...

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Siyasət Materials 2 İyul 2015 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: " Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti