...

Əli Əhmədov: Azərbaycan hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür

Siyasət Materials 20 Yanvar 2015 10:30 (UTC +04:00)
Təbii ki, Azərbaycan hökuməti, dövləti ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür.
Əli Əhmədov: Azərbaycan hökuməti Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Təbii ki, Azərbaycan hökuməti, dövləti ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ciddi işlər görür. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov bildirib ki, girovlara qarşı qondarma "məhkəmə"nin qurulması bir daha sübut edir ki, Ermənistan hökuməti və o rejim nə qədər Azərbaycan xalqına düşmənçilik mövqeyində dayanır, nə qədər aqressiv mövqe tutur: "Bununla da özlərini bir daha beynəlxalq ictimaiyyət qarşısında bu cür biabırçı vəziyyətə salırlar. Nə qədər ki, girovlarımıza qarşı mövqelərini bu cür saxlayacaqlar, bir o qədər dünya qarşısında öz həqiqi mahiyyətlərini göstərəcəklər".

Qeyd edək ki, ermənilərin qurduğu qondarma "məhkəmə"də Kəlbəcərdə girov götürdükləri D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti