...

Pedro Aqramunt Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Siyasət Materials 18 Mart 2016 02:31 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışlayıb.
Pedro Aqramunt Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışlayıb. Bu barədə AŞPA-nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

"Bu gün Azərbaycanda 148 nəfərin azad olunması barədə yaxşı xəbər aldım", deyə Aqramunt bildirib.

Martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti