Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri Almaniyadakı beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 4-dən 6-dək Almaniyanın Oberammerqau şəhərində NATO məktəbində keçiriləcək tədbirlərin planlaşdırıcıları üçün konfrans nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.