...

Azərbaycanda olan Türkiyə vətəndaşlarının nəzərinə

Siyasət Materials 30 Aprel 2015 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan və Naxçıvan Muxtar Respublikası ərazisində olan Türkiyə vətəndaşları mayın 31-də parlament seçkilərində səs verə biləcəklər. Bu barədə Trend Türkiyə Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir.

Məlumata görə, parlament seçkilərində İran, Gürcüstan və Livanda olan ölkə vətəndaşları da mayın 31-də səs verə biləcəklər.

Qeyd edək ki, bu il iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərində 20 siyasi partiya iştirak edəcək.

Seçkilərdə 53 765 231 seçici səs verə biləcək. Seçkilər çərçivəsində xaricdə 2,9 milyon Türkiyə vətəndaşı səs verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti