...

"Timesofisrael" nəşri: Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır

Siyasət Materials 26 İyun 2015 14:55 (UTC +04:00)
İsrailin "Timesofisrael" nəşri "Avropa Oyunları dostluğu və tolerantlığı əks etdririr" başlıqlı geniş məqalə dərc edib.
"Timesofisrael" nəşri: Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır

Azərbaycan, Bakı, 26 iyun /Trend/

İsrailin "Timesofisrael" nəşri "Avropa Oyunları dostluğu və tolerantlığı əks etdririr" başlıqlı geniş məqalə dərc edib.

Trend-in məlumatına görə, İsrailin Oyunlara 142 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə qatıldığını qeyd edən müəllif İsrael Barouk Azərbaycanda yəhudilərə qarşı tolerantlığın ən yüksək nümunəsinin sərgiləndiyini vurğulayıb.

Müəllif bildirib ki, Oyunlara 50 ölkədən 6 min atlet qatılıb.

İsrail-Azərbaycan dostluğunun 200 ildən yuxarı bir zaman kəsiyinə dayandığı qeyd olunan məqalədə Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın mövcudluğuna diqqət çəkilir.

İ.Barouk yazır ki, son həftələrdə dünyada Azərbaycana qarşı xüsusi təşkil olunmuş kampaniyaya başlanılıb. Bu kampaniyanın Azərbaycanı dünya ictimaiyyətinin qarşısında gözdən salmağa və çicəklənən, güclü Qafqaz ölkəsini öz yolundan döndərməyə yönəldiyi vurğulanır. Müəllif qeyd edir ki, Azərbaycan sürətli inkişaf tempinə malik, istər strateji mövqeyi, istərsə də siyasi, iqtisadi göstəriciləri ilə xüsusi seçilən ölkədir.

Məqalədə İsrail nümayəndə heyətinin Azərbaycanda təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğu və açılış mərasimində arenaya daxil olarkən atletlərin alqışlarla qarşılandığı yazılır: "Qafqazda böyük önəm daşıyan Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır. Azərbaycanın neft-qaz resursları, eləcə də buradan çəkiləcək qaz kəməri Avropanın enerji təhlüksizliyində böyük rol oynayacaq. Beynəlxalq terrorizmə qarşı mübarizədə də Azərbaycan böyük rol oynayır. ABŞ Dövlət Departamentinin ekstremizm, terrorçuluq, çirkli pulların yuyulmasına dair hesabatında da Azərbaycan uğurlu tərəfdaş kimi göstərilib. Ölkə bu məsələlərdə ABŞ və NATO-nun həqiqətən də uğurlu tərəfdaşıdır".

Müəllif qeyd edir ki, bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq, bu çirkli dumanın arxasından tolerantlıq və dostluq mesajları işığını saçır və heç bir böhtan və iftira kampaniyası bu işığı kölgələyə bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti