...

Elmar Məmmədyarov misirli həmkarına başsağlığı verdi

Siyasət Materials 17 Fevral 2015 17:53 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının 21 vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı Misirin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib.
Elmar Məmmədyarov misirli həmkarına başsağlığı verdi

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının 21 vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı Misirin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib.

Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda E.Məmmədyarov terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının Misir xalqının dərdinə şərik çıxdığını qeyd edib və bir daha terrorizmin bütün forma və təzahürlərini pisləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti