...

Putin: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 İyul 2015 14:03 (UTC +04:00)
Azərbaycan, Kamboca və Nepal tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına qoşulurlar.
Putin: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, ŞƏT dövlət başçıları şurasının geniştərkibli iclasını giriş sözü ilə açarkən bildirib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar: "ŞƏT-in işində iştirak etmək arzusunda olan digər dövlətlər də var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti