Mübariz Əhmədoğlu: Ermənistanın imici satqın və quldur Serj Sarkisyan imici ilə eyniləşdi

Mübariz Əhmədoğlu: Ermənistanın imici satqın və quldur Serj Sarkisyan imici ilə eyniləşdi

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"2014-cü il Ermənistanın reytinqinin hədsiz çox aşağı düşdüyü ildir. Qərbdə və Şərqdə heç kim Ermənistanı ciddi hesaba almadı. Avrasiya İqtisadi Birliyinin Qazaxıstan, Belorus və Moskvadakı sammitlərində Ermənistanın Prezidenti Serj Sarkisyanın davranışı Ermənistan mətbuatında ciddi müzakirə mövzusu olub". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, S.Sarkisyanın yaxın ətrafı həmişə izah etməyə çalışıb ki, S.Sarkisyanın davranışı lider davranışı idi:

"AİB-in Astana sammitində Qazaxstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ tənzimlənməsi üzrə Ermənistanın uydurma maraqlarının ziddinə bəyanat verdi, Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxudu. S.Sarkisyan susdu. Onun administrasiyası bunu liderə yaraşan diplomatik manevr adlandırdı. S.Sarkisyan Ermənistana qayıtdıqdan sonra isə həmin mövzu üzrə "xoruzlandı". S.Sarkisyan Belorusun paytaxtı Minsk şəhərində MDB, AİB və KTMT sammitlərində iştirak zamanı da Ermənistanın müstəqilliyinə və Dağlıq Qarabağ siyasətinə toxunan addımlara heç bir reaksiya vermədi. Yenə Ermənistan mətbuatı S.Sarkisyanın liderlik keyfiyyətini müzakirə obyektinə çevirdi. Rəsmilər yenidən özlərini təkrarladılar".

M.Əhmədoğlu vurğulayıb ki, AİB və KTMT-nin Moskva sammitləri zamanı da S.Sarkisyan Ermənistanı AİB-ə üzv qəbul etdiklərinə görə AİB təsisçilərinə minnətdarlıq etdi:

"Belorus prezidenti Aleksandr Lukaşenkonun parlaq çıxışından sonra çıxış etməyin mənasız olduğunu bildirdi. Prezident aparatının rəsmiləri S.Sarkisyanın bu sammitdə də özünü əsl lider kimi apardığını bildirdilər. Avrasiya İqtisadi Birliyi və KTMT Rusiya məkanı hesab edilir. Bu məkanda il ərzində keçirilən tədbirlərin heç birisində S.Sarkisyanla heç bir ölkənin prezidenti rəsmi görüş keçirmədi, onu qəbul etmədi. Daha rüsvayçı vəziyyət Qərb məkanındadır. S.Sarkisyan BMT BA-nın 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-da oldu, bir sıra əlavə tədbirlərdə iştirak etdi, ABŞ-a səfərinin müddətini bir qədər uzatdı. Bununla belə, Vaşinqtonun heç bir təmsilçisi Ermənistan dövlət başçısı ilə görüşmədi; NATO-nun Uels sammiti zamanı Böyük Britaniya və tədbirdə iştirak edən digər dövlət rəsmilərindən də heç kim S.Sarkisyana vaxt ayırmadı; Vatikana səfəri zamanı S.Sarkisyan istədiyinə nail olmadı. Vatikan ümumiyyətlə Ermənistanın xristianlıqdakı iddia olunan rolunu inkar edir. Vatikanın fikrincə, xristianlıq erməni xalqının inkişafında həlledici rol oynayıb. Bu kontekstdə "Ermənistanın xristianlığı qəbul edən ilk dövlət" olması tezisi tamamilə iflasa uğradı. Vatikan Roma Papasının Türkiyəyə səfər zamanı həm də Ermənistana səfər etməklə bağlı Ermənistanın təklifini rədd etdi. Roma Papası Fransisk Türkiyəyə səfəri zamanı ən az diqqət verdiyi məsələ ermənilərə aid mövzular idi. Vatikan İtaliyanın ərazisində yerləşir. S.Sarkisyanın İtaliyanın ərazisində olmasına baxmayaraq İtaliya rəsmilərindən heç kim S.Sarkisyanla görüşmədi. Həmin dövrdə İtaliyanın Xarici İşlər naziri F.Moqerini Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali təmsilçisi vəzifəsinə təyin edilmişdi. Bəlkə də S.Sarkisyan məhz elə onunla görüşmək üçün İtaliya ərazisinə səfər etmişdi".

Politoloq qeyd edib ki, Avropa Xalq Partiyasının qurultayında iştirakda S.Sarkisyanın ən əsas məqsədi Aİ-nin yeni rəhbərliyilə görüşüb, Ermənistanın yeni "avrocanlanmanı" müzakirə etmək istəyirdi. M.Əhmədoğlu vurğulayıb ki, qurultayda Avrokomissiyanın sədri J.K.Yunkerin və Aİ-nin prezidenti D.Tuskun iştirak etməsinə baxmayaraq onlar da S.Sarkisyanı qəbul etmədilər:

"Ermənistan prezidenti S.Sarkisyan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş yubiley tədbirində sensasiyalı çıxış etdi: Sən demə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üçüncü dövlətə qarşı yönəlibmiş. S.Sarkisyan Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramının İsveç və Polşanın təşəbbüsü olduğunu və bu dövlətlərin, xüsusilə Polşanın Rusiyaya münasibətini çox gözəl bilir. "Şərq Tərəfdaşlığı" Proqramının başladığı 2009-cu ildən üzü bəri Rusiya hər ildə bir neçə dəfə Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramının Rusiyanın əleyhinə yönəldiyini rəsmi şəkildə bəyan edib. S.Sarkisyan Aİ ilə antirusiya mahiyyətli danışıqlar apararkən, Aİ-yə üzv bəzi dövlətlərin rəhbərlərilə Şimali Qafqazda vəziyyəti müzakirə edərkən və o zamanki baş nazir T.Sarkisyan prezident S.Sarkisyanın tapşırığı ilə Avropa İttifaqının rəhbərləri və avroparlamentarilərilə Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyü barədə danışıqlar apararkən bunların mahiyyətini bilməməsi qeyri-mümkündür. "Ermənistanın Avropa ilə eyni dəyərin daşıyıcısı olduğu, amma arzuolunmadan SSRİ-nin tərkibinə düşməsi" tezisinin də müəllifi S.Sarkisyandır. İndi həmin S.Sarkisyan Avropa İttifaqını Ermənistanı antirusiyaçılığa sürükləməkdə ittiham edir. Avrokomissarları aldatdı, Ermənistanın "demokratikliyinə sənəd aldı", Aİ-dən doyunca yardım dartdı və sonradan geri çəkildi. Amma sakit dayanmır, Aİ-ni şərləyir. Bu, ermənilərin avrodəyərli lideri S.Sarkisyanın orijinal əclaflığıdır".

Politoloqun sözlərinə görə, İranın da Ermənistana münasibəti dəyişilib:

"Satqınlığa, xəyanətə vərdiş vermiş S.Sarkisyan 2014-cü ildə həm Rusiyanın, həm Aİ-nin, həm də İranının qarşısında özünü ifşa etdi. ABŞ mətbuatında S.Sarkisyanın adı narkotik maddələrin və brilyant dövriyyəsində, eləcə də beynəlxalq intriqalarda hallandı. Ermənistan vətəndaşlarının və ermənilərin kriminal aktivliyi sürətlə inkişaf edir. S.Sarkisyan və Katolikos II Qaregin erməni etnokriminallığının hamiləri və şərikləridir. S.Sarkisyan yalançıdır. Bütün siyasi manerası S.Sarkisyanın yalançı və blef ustası olduğunu sübut edir. S.Sarkisyan saxtakardır. Sovet komsomolu ideyasını bir anın içərisində erməni millətçiliyi ideyasına dəyişdi. S.Sarkisyanın sabit tərcümeyi-halı yoxdur. Xristian dəllallığı da onun saxtalığının nəticəsidir. S.Sarkisyan cinayətkardır. Əli azərbaycanlıların qanına batıb. Dağlıq Qarabağ ərazisindəki azərbaycanlılarının soyqırıma və deportasiyaya məruz qalmasında şəxsən iştirak edib. Xocalı soyqırımının iki müəllifindən biridir. S.Sarkisyan xəyanətkardır. Rusiyanın kifayət qədər inamını qazandı, sonradan ona arxadan xəncər sapladı. Avropa İttifaqını onun "Şərq Tərəfdaşlığı Proqramına" Ermənistanın qoşulacağına tam inandırmışdı. Bir gecənin içində Aİ-yə xəyanət etdi. Bütün azərbaycanlı dostlarına, onun əcdadlarını himayə edən azərbaycanlılara xəyanət etdi".

Politoloq əlavə edib ki, S.Sarkisyan xristianlıq ideyalarını ermənilərin uydurma maraqlarına xidmət etməyə vadar etdi. Bununla da o xristian ideyalarına xəyanət etdi:

"Belə satqın, xəyanətkar keyfiyyətlərinə görə əli qana batmış S.Sarkisyanı indi Qərbdə və Şərqdə tanıyırlar və tanıdıqlarına uyğun rəftar edirlər. Ona görə də hörməti və nüfuzu aşağı düşür. İş burasındadır ki, Ermənistanın da reytinqi S.Sarkisyanın reytinqinin taleyini yaşadı".

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Nizami rayonunda soyğunçu saxlanılıb (FOTO)
Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Sabunçuda narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb (FOTO)
Bu şəxslər YAP İdarə Heyətinin yeni tərkibində yer almayıblar (SİYAHI)
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə helikopter qəzası ilə bağlı başsağlığı verib
İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var - Agentlik sədri
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
“AccessBank” tender elan edir
İşə qəbul zamanı müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib - Agentlik sədri
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb (FOTO)
BİRLinkdən “Novruz payı”: Hədiyyəni özün seç!
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Bütün xəbərlər