...

ABŞ-ın Nevada ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib

Siyasət Materials 21 May 2015 10:23 (UTC +04:00)
ABŞ-ın Nevada ştatında 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq bəyannamə imzalanıb.
ABŞ-ın Nevada ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib

Azərbaycan, Bakı, 21 may /Trend/

ABŞ-ın Nevada ştatında 28 may tarixi "Azərbaycan Milli Günü" elan edilib. Bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə bildiriblər ki, konsulluğa göndərilmiş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.

Qeyd olunur ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycan qısa müddət ərzində dini etiqadından, cinsindən, irqindən və etnik kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verib, hətta qadınlara seçki hüququnun verilməsi məsələsində ABŞ-ı bir il qabaqlayıb.

Həmçinin 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti