Bakı. Elçin Mehdiyev - Trend:
IV Qlobal Bakı Forumu dünyada movcud olan çağırışların müzakirə edilməsi üçün çox yaxşı bir məkandır.
Bunu Trend-ə Finlandiyanın sabiq prezidenti Tarya Halonen deyib.
Sabiq prezident bildirib ki, dünyanın bir çox ölkələrindən insanlar burada bir araya toplanıb müzakirələr aparırlar: "Bu da yeni təcrübə və biliklərin qazanılmasına imkan verir".
T.Halonen bildirib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır.
Sabiq prezident qeyd edib ki, Azərbaycan bu istiqamətdə xeyli işlər görüb.
T.Halonen Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini də bildirib: "Əvvəlki illərlə müqayisədə Azərbaycanın inkişafını görməmək mümkün deyil".