...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Siyasət Materials 16 Fevral 2016 15:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin say həddini bir ay müddətində müəyyən etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti