...

Davudoğlu Rusiyanın Türkiyənin hava məkanını pozmasını "sinəyə zərbə" adlandırdı (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 4 Dekabr 2015 12:22 (UTC +04:00)
Türkiyə Rusiya ilə münasibətlərə həmişə önəm verib.
Davudoğlu Rusiyanın Türkiyənin hava məkanını pozmasını "sinəyə zərbə" adlandırdı (ƏLAVƏ OLUNUB 2)

Bakı. Trend:

Türkiyə Rusiya ilə münasibətlərə həmişə önəm verib. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıda ADA Universitetində çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya xalqları arasında heç bir problem yoxdur və olmayacaq.

Baş nazir Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək münasibətlərdə yaranmış böhranı diplomatik yolla həll etməyə çağırıb.

Ə.Davudoğlu bildirib: "Heç kəs Rusiya təyyarəsi ilə insident məsələsi üzrə Türkiyənin üzr istəməsini gözləməsin".

O vurğulayıb ki, Rusiyanın Türkiyənin ünvanına guya Rusiyaya arxadan zərbə vurması ilə bağlı ittihamları əsassızdır: "Türkiyə də iddia edə bilər ki, Rusiya Türkiyənin hava məkanını pozaraq Ankaranın sinəsinə zərbə endirdi. Türkiyə əmindir ki, bu böhranı danışıqlar yolu ilə həll etmək mümkündür".

Baş nazir əlavə edib ki, digərləri Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə Türkiyə həmin sanksiyalara qoşulmadı: "Rusiyanın Türkiyəyə qarşı sanksiyaları ölkəmizi sındıra bilməz".

Türkiyənin baş naziri deyib: "Biz Suriya ərazisində rus təyyarəsini vurmamışıq. Təyyarə Türkiyə ərazisində vurulub. Üstəlik, həmin təyyarədə heç bir fərqləndirici nişan olmayıb".

Ə.Davudoğlu diqqətə çatdırıb ki, oktyabrda Rusiya Hərbi Qüvvələri Türkiyənin hava məkanını pozan zaman Ankara belə hərəkətlərin təkrar olunmasının yolverilməz olduğu barədə Moskvaya xəbərdarlıq edib.

Ə.Davudoğlu bildirib ki, Türkiyə digər ölkələrin sərhədlərinin toxunulmazlıq prinsipinə hörmət etdiyi kimi, başqa ölkələr də Türkiyə sərhədlərinin toxunulmazlıq prinsipinə hörmət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti