...

Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 9 Mart 2016 18:48 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.
Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və İtaliya arasındakı münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. İtaliyanın Avropa İttifaqında (Aİ) Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd olunub.

Avropanın alternativ mənbələr əsasında enerji təhlükəsizliyinin təmin olunması və region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində TANAP və TAP layihələrinin əhəmiyyəti vurğulanıb.

F.Frattini ölkəmizin regiondakı əhəmiyyətli rolunu, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib.

E.Məmmədyarov Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişənin həlli prosesi və münaqişənin həll olunmamasının regional sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barədə məlumat verib. O, əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti