiyə səfirlərinin 7-ci konfransında çıxış edərkən bildirib. Bu barədə bazar ertəsi Trend ölkənin "TRT Haber" telekanalına istinadən xəbər verir.

XİN rəhbərinin sözlərinə görə, qonşu ölkələrdə cərəyan edən hadisələr Türkiyəni daha fəal olmağa vadar edir.

Çavuşoğlu onu da qeyd edib ki, Türkiyə Suriya probleminin nizamlanmasına tərəfdar olduğu halda, başqa ölkələr bu problemə biganə yanaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti