...

İlham Əliyev gənc istedadları xüsusi təqaüdə layiq gördü

Siyasət Materials 21 İyul 2015 18:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev gənc istedadları xüsusi təqaüdə layiq gördü

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əsgərzadə Cəmilə Fuad qızı - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Əzimova Çinarə Mehman qızı - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti