...

Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır

Siyasət Materials 17 Mart 2015 16:36 (UTC +04:00)
Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar.
Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır

Azərbaycan, Bakı, 17 mart /Trend/

"Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: "Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq".

Dövlət başçısının sözlərinə görə, əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı Ermənistan dövləti yalan üzərində qurulub: "Onların tarixi də yalandır. Onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkar edilməz faktordur. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti