...

Sabiq Baş nazir: Azərbaycanın ərazi bütövlüyünə müdaxilə regionda mənfi nəticələrə səbəb ola bilər

Siyasət Materials 5 Aprel 2016 09:56 (UTC +04:00)
Son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya açıqlama verib.
Sabiq Baş nazir: Azərbaycanın ərazi bütövlüyünə müdaxilə regionda mənfi nəticələrə səbəb ola bilər

Bakı. Trend:

Son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya açıqlama verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, açıqlamada hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sülhün və ölkənin ərazi bütövülüyünün qorunub saxlanması sülh və ölkəsinin stabilliyinin saxlanmasında maraqlı olan hər bir kəs üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, sülhə müdaxilə regionda sülh və stabillik üçün mənfi nəticələrə səbəb ola bilər"- deyə o vurğulayıb.

Beynəlxalq hüquq çərçivəsində dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən siyasi və diplomatik üsulların tətbiq edilməsinin uğura gedən yeganə yol olduğu açıqlamada qeyd olunub.

Açıqlamada, həmçinin, vəziyyətin yenidən gərginləşməsinin daha geniş beynəlxalq dəstəyə və münaqişənin sülh vasitəsilə həlli üsullarına ehtiyac olduğunu göstərdiyi nəzərə çatdırılıb.

"Hazırkı qeyri-stabil, dəyişən və asılı dünyada başa düşməliyik ki, bizdən uzaqda olan zorakılıq və ədalətsizliklərə biganə yanaşırıqsa, özümüz də ədalətsizlik və zorakılıqlarla qarşılaşanda analoji reaksiya bizə də veriləcək" - deyə sabiq baş nazir bildirib.

Açıqlamada, eyni zamanda, güclü dövlətlərin hər kəs üçün ədalət və sülhü təmin etməli olduğu, bunun ilk növbədə, onların özlərinin maraq dairələrində olması diqqətə çatdırılıb.

"Çünki onlar ədalətsizliklə üzləşən zəif, gücsüz dövlətlərlə müqayisədə daha çox itirə bilər", - deyə sabiq baş nazir söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti