...

Emil Hüseynli: “Prezident İlham Əliyevin inqilabi qərarları cəmiyyətimizə xoş mesajdır”

Siyasət Materials 20 Oktyabr 2015 09:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına dair verdiyi son fərman və qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərməsi inqilabi addım kimi dəyərləndirilməlidir.
Emil Hüseynli: “Prezident İlham Əliyevin inqilabi qərarları cəmiyyətimizə xoş mesajdır”

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına dair verdiyi son fərman və qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərməsi inqilabi addım kimi dəyərləndirilməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

E.Hüseynli bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması və sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, lisenziyaların verilməsi xidmətinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi, ümumilikdə ölkənin iqtisadi rifahına səbəb olacaq: "Düşünürəm ki, dövlətin bu cür siyasət aparması mövcud sahibkarlığın inkişafı ilə yanaşı, gənc sahibkarların yetişməsinə də ciddi töhfəsini verəcək. Daha dəqiq desək, artıq gənc sahibkarların yetişməsi üçün zəmin, münbit şərait yaradıldı. Sahibkarlar nəinki xırda, həmçinin regional, dünya əhəmiyyətli layihələrin reallaşmasında maraqlı olacaqlar. Yəni Azərbaycanda sahibkar olmaq çox asanlaşdırıldı. Onlara mane olacaq neqativ hallar aradan qaldırıldı".

QHT rəhbərinin sözlərinə görə, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsi xidmətinin "ASAN xidmət"də həyata keçirilməsi birbaşa şəffaflığa xidmət edəcək qərardır: "Korrupsiya və rüşvətxorluğa qarşı əsas mübarizə üsullarından biri proseduraların sadələşdirilməsidir. Prezident İlham Əliyev dəfələrlə çıxışında sahibkarlara qarşı neqativ halların olmasını yolverilməz hesab edib və bununla bağlı ciddi addımların atılacağını bildirib. Hər şey göz qabağındadır. Prezident lazımi qərarlarını verdi".

E.Hüseynlinin sözlərinə görə, bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev üçün ən ali məqsəd vətəndaşın hüququdur, onun rifahıdır: "Bütün bunlar cəmiyyətimizə xoş mesajdır, gələcəyə ümiddir. Demokratiyanın daha da möhkəmlənməsinə xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti