...

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri TANAP-ın təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO) (VİDEO)

Siyasət Materials 17 Mart 2015 18:54 (UTC +04:00)
Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilib.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri TANAP-ın təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO) (VİDEO)

Məlumat yenilənib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Bu gün Türkiyənin Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Georgi Marqvelaşvili, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət başçıları layihənin təməlinin qoyulması ilə əlaqədar rəmzi düyməni basıblar.

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti