Azərbaycan, Bakı, 22 may /Trend/
Qazaxıstanda Xəzəryanı ölkələrin növbəti sammitində yekun sənədlərdən ibarət əsaslı paket hazırlana bilər. Paket "Xəzər beşliyi" mexanizminin artan hüquqi bazasına əlavə olunacaq.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
O bildirib: "Qazaxıstan Prezidenti Nursultan Nazarbayev V Xəzər sammitində Xəzərin hüquqi statusu üzrə konvensiya layihəsinin razılaşdırılması təklifi ilə çıxış etmişdi. Biz bu yanaşmanı tam dəstəkləyirik və maksimum nəticə əldə etməyə köklənmişik".
Qeyd edək ki, V Xəzər sammiti gələn il Qazaxıstanda keçiriləcək.
.