Prezident İlham Əliyev: Ermənistan öz çirkin və işğalçılıq siyasətindən əl çəkməsə, müstəmləkə durumu daha da dərinləşəcək

Prezident İlham Əliyev: Ermənistan öz çirkin və işğalçılıq siyasətindən əl çəkməsə, müstəmləkə durumu daha da dərinləşəcək

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Trend AzTV-nin saytına istinadən məlumat verir ki, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sferalarında əldə edilən uğurlardan bəhs edilir.

Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutuan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ÜDM-in həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əməkhaqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib.

Konfransda çıxış edən Prezident İlham Əliyev dedi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının qəbulundan 1 il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyünü deyən dövlət başçısı bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı da uğurla icra olunacaq və nəticədə əvvəllər olduğu kimi, bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq.

Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən Prezident İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırdı. Prezident İlham Əliyev dedi ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğuladı ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb.

İqtisadi gücün siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danışdı. Kriminal rejimin rəhbərlik etdiyi bu ölkənin öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumunun daha da dərinləşəcəyini diqqətə çatdırdı.

Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən dövlət başçısı bildirdi ki, indi ölkədə orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır. Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib.

Ölkəmizdə tarixi, mədəni və dini abidələrin bərpa olunduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalı və hər bir gənc bu ruhda tərbiyə almalıdır.

Bu illər ərzində paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı bildirdi ki, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeroport inşa olunub. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirdi.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov son bir il ərzində görülən işlər barədə məruzə etdilər.

Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırdı. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurğuladı, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd etdi.

Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dətəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışdı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd etdi, vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkdi.

Sonda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
Loading Bars
Xəbər lenti
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Bütün xəbərlər