Bakı. Trend:
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, İran Xarici İşlər Naziri Cavad Zərifin və Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun görüşü planlaşdırılır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
"Görüş hələ hazırlanır", - deyə Karasin bildirib.
Karasin görüşün nə vaxtını dəqiqləşdirməyib.