...

Aİ Azərbaycan gömrükçülərini Avropa Oyunlarına hazırlayır

Siyasət Materials 21 May 2015 14:06 (UTC +04:00)
Bu gün Bakıda TAIEX-in Azərbaycan gömrüyünün əməkdaşları üçün "İri idman tədbirləri zamanı sərnişin və yük axınının idarə edilməsi" mövzusunda ikigünlük seminarı başlayıb.
Aİ Azərbaycan gömrükçülərini Avropa Oyunlarına hazırlayır

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Yelena Kosolapova/

Bu gün Bakıda TAIEX-in Azərbaycan gömrüyünün əməkdaşları üçün "İri idman tədbirləri zamanı sərnişin və yük axınının idarə edilməsi" mövzusunda iki günlük seminarı başlayıb. Bu barədə Trend Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinə istinadən xəbər verir.

Seminar Aİ və Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilib. Seminarın məqsədi böyük idman tədbirləri zamanı sərnişin və yük axınının idarə edilməsi və I Avropa Oyunlarına hazılırq məsələlərində Gömrük Komitəsinə dəstək verməkdir.

Seminar Avstriya Maliyyə Naziriyinin Gömrük Departamentinin ekspertləri tərəfindən keçiriləcək.

Seminarın açılışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Malena Mard və Avropa Oyunları Komitəsinin Obyektlərin idarə edilməsi üzrə departamentinin direktoru Nil Karni çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti