...

ABŞ-ın Azərbaycandakı Səfirliyi Razi Nurullayevin iddialarını cavablandırıb

Siyasət Materials 25 Fevral 2015 00:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Elçin Mehdiyev/

ABŞ-ın Azərbaycandakı Səfirliyi AXCP sədrinin sabiq müavini, partiyadan istefa vermiş Razi Nurullayevin ittihamlarına aydınlıq gətirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, R.Nurullayevin səfirliyin ünvanına qarşı səsləndirdiyi idiialar tamamilə əsassızdır.

Qeyd edək ki, Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında istefa verdiyi gün Ə.Kərimli ilə aralarında olan dialoqu açıqlayıb: "Əli Kərimli məni evinə dəvət etdi. Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Dedi ki, ABŞ və Böyük Britaniya səfirliyi ona fakt təqdim etdilər ki, mən dövlətə satılmışam. Demək, ABŞ və Böyük Britaniya səfirliyində ölkəni dinləmə aparatı quraşdırılıb. Necə ola bilər ki, səfirlik məni izləyib və Əli Kərimliyə belə hesabat verib?"

Xəbər lenti

Xəbər lenti