...

"EurActiv": ATƏT-in Bakıdakı ofisinin bağlanmasında Amerika diplomatiyası günahkardır

Siyasət Materials 11 İyun 2015 19:16 (UTC +04:00)
Azərbaycanın ATƏT-in Bakıdakı ofisinə işini başa çatdırmaq üçün bir ay vaxt verməsi Qərb mətbuatı tərəfindən insan haqlarının pozulması və mətbuat azadlığı sahəsindəki tənqidlərə cavab kimi şərh edildi. Lakin Qərb diplomatları “EurActiv” nəşrinə məsələnin tamamilə başqa cür olduğunu deyiblər.
"EurActiv": ATƏT-in Bakıdakı ofisinin bağlanmasında Amerika diplomatiyası günahkardır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycanın ATƏT-in Bakıdakı ofisinə işini başa çatdırmaq üçün bir ay vaxt verməsi Qərb mətbuatı tərəfindən insan haqlarının pozulması və mətbuat azadlığı sahəsindəki tənqidlərə cavab kimi şərh edildi. Lakin Qərb diplomatları "EurActiv" nəşrinə məsələnin tamamilə başqa cür olduğunu deyiblər.

Trend-in "EurActiv"-ə istinadən verdiyi məlumata əsasən, Bakıdakı və ATƏT-in Vyanadakı mənzil-qərargahındakı diplomatlar nəşrə bildiriblər ki, təşkilatın Bakıdakı ofisinin bağlanmasında günahkar varsa, bu, Amerika diplomatiyasıdır. Onların sözlərinə görə, amerikalılar, əsasən, bu ölkədə hakimiyyət dəyişikliyində israrlıdırlar.

Məqalədə qeyd edilir ki, müxtəlif hesabatlar bir neçə faktdan xəbər verir: "2000-ci ildə ATƏT-in Bakıda açılan missiyası təşkilatın əvvəlki səfiri Koray Tarqayın mandatı zamanı çətinliklərlə üzləşmişdi. Bəzi məlumatlara görə, Tarqay 2012-ci ilin iyulundan 2013-cü ilin eyni ayınadək ABŞ-ın təzyiqi altında hökumətin ünvanına çoxlu kəskin iradlar söyləyib".

Nəşr yazır ki, vəziyyətin gərginləşməsi 2013-cü ilin yayında, ATƏT missiyasının üzvləri müxalifətin icazəsiz mitinqində iştirak edərkən qeydə alındı: "ATƏT-in missiya üzvləri belə hadisələri yalnız uzaqdan müşahidə edə bilərlər".

Məqalədə deyilir: "Bu qalmaqaldan sonra hakimiyyət bəyan etdi ki, qəbul edən ölkənin dəvəti üzrə prosedura müvafiq olaraq açılan missiyanı bağlamaq istərdi. Missiyanı siyasi bəyanat verməyə imkan verməyən yeni mandatla saxlamaq üçün Ukrayna və Türkiyə müdaxilə etmişdilər, bundan sonra büro "ATƏT-in layihələrinin əlaqələndiricisi"nə çevrildi".

Yeni mandat 2013-cü ilin iyulunda qəbul edildi və yeni səfir fransalı Aleksis Şahtaxtinski 2014-cü ilin martında Bakıya gəldi.

Nəşr yazır ki, yeni səfir mandata riayət edib, siyasi bəyanatlardan və hakimiyyəti tənqid etməkdən çəkinib: "Lakin ABŞ-ın Vyanadakı səfiri Daniel Baer istəyib ki, Şahtaxtinski guya Gürcüstan və Ukrayna ssenarisi üzrə Vaşinqtonun Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı strategiyasına əsaslanmış daha vacib rol oynasın. Diplomatik mənbələrə əsasən, ABŞ və Böyük Britaniya Vyana və Fransaya, eləcə də ATƏT-in baş katibi Lamberto Zannieriyə təzyiqi artırıblar. Nəticədə ATƏT səfirin fəaliyyət müddətinin mayın 31-də başa çatdığı müqaviləni uzatmadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti