Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasınin İnformasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, Mehriban Əliyevanın deputatlığa namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən Bakı şəhəri, 14 saylı Xəzər seçki dairəsindən irəli sürülüb.
Xatırladaq ki, hakim YAP-ın adı çəkilən seçki dairəsindən vahid namizədi olan Mehriban Əliyeva hazırda da deputat kimi Milli Məclisdə bu dairəni təmsil edir.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.