...

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə regional status verildi

Siyasət Materials 31 Oktyabr 2015 16:39 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə regional status verildi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət Gömrük Komitəsinə (DGK) bu sərəncamda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti