...

Meksika Senatının Xarici Əlaqələr Komissiyasının sədri Xocalıdan danışdı

Siyasət Materials 23 Fevral 2015 15:49 (UTC +04:00)
Meksika Respublikası Senatının Xarici Əlaqələr Komissiyasının Sədri senator Qabriela Kuevas Barron Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Meksika Senatının Xarici Əlaqələr Komissiyasının sədri Xocalıdan danışdı

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Meksika Respublikası Senatının Xarici Əlaqələr Komissiyasının Sədri senator Qabriela Kuevas Barron Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda qeyd edilir:

"Cənab Prezident Əliyev, Xocalı faciəsinin ildönümünün anımı ilə əlaqədar bu məktubla Sizə səmimi və ehtiramlı salamlarımı yetirmək istərdim.

Əminəm ki, bu anım günündə dünya, ölkənizin tarixində yer almış müharibə, çətinliklər və hər cür maneələrə baxmayaraq, dövlətinizin qazandığı əzəmət və xalqınızın birliyini tanıyır.

Xalqınızın qəmini bölüşür və əmin olduğumu bildirmək istəyirəm ki, bu anım günü Sizə və xalqınıza yeni sülh və həmrəylik ruhu bağışlayacaq.

Həmçinin bildirirəm ki, Meksika Respublikası Senatının Xarici Əlaqələr Komissiyasının Sədri olaraq, Azərbaycan-Meksika münasibətlərinin gücləndirilməsi üçün xalqlarımızın yaxınlaşması yolunda işimi davam etdirəcəyəm.

Fürsətdən istifadə edərək, bir daha Sizə dərin ehtiramımı yetirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti