Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün İnsan Hüquqları üzrə Birgə Qrupun növbəti toplantısı keçiriləcək.
Trend-in məlumatına görə, toplantıda qrupun katibliyinə daxil olmuş müraciətlər müzakirə ediləcək.
Bundan əvvəl hüquq müdafiəçiləri toplaşaraq katibliyə bir neçə məsələ təqdim ediblər. Müzakirə ediləcək məsələlər arasında əfvlə bağlı müraciətlərin də olacağı gözlənilir.