...

Nizami Cəfərov: Prezident İlham Əliyev vətəndaşların sosial vəziyyətinə daim diqqət yetirir

Siyasət Materials 16 Yanvar 2016 16:20 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial vəziyyətinə diqqət yetirilməsinə həmişə sadiq olub
Nizami Cəfərov: Prezident İlham Əliyev vətəndaşların sosial vəziyyətinə daim diqqət yetirir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial vəziyyətinə diqqət yetirilməsinə həmişə sadiq olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov dövlət başçısının 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Prezident təqaüdünün artırılması ilə bağlı fərmanına münasibət bildirərkən deyib.

N.Cəfərov bildirib ki, Azərbaycanın iqtisadi inkişaf prosesində Prezident İlham Əliyev vətəndaş məsələsini həmişə diqqətdə saxlayıb: "Neftin qiymətinin düşməsi bütün dünyada, o cümlədən Azərbaycanda gedən proseslərə də təsir etdi. Xalqın bu vəziyyətdən əziyyət çəkməməsi istiqamətində düzgün addımlar atılır. Lazım olan işlər görüldü və bu gün də görülür. Təbii ki, sabah da görüləcək. Çünki bu, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyidir".

N.Cəfərov vurğulayıb ki, xalqın sosial probemlərinin həll edilməsi üçün Azərbaycan dövlətinin kifayət qədər gücü və Prezident İlham Əliyevin siyasi iradəsi var: "Bu gün imzalanan sərəncam və fərmanlar da bunun göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti