"Azərbaycanın geosiyasəti" (Növbəti yazı)

"Azərbaycanın geosiyasəti" (Növbəti yazı)

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti" - Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Hazırda "Kəpəz"in birgə istismarı barədə təkliflər irəli sürülüb və bunun müzakirəsi aparılır. Ancaq, Azərbaycanın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyəti onu Türkmənistandan üstün mövqeyə gətirir, belə ki, Azərbaycan Rusiya və Qazaxıstanla su sərhədlərini müəyyənləşdirib və dənizdə öz geoiqtisadi maraqlarına uyğun addımlar atmaqda davam edir.

Göründüyü kimi, müəllifə görə, Xəzərin statusu ilə bağlı keçən illərdə bütün hövzə ölkələrinin maraqlarına toxunan və onların iştirakı ilə müzakirə olunan bir neçə əsas və qeyri-əsas yanaşma mövcud olub. Bunlardan ən çox diqqət çəkən dörd təklif aşağıdakılardır;

  • Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafında yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hövzələri ilə çay vasitəsilə əlaqəsi olan unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin "Dəniz hüquqları haqqında" Konvensiyasının bütün tələbləri onun statusunun müəyyən olunmasına və Xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə dibi və səthi orta xətt prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.
  • İkinci yanaşma Rusiya və İranın irəli sürdüyü və uzun illər mövqeyindən geri çəkilmək istəməyən yanaşma idi. Bu təklif tərəfdarları Xəzəri "qapalı su hövzəsi" adlandırır, hər hansı bir ölkənin öz iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin "ümumi istifadəsi tələblərinə" əməl etməyi tələb edirlər.
  • Üçüncü təklif, İran tərəfindən irəli sürülmüş və Xəzərin beş bərabər hissəyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda Türkmənistanın da dəstəyini qazanmış mücərrəd bir layihə idi. Bu variant nəinki heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də mütəxəssislər tərəfindən "ümumiyyətlə reallaşdırılması coğrafi cəhətdən mümkün olmayan" təklif kimi dəyərləndirilib.
  • Nəhayət, dördüncü yanaşma, kompromis kimi Rusiya və İranın sonradan təklif etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən "kompromis variant" adlanırdı. Bu varianta görə Xəzərdə hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur, bundan sonrakı 25 mil ərazi "iqtisadi zona" kimi qəbul edilir, dənizin ortasındakı qalan ərazilər isə beş sahilyanı ölkənin ümumi istifadəsinə verilirdi.

Qeyd etmək lazımdır ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsində tərəflər arasında gərginlik yaşansa da, zaman-zaman bu problem beynəlxalq hüquq normalarına uyğunlaşma dövrünü yaşayır və gələcəkdə, şübhəsiz belə də həll olunacaq. Bu təkcə bizim arzumuz deyil, həm də günümüzün aktuallığıdır. Belə ki, Xəzərin hüquqi statusu ilə bağlı son real nəticəsi olan görüş 29 sentyabr 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı dövlət başçılarının IV Sammitində baş tutub. Sammitdə Xəzərin statusu, hövzə ölkələri arasında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilərək beş dövlətin başçıları siyasi bəyanat qəbul etmişlər.

Bu barədə Əli Həsənov öz kitabında yazır: "...Müddəalardan birində Xəzərin milli sektorlara bölünməsinin bəzi hüquqi tərəfləri ilə bağlı ölkə başçılarının ümumi yanaşması öz əksini tapıb. Belə ki, birgə bəyanatda ilk dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt üzrə 15 millik məsafəsi ölkələrin suveren ərazəsi kimi təsdiq edilib, digər 10 millik ... məsafədə isə dənizin bioloji resurslarının ... hasilatı sahəsində dövlətlərin müstəsna hüququ təsdiqlənir.

Həştərxan bəyanatında, gələcəkdə Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında milli sektorlara bölünməsi zərurəti də öz əksini tapıb". (Bax. s. 594-595)

***

Üçüncü bölmənin ikinci fəsli "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemi: beynəlxalq, regional və yerli maraqlar, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri" adlanır. Digər bölmələrin fəsillərində olduğu kimi, müəllif bu fəsildə də obyektiv, dolğun və cəsarətli fikirlərinə sadiq qalır, yaxın keçmişin hadisələrin təhlilində hansısa dövlətin, yaxud "kiminsə xatirinə", "kimsə inciyər" prinsiplərindən uzaq geosiyasi, geoiqtisadi, hərbi-geostrateji regionun oyunçularından biri hesab edilən Azərbaycanın mövqeyini və maraqlarını ortaya qoyur, beynəlxalq hüquq normalarından və Azərbaycan qanunlarından kənara çıxmır, Xəzəryanı dövlətlərin hər hansı məsələyə münasibətində onlara şərh verir, çalışır ki, (buna da nail olur) subyektiv fikirlərə yol verməsin. Özünün də yaşadığı dövrü və içində yaşadığı hadisələri bildiyi, dərindən təhlil etdiyi üçün bu obyektiv və cəsarətli fikirləri onda alınır desək, yanılmarıq.

90-cı illərin əvvəllərində Xəzər hövzəsində və Cənubi Qafqaz regionunda yeni dövlətlərin yaranması ilə geosiyasi məkana yeni siyasi çalarlar gətirməklə yanaşı, bölgəyə həm də geoiqtisadi maraqların artmasına təkan verdi. Belə ki, bu yeni müstəqil dövlətlərin Xəzər dənizinin (söhbət təbiidir ki, təkcə Xəzər dənizindən getmir, bütövlükdə müstəqil dövlətlərin təbii ehtiyatlarından, onların istehsalından, istismarından, ixracından, səmərəli istifadəsindən gedir) karbohidrogen yataqlarına yiyələnməsinə və ondan öz maraqları çərçivəsində istifadə etməsinə şərait yaratdı. Elə bu dövrdən də başlayaraq region dövlətləri arasında, birinci növbədə Xəzərin hüquqi statusunda, daha sonra bu karbohidrogen ehtiyatlarının sərbəst şəkildə hasil etmək və dünya bazarlarına ixrac edilməsində, alternativ marşrutlara üstünlük verilməsində, müstəqil satış bazarına yiyələnməsində fikir ayrılığı meydana çıxdı. Burada hər bir dövlətin özünün, ya da tərəfdaşının, müttəfiqinin geosiyasi, geoiqtisadi maraqları olduğu üçün problemlərə bu kontekstdən yanaşmağa cəhd edilirdi.

Hörmətli professor, beynəlxalq tədqiqatçıların fikirlərinə əsaslanaraq qeyd edir ki, Orta Asiya, Xəzər dənizi və Cənubi Qafqazda həyata keçirilən və reallaşan enerji dəhlizi, ixrac marşrutu, kəmərlər siyasətinin bir neçə geosiyasi məziyyətini sadalayır.

Onlardan birincisi, Xəzər hövzəsi ölkələri daxilində, bölgənin enerji layihələrində, bu və ya digər şəkildə iştirak edən transmilli kampaniyalar və digər faktorlar arasında aşkarlanmış zəngin karbohidrogen yataqlarının kəşf edilməsi, işlənməsi, məhsulun dünya bazarlarına çıxarılmasında əlverişli və sərfəli marşrutların seçilməsi, satış bazarının dünya bazarına uyğunlaşması, qiymətinin müəyyənləşməsi, daha sonra tənzimlənməsi, Şərq və Qərb istiqamətində yeni ixrac kəmərlərinin çəkilməsi və bəzi məsələlərdə yaranan ciddi fikir ayrılıqlarından ibarətdir. Təbiidir ki, Azərbaycanın özünəməxsus neft-qaz ehtiyatlarından istifadəsi, geosiyasi və geoiqtisadi maraqlarına uyğun olaraq marşrutların seçilməsi, yeni şəraitdə, bu təkcə qeyd etdiyimiz məkanda deyil, həm də bütövlükdə Avrasiya regionunda enerji siyasəti üzrə qurulmuş yeni geosiyasi münasibətlərin yaranmasına gətirib çıxardı və bu səbəbdən də hər tərəfin maraqlarına uyğun olaraq iqtisadi bloklaşmanın yaranmasına təkan verdi. Belə vəziyyətdə hər bir blokun və onun maraq dairəsi üzrə həyata keçirilən aparıcı və köməkçi dövlətləri meydana çıxır.

Ardı var

“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Avropa Şurasının başçısı koronavirusla əlaqədar təcili Aİ sammiti çağırır
İspaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir (FOTO)
Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb (FOTO)
Dünya prokurorlarına müraciət ünvanlanıb
İllərdir formalaşmış hərbi büdcə döyüş meydanında öz bəhrəsini verir - Hərbi ekspert
İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir
Üzərində "Karabakh is Azerbaijan" yazıln promo avtomobillər London küçələrində (FOTO/VİDEO)
Hikmət Hacıyev Paşinyanın son açıqlamasına cavab verdi
Kamran İmanov: Ermənistanın törətdiyi vandalizm və barbarlıq hərəkətləri insanlığa qarşı cinayətdir (FOTO)
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xəttləri çəkilir
25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib (FOTO)
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan: Münaqişənin sülh yolu ilə həlli mümkün deyil
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Sabahın hava proqnozu açıqlanıb
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" adlı ixtisasartırma kursu başa çatıb
Rusiyada bir gündə 317 nəfər koronavirusun qurbanı oldu
Qazax sement zavodu Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında (FOTO)
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini (FOTO)
Bütün xəbərlər