...

Hərbçilərimiz beynəlxalq təlimlərdə təcrübələrini artıracaqlar

Siyasət Materials 17 Yanvar 2015 11:21 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Hərbçilərimiz beynəlxalq təlimlərdə təcrübələrini artıracaqlar

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 19-dan 23-dək Almaniyanın Hohenfels şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində "Təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya" üzrə ixtisasartırma kursu, yanvarın 19-dan fevralın 13-dək isə Böyük Britaniyanın Kollinqvud şəhərində zabitlər üçün "Eksklüziv iqtisadi zonanın mühafizəsi" kursu keçiriləcək.

Hər üç tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti