...

SSRİ-Türkiyə: Erməni əsilli kəşfiyyatçıların təxribat tarixindən

Siyasət Materials 14 Aprel 2015 14:00 (UTC +04:00)
Ermənilərin SSRİ və Türkiyə arasındakı dostluq münasibətlərini pozmaq cəhdləri tarixdə dəfələrlə təkrarlanıb. Hətta xüsusi xidmət orqanlarında işləyən erməni əsilli kəşfiyyatçılar bu prosesin surətlənməsi üçün hər çürə təxribata əl atıblar.
SSRİ-Türkiyə: Erməni əsilli kəşfiyyatçıların təxribat tarixindən

Trend-i buradan izləyin

Baş direktorun müavini, siyasi şərhçi
Arzu Nağıyev - Trend:


Ermənilərin SSRİ və Türkiyə arasındakı dostluq münasibətlərini pozmaq cəhdləri tarixdə dəfələrlə təkrarlanıb. Hətta xüsusi xidmət orqanlarında işləyən erməni əsilli kəşfiyyatçılar bu prosesin surətlənməsi üçün hər çürə təxribata əl atıblar.

Fransa mətbuat orqanlarından bəlli olduğu kimi 1972-ci ildə SSRİ kəşfiyyat orqanlarında fəaliyyət göstərən erməni əsilli kəşfiyyatçılar SSRİ və Türkiyə arasında yarana biləcək dostluq münasibətlərini pozmaq məqsədilə o zaman üçün "maraqlı" əməliyyat tədbiri keçirib.

Bu əməliyyat tədbirinin əsas məqsədi guya Türkiyəni NATO blokundan çıxmasına təkan verə biləcək "erməni soyqırımı"nın ABŞ konqresində qəbul olunması məsələsinin gündəmə gətiriliməsi olub. Bu məqsədlə SSRİ dövlətindən böyük məbləğdə vəsait tələb olunub. Bu vəsaitlə guya ki, ABŞ-da fəaliyyət göstərən erməni diaspora təşkilatlarını gücləndirmək, təşkilatlandırmaq məqsədilə Azərbaycanda yaşayan ermənilərdən daha savadlı gəncləri SSRİ kəşfiyyat oqranlarının institutlarına, məktəblərinə cəlb ediblər.

Sonradan həmin vəsaitdən istifadə edərək erməni kəşfiyyatçı-rezidentləri vasitəsilə ABŞ-dakı ermənilərlə əlaqə yaradılıb və onların köməyilə konqresin nümayəndələrinə müəyyən vəsait ödəməklə erməni diasporunun lobbisinə çevriliblər.

Nəticədə "erməni soyqırım"ı sənəd şəklində ABŞ-ın müxtəlif ştatlarında qəbul edilib və konqresdə müzakirəyə çıxarılıb. Erməni əsilli kəşfiyyatçılar SSRİ-nin maliyyə vəsaitindən, o zamankı kəşfiyyatın yüksək səviyyəli kurslarından, institutlarından istifadə edərək ermənilərə professional təhsil veriblər. Kurslarda hazırlanan kadrlar ABŞ-dakı erməni diasporunun təşkilatlanıb güclənməsinə və Türkiyəyə qarşı pozuculuq siyasətinə səbəb olublar.

SSRİ rəhbərliyinə qarşı erməni kəşfiyyatının əsas arqumenti qondarma "erməni soyqırımı"nın konqresdə qəbul olunacağı təqdirdə Türkiyədə böyük xalq iğtişaşlarının, idarəolunmaz mitinqlərin, qarşıdurmaların yaradılmasına hesablanıb. Guya bu proseslər türk xalqının öz dövlətinə, hakimiyyətinə qarşı ciddi təzyiqi nəticəsində Türkiyənin NATO blokundan çıxmasına təkan verəcək. Erməni diasporunun rəhbərlik etdiyi qrupun gördüyü işlər nəticəsində SSRİ üçün təhlükə yaradan NATO-nun cənub cinahında zəifləmə yaranacaq və NATO-nun ən böyük ordu birləşməsi olan Türkiyə beləliklə blokdan çıxacaq.

Onların qurduğu bu əməliyyat tədbiri nəticəsində guya SSRİ NATO qarşısında böyük nailiyyət əldə edəcək. SSRİ rəhbərliyi erməni əsilli kəşfiyyatçıların bu yalanlarına inanıb və ermənilərdən ibarət böyük bir qrupun maliyyə dəstəyilə hazırlanıb dünyanın müxtəlif ölkələrinin səfirliklərində işlə təmin olunmasına xidmət ediblər.

O zaman bu fəaliyyəti həyata keçirən erməni kəşfiyyatçıları yenə də müasir dönəmdə Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün müxtəlif oyunlardan çıxır, öz təxribat əməllərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti