...

Azərbaycan və İran sərhəd əməkdaşlığı məsələlərini müzakirə edirlər

Siyasət Materials 13 Aprel 2015 16:12 (UTC +04:00)
İran Sərhəd Qoşunlarının komandanı, briqada generalı Qasım Rzayi Azərbaycanda səfərdədir.
Azərbaycan və İran sərhəd əməkdaşlığı məsələlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ümid Niayeş/

İran Sərhəd Qoşunlarının komandanı, briqada generalı Qasım Rzayi Azərbaycanda səfərdədir. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən qeyd ediblər ki, Q.Rzayi bu gün birgə toplantıda iştirak üçün Naxçıvana səfər edib.

O, səfərdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə bundan əvvəl imzalanmış protokolların reallaşdırılması ilə bağlı müzakirələr aparılacaq.

Generalın sözlərinə görə, Naxçıvandakı iclas zamanı iki ölkə arasında tranzit məsələlərinə də toxunulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti