...

Zahid Oruc: Rabitə və Yüksək Texnologiyalar Nazirliyini özünün bir şöbəsinə çevirmək yolverilməzdir

Siyasət Materials 13 Noyabr 2015 15:36 (UTC +04:00)
“Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vzifədən azad olunması ilə bağlı Prezidentin sərəncamından sonra yayılan informasiyalar onu göstərir ki, həmin nazirlik sabiq milli təhlükəsizlik nazirinin bir paliqonuna çevrilib”. Bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.
Zahid Oruc: Rabitə və Yüksək Texnologiyalar Nazirliyini özünün bir şöbəsinə çevirmək yolverilməzdir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad olunması ilə bağlı Prezidentin sərəncamından sonra yayılan informasiyalar onu göstərir ki, həmin nazirlik sabiq milli təhlükəsizlik nazirinin bir paliqonuna çevrilib". Bunu Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, dünya çapında milli təhlükəsizlik orqanının rəhbəri elə bir qurumun başçısıdır ki, o, məxfi informasiyalarla işlədiyi üçün həmişə özünə müəyyən bir hakimiyyət əldə edib: "Yəni hər kəsin daxili sirlərini də, yazışmalarını da, işçi əlaqələrini də nəzarət altına ala bilir. O burada iki yoldan istifadə edə bilər. Bir yol - dövlət mənafeyi üçün, ikinci yol - şəxsi niyyətləri üçün. Təəssüf ki, Azərbaycanın praktikasında ikinci yol seçilib və sahibkarlar üzərində rüşvət və korrupsiya fəaliyyətləri həyata keçirilib".

Z.Oruc qeyd edib ki, əlbəttə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən dövr ərzində Azərbaycanın telefon, rabitə və telekommunikasiya sistemində mühüm bir yer tutub: "Bu nazirlik böyük bir inkişaf yolu keçib. Amma əgər sabiq milli təhlüksizlik naziri Eldar Mahmudov bir nazir olaraqtəkcə sahibkarları hədəf seçməyib, eyni zamanda müxtəlif nazirlikləri və nazirləri də zərbə altında qoyubsa, bu onun nə dərəcədə məkirli bir fəaliyyət apardığına bir sübutdur. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad olunması ilə bağlı Prezidentin sərəncamından sonra yayılan informasiyalar da onu göstərir ki, həmin nazirlik paliqona çevrilib və buradan bir neçə istiqamətdə, yəni vətəndaşların elektron yazışmalarının, müxtəlif provayderlər vasitəsilə onların üzərində qurulmuş ayrı-ayrı proqramlar hesabına nəzarətə götürülüb. Bu o deməkdir ki, bütün o yazışmaları öz inhisarında saxlayan və bununla da ayrı-ayrı insanlar üzərinə bir "səlib yürüşü"nə çıxanlar olub. İkinci tərəfdən də buradan eyni zamanda sabit telefon sistemlərinə də nəzarəti Bakı şəhər telefon və rabitə qovşağı və digər qurumlar vasitəsilə həyata keçiriblər. Casusları ələ keçimək, konkret terror fəaliyyətində şübhəli bilinənlərin fəaliyyətinə nəzarət adı ilə rabitə sferasına müəyyən bir dövr əl qoyublar, nüfuz etməyə çalışıblar, lakin sonradan artıq həmin qurum içərisində öz maraqları üçün böyük bir meydan qazanıblar ki, bu da Azərbaycanın milli maraqlarına, təhlükəsizlik mənafelərinə ziyan vurub".

Z.Oruc bildirib ki, heç şübhəsiz ki, ölkə başçısının belə bir məsələdə sərt bir qərar verməsinin özü sübut edir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi bir strukturu sanki özünün bir şöbəsinə çevirmək, onun üzərindən Azərbaycan əleyhinə istifadə etmək yolverilməzdir: "Hər bir nazirliyin bir struktur olaraq vəzifəsi Prezidentin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək, qanun çərçivəsində hərəkət etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti