...

Prezidentə məktublar: "Biz Sizə güvənirik və çox yaxın zamanda Qarabağı alacağınızı gözləyirik"

Siyasət Materials 6 Aprel 2016 21:34 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: "Biz Sizə güvənirik və çox yaxın zamanda Qarabağı alacağınızı gözləyirik"

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Qardaş və doğma Azərbaycanın Ali Baş Komandanı hörmətli Prezident İlham Əliyev.

Azərbaycanın əzəli torpağı olan Qarabağda göstərdiyiniz qəhrəmanlığa görə bir türk olaraq, qürur hissi keçirdim. Qorxaq və işğalçı ermənilərə qarşı qazandığınız zəfər bizim də qələbəmizdir. Tanrı Azərbaycanı qorusun. Şəhid qardaşlarımızın qanı yerdə qalmadı. Allah şəhidlərimizdən, əsgərlərimizdən, Azərbaycan xalqından, bu zəfərin əmrini verən Sizdən razı olsun.

Mən siyasi, hərbi və logistika məsələləri ilə məşğulam. Hörmətli Prezident, bilin ki, ürəyi Azərbaycan ilə bir döyünən Türkiyə vətəndaşı olaraq, hər zaman əmrinizdəyəm.

Hörmətlə,
Değerli Mustafa Güray Yaşar oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Möhtərəm cənab Prezident!

Son günlər cəbhədə baş verənlərdən hamı kimi mən də narahat oldum. Gürcüstanda yaşasam da ölkəmizdəki hadisələri diqqətlə izləyirəm. Əsgərlərimizin şücaəti və ələ keçirdikləri ərazilər barıədə eşidəndə qürurlandım. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm.

Möhtərəm Prezident, mən də könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Səfərbərliklə bağlı əmrinizi səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Əliyev Camal Xanəhməd oğlu.
Gürcüstan, Marneuli.

X X X

Hörmətli cənab Prezident.

Ölkənizin ərazi bütövlüyü uğrunda haqlı mübarizənizdə Sizə və qardaş Azərbaycan xalqına qələbələr arzulayıram. Türkiyə vətəndaşları kimi, mən də Sizinlə qürur duyuram. Azərbaycanlı qardaşlarımı çox sevirəm. Allah köməyiniz olsun.

Hörmətlə,
Adem İbalı
Türkiyə Respublikası, İzmir şəhəri

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyirəm. Ölkəmizin gündən-günə artan nüfuzu, qazandığı nailiyyətlər bizi sevindirir. Ordu quruculuğu sahəsindəki islahatlarınız da öz bəhrəsini verməkdədir. Cəbhədə düşmən təxribatının qarşısının layiqincə alınması bunun bariz nümunəsidir.

Cənab Ali Baş Komandan, mən də bir azərbaycanlı kimi daim cəbhəyə yollanmağa, Sizin bütün əmrlərinizi yerinə yetirməyə hazıram. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,
İsrafilov İsgəndər Babasən oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Salam hörmətli cənab Prezident.

Dağlıq Qarabağda vəziyyətlə əlaqədar Milli Ordunun əsgəri olmağa namizədliyimi təklif etmək istərdim. Yaşımın az olmasına baxmayaraq Vətənimə kömək etmək istəyirəm. Doğma Vətənim uğrunda döyüşməyə hazıram. Razılıq versəniz doğmalarımla çiyin-çiyinə döyüşməyə şad olaram. Atam tankçıdır. O da böyük məmnuniyyətlə Vətəni uğrunda döyüşəcək.

Hörmətlə,
Eyvazov Əsəd Əsəd oğlu
Rusiya Federasiyası, Moskva vilayəti

X X X

Hörmətli cənab Prezident İlham Əliyev.

Vətənin müdafiəsi kimi ali dəyərlər uğrunda apardığınız haqlı mübarizənizi illərdir yaxından izləyir və azərbaycanlı qardaşlarımı fəal dəstəkləyirik. Son bir neçə gün ərzində cəbhə xəttində həlak olmuş şəhidlərimizlə əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu itkilər sizin qədər məni də çox kədərləndirir. Sizlərə olan sevgimi, hörmətimi, dəstəyimi bu məktubu yazaraq ifadə etmək istəyirəm.

Əlbəttə ki, biz qardaşıq və bir qardaşın canı yananda digərinin bundan kədərlənməməsi mümkün deyil. Azərbaycanın böyük və güclü dövlət olduğunu bilirəm. Lazım gəlsə, Azərbaycan əsgərləri ilə çiyin-çiyinə ermənilərə qarşı mübarizə aparmaqdan böyük xoşbəxtlik və şərəf duyacağımı bildirmək istəyirəm. Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sevgi, hörmət və salamlarımı çatdırıram.

Hörmətlə,
Hatip Əkrəm Emin oğlu
Bolqarıstan Respublikası, Eski Zağra şəhəri

X X X

Salam hörmətli Prezident.

Rusiya vətəndaşı olsam da, 1997-ci ildən burada yaşasam da Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Bəli, xalqımız qardaşlarını, oğullarını və atalarını itirdi. Amma onlar əbəs yerə şəhid olmadılar.

Xalqımızın, dövlətimizin qüdrəti və birliyi düşmənə, işğalçıya layiqincə nümayiş etdirildi. Üstəlik, dünya da gördü ki, Azərbaycan xalqı təkcə xeyirxah, qonaqpərvər və tolerant deyil, həm də məğrur, cəsur, güclü və mütəşəkkil xalqdır, torpaqlarını, Vətənini, tarixini qorumağa və onların uğrunda canından keçməyə hazırdır.

Cənab Ali Baş Komandan, bu gün bütün Azərbaycan xalqı, dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən mən Sizinlə həmrəyik, Sizin yanınızda möhkəm dayanmışıq və əmrinizlə döyüşə atılmağa hazırıq.

Hörmətlə,
Quliyev Fuad Rafiq oğlu
Rusiya Federasiyası, Moskva şəhəri

X X X

Çox hörmətli Prezident İlham Əliyev.

Mən İstanbulda yaşayıram. Bir müddət əvvəl Sumqayıtda və Bakıda da yaşamış, Qafqaz Universitetində hazırlıq kursu keçmişəm. Bu müqəddəs Vətənin çörəyini yemiş, suyunu içmiş Türkiyə vətəndaşı olaraq, səmimiyyətlə deyirəm ki, qardaş Azərbaycanın əsgəri kimi, torpaqlarımızın müdafiəsi üçün borcumu yerinə yetirməyə hazıram. Hələ də tələbə olduğumdan hərbi təcrübəm yoxdur. Ancaq əmin ola biləsiniz ki, Nuru Paşanın əsgərləri və yetirmələri hələ də yaşayır. Nə mutlu türkəm deyənə.

Sizə hörmət və ehtiramımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,
Yaşar Furkan İlhan oğlu
Türkiyə Respublikası, Çorum şəhəri

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hazırda cəbhədə gedən döyüşlər və Ordumuzun irəliləməsi mənə və bütün xalqımıza qürur hissi yaşadır. Doğma yurdum Kəlbəcərin işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Lakin bu prosesləri kənardan izləmək mənə çox çətindir. Bir Kəlbəcərli olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmək mənim üçün böyük şərəfdir. Bütün azərbaycanlı qardaşlarım kimi mən də könüllü olaraq Vətən uğrunda döyüşməyə hazıram, səfərbərlik əmrinizi gözləyirəm.

Hörmətlə,
Məhərrəmov Elin Nizami oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

X X X

Möhtərəm Prezidentim.

Ermənilərə qarşı apardığınız şərəfli mübarizədə hər an yanınızdayıq. Bizim üçün Türkiyə nə qədər əzizdirsə, digər türk dövlətləri, o cümlədən Azərbaycanda da bir o qədər əzizdir. Türkün bayrağının dalğalandığı hər yer Vətənimizdir.

Xain ermənilərə qarşı apardığınız uğurlu əməliyyatlarda bizim də hər an döyüşə hazır olduğumuzu nəzərə almağınızı və lazım gəlsə Azərbaycan Ordusuna çağırmağınızı xahiş edirəm. Cəbhədəki vəziyyətlə bağlı xəbərləri diqqətlə izləyirəm. Allah köməyiniz olsun. Tanrı türkü qorusun və ucaltsın.

Sonsuz ehtiramla,
Karahan Bülent Ensar oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli cənab Prezident.

Mən həkim, cərrah olaraq istənilən an ən ağır təmas nöqtələrinə getməyi öz müqəddəs borcum bilirəm. Hesab edirəm ki, peşəsindən və sənətindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətənin çətin günündə öz əməyini əsirgəməyəcəkdir. Bu, düşmən üzərində qələbəmiz üçün ən başlıca amalımızdır.

Hörmətlə,
Seyidov Vaqif Cavad oğlu, tibb elmləri doktoru, professor, Əməkdar Həkim.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

X X X

Hörmətli cənab Prezident.

Mənim 39 yaşım var. Ağdam rayonunda anadan olmuşam. Xahiş edirəm Ali Baş Komandan kimi bu çətin günlərdə ön cəbhədə döyüşmək üçün mənim ordu sıralarına qatılmağıma kömək edəsiniz. Bir azərbaycanlı kimi, torpağını itirmiş bir vətəndaş kimi ön cəbhədə Sizin başçılığınız altında layiqincə döyüşməyə ozümü qadir hiss edirəm. Biz torpaqlarımız uğrunda gözümüzü qırpmadan şəhid olmağa hazırıq.

Hörmətlə,
Muxtarlı Əli Cahid oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.

X X X

Çox hörmətli Prezident.

Təbrizdən Sizə salamlar. Başda Siz olmaqla şanlı ordumuzun qazandığı zəfərlər münasibətilə bütün dünyada yaşayan, Azərbaycan üçün ürəyi döyünən soydaşlarımızı təbrik edir, Uca Tanrıdan bu zəfərləri yaratmaq uğrunda şəhid olanlarımıza rəhmət diləyirəm. Hörmətli cənab Prezident, əmin olun ki, bugün burada Sizin böyük bir ordunuz var. Bugün mən, qardaşlarım, dostlarım və on minlərcə azərbaycanlı cismən burda yaşasaqda, ruhumuz və qəlbimiz Sizinlədir. Biz şanlı ordumuza tam güvənirik. 50 milyon azərbaycanlı tam dəstəklə Sizin arxanizdayiq. Biz döyüşə hazırıq, Babəkin sərbazıyıq.

Hörmətlə,
Əhmədoğlu Əlirza Nasir oğlu.
İran İslam Respublikası, Təbriz şəhəri.

X X X

Möhtərəm Prezident.

Son zamanlar respublikamızın hər bir evində kiçik zəfərlər qeyd edilir. Əlbətdə ölkəmizdə baş verən irəliləyişlər zamanla həmişə olub. Amma belə ruhən sevinclər bizə bəxş etdiyinizə görə mən şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm. Əgər ehtiyac olarsa, arxa cəbhədə edə biləcəyim bütün işləri görməyə canla başla hazıram. Əzəldən ana-nənələrimizdən belə sözlər bizə miras qalıb. Mən bu gün Sizə demək istəyirəm ki, boyunuza qurban, Allah Sizi qorusun!

Hörmətlə,
Ələsgərova Flora Tofiq qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Hörmətli cənab Prezident!

20 ildən çoxdur ki, Qarabağımız erməni işğalındadır. İllərdir Qarabağ işğalını uzatmaq üçün düşmənlə əməkdaşlıq edən bir çox dünya ölkələri işğalçıya siyasi, iqtisadi dəstək vermişlər, ancaq Sizin ölkəmizə başçılığınız və rəhbərliyiniz nəticəsində düşmənin və onun tərəfdarlarının hiylələri boşa çıxmış və Ermənistan bu gün çıxılmaz dalanda sıxışıb qalmışdır.

Hörmətli Prezident, Sizin dediyiniz Azərbaycan hər azərbaycanlının vətənidir, Azərbaycan dövləti hər azərbaycanlının dövlətidir sözləri hər zaman Azərbaycan gəncliyinə güc və qürur verib.

Hörmətli Ali Baş Komandan, şəxsən mənim və dostlarımın Qarabağda bir azərbaycanlı olaraq savaşmaq icazəmiz yoxdur. Sizdən çox xahiş edirik ki, bizlərin Qarabağda, vətənimiz üçün qardaşlarımızla çiyin-çiyinə savaşmaq istəyini qəbul edib, bizləri Azərbaycanımızın şanlı ordusunun sıralarına alasınız. Biz Azərbaycan gəncliyi, başda şəxsən özüm Ağababayev Elşən Hacı Həsən oğlu bir Azərbaycan övladı olaraq öz ana vətənimizə övladlıq borcumuzu ödəmək istəyirik. Buna görə Sizdən vuruşmaq icazəsi istəyirəm. Qarabağın işğaldan qurtarılması uğrunda mübarizə hər bir azərbaycanlının arzusu və istəyidir. Bizlər bunu özümüzün bir vətən və namus borcu bilirik.

Əbədi yaşasın Azərbaycan!

Hörmətlə,
Ağababayev Elşən Hacı Həsən oğlu, dövlət qulluqçusu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Son günlər cəbhə bölgəsində rəşadətli Azərbaycan ordusunun düşmən təxribatına layiqli cavabları məni bir Azərbaycan vətəndaşı kimi çox sevindirir. Bu ilk zəfərlərdə yeritdiyiniz uğurlu hərbi siyasətin bəhrəsini görürük.

Cənab Prezident! Damarında azərbaycanlı qanı axan hər bir Azərbaycan gənci kimi mən də Sizin mövqeyinizi dəstəkləyir, böyük ümid ilə Sizin səfərbərlik əmrinizi gözləyirəm. Allahdan Sizə can sağlığı, işlərinizdə uğurlar arzu edirəm!

Hörmətlə,
İsmayıllı İsmayıl Əhəd oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev.

Təmas xəttində erməni silahlı birləşmələrinin atəşkəsi pozduğunu eşitdikdə çox həyəcanlandım. Mən hərbi xidmətimi Jandarma Qüvvələrində snayper vəzifəsində yerinə yetirmişəm.

Xəbərlərdə əsgərlərimizin şəhid olduğunu öyrəndim və çox üzüldüm. Şəhidlərimizlə əlaqədar Sizə başsağlığı verirəm. Sizdən yeganə xahişim odur ki, mənim də Azərbaycan Ordusunda xidmət etməyimə göstəriş verəsiniz. Əcdadlarımız Çanaqqalada çiyin-çiyinə vuruşduqları kimi, Qarabağda da qardaşlarımızla bir yerdə olduğumuzu bütün dünyaya göstərməliyik. Mənim üçün ana yurdum Türkiyə nə qədər əzizdirsə, qardaş Azərbaycan da bir o qədər doğmadır. Erməni işğalçılarına qarşı döyüşmək üçün əmrinizi gözlədiyimi bir daha diqqətinizə çatdırmaq istəyirəm. Sizin komandanlığınızla Azərbaycanın bu sınaqdan Qələbə ilə çıxacağına əminəm.

Dərin hörmətlə,
Baykal Ersin İzzət oğlu
Türkiyə Respublikası, Denizli şəhəri

X X X

Hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Mən 39 saylı məktəbin şagird və müəllim kollektivi adından Sizin Ali Baş Komandanlığınız altında müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı daim Sizi qorusun!

Cənab Prezident, bir kəlbəcərli şəhid bacısı kimi hər il aprelin 2-si mənim üçün qara bir gün olub. Ancaq bu il həmin günü bizim üçün zəfər tarixinə çevirdiyinizə görə Sizə minnətdarıq. Mən həmişə inanmışam və daim şagirdlərimizə də bunu təbliğ etmişəm ki, məhz Sizin Ali Baş Komandanlığınız altında bizim şəhidlərimizin qanı yerdə qalmayacaq, biz o yerlərə dönəcəyik. Tanrıya şükürlər olsun ki, bu günləri yaşamaq nəsibimiz oldu. Qoy, o bir olan Allah Sizə bu şərəfli qələbinizdə yardımçı olsun.

Hörmətlə,
Şükürova Tahirə Əvəz qızı
Milli Qəhrəman R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli cənab Prezident!

Cəbhə bölgəsində Milli Ordumuzun təşəbbüsü ələ alması bizi çox sevindirir. Şükürlər olsun ki, Sizin diqqətinizlə gündən-günə güclənən ordumuz düşmənə öz layiqli cavabını verdi. Cənab Prezident, bu sevinci xalqımıza Sizin fədakar əməyiniz, müdrik düşüncəniz verir. Çox sağ olun! Biz Sizə inanırıq, qələbə münasibətilə Sizi təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,
Məhərrəmov Barat.
Azərbaycan Respublikası, Lənkəran rayonu.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycan Silahlı Qüvvələrinin uzun illərdi ki, həsrətlə gözlədiyimiz bu haqq savaşında və hərbi əməliyyatlardakı qələbə xəbərləri bizləri çox sevindirir. Cənab Prezident, bu münasibətlə Sizi təbrik edirik.

Cənab Prezident, bütün nailiyyətlərimiz Sizin Ali Baş Komandanlığınız altında həyata keçirilir. Biz Sizinlə fəxr edirik və bir daha hər bir Azərbaycan vətəndaşı tam əmin oldu ki, ölkəmizin, dövlətimizin idarə edilməsi çox etibarlı əllərdədi. Cənab Prezident hər an, hər dəqiqə düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması xəbərlərini həsrətlə gözləyirik. Onu da qeyd etmək istəyirəm ki, torpaqlarımızın azad olunması üçün hər bir Azərbaycan vətəndaşı kimi mən də alışıb yanıram.

Cənab Ali Baş Komandan! Uca Allah bu müqəddəs savaşda Sizə, Azərbaycan xalqına və ordusuna komək olsun. Amin!

Hörmətlə,
Qasımov Rövşən İsmayıl oğlu.
Azərbaycan Respublikası, Xızı rayonu, Sitalçay kəndi.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən də minlərlə Azərbaycan gənci kimi ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizi dəstəkləyir və son nəfəsimə qədər Sizin əmrlərinizi yerinə yetirməyə hər zaman hazıram. Səbirsizliklə səfərbərlik əmrinizi gözləyirik.

Hörmətlə,
Hüseynov Ehtiram Bahadur oğlu, mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Laçın rayonu.

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz, Astara rayonunun gəncləri Sizin rəhbərliyiniz ilə rəşadətli ordumuzun cəbhədə qazandığı qələbədən ruhlanır, hədsiz sevinirik. Bütün astaralılar, əli silah tutan hər bir kəs ətrafınızda sıx birləşərək son dərəcə qətiyyətli və prinsipial mövqeyinizi dəstəkləyir və alqışlayırıq. Təhlükəsizlik Şurasının iclasında qətiyyətli çıxışınız, dəyərli fikirləriniz hamımızı ətrafınızda birləşməyə bir daha səfərbər etdi. Əmriniz olarsa silaha sarılıb hər birimiz sinəmizi sipər edərək torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda döyüşə yollanmağa hazırıq.

Cənab Ali Baş Komandan, biz Sizi hədsiz sevir, Sizinlə qürur duyur, fəxr edirik. Doğma Vətənə və xalqa olan böyük sevginiz qarşısında baş əyir, torpaqlarımızın azadlığı uğrunda haqq işinizdə Sizə uğurlar arzulayırıq. Allah köməyiniz olsun.

Dərin hörmətlə,
Astara rayonunun gəncləri adından
Eyvazov Tural Rasif oğlu
Azərbaycan Respublikası, Astara şəhəri

X X X

Hörmətli cənab Ali Baş Komandan!

Xalqımız kimi biz yardımlılar da həmişə Sizinləyik. Bizim işimiz haqq işidir. Biz işğal altındakı torpaqlarımızı, ərazi bütövlüyümüzün bərpasını istəyirik. Bu çətin və şərəfli işinizdə Sizə böyük uğurlar arzu edirik.

Hörmətlə,
Vəliyev Hüseyn Əbülfəz oğlu.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Çayüzü kəndi.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycanımızın igid, şücaətli və yenilməz əsgərlərinin Qarabağda döyüşlərdə müvəffəq olduqları uğurları, işğal olunmuş torpaqlarımızın bir qisminin geri alınması münasibəti ilə Sizi və xalqımızı təbrik edirəm və dərin təşəkkürümü bildirirəm. Bu cür əsgərlər yetişdirən valideynlərə var olun deyirəm və əllərindən öpürəm. Mən də hər an cəbhədə Vətənimiz uğrunda əsgər qardaşlarımızla birlikdə döyüşməyə hazıram. İnanırıq ki, Sizin Ali Baş Komandanlığınızla qüdrətli əsgərlərimiz işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın müqəddəs üçrəngli bayrağını o torpaqlarımızda dalğalandıracaqdır. İnanırıq ki, qüdrətli Ordumuz Sizin rəhbərliyiniz ilə, Allahın izni ilə yaxın zamanda tam qələbə qazanaraq bu sevinci bizə yaşadacaq. Biz Sizinləyik, biz əsgərlərimizləyik. Biz Sizə, Ordumuza inanırıq və tam dəstəkləyirik.

Hörmətlə,
Kərimov Hüseyn Əlcan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.

X X X

Hörmətli cənab Prezident!

Biz Sizinlə fəxr edirik. Ali Baş Komandanı qətiyyətli və mərd olan dövlətin Ordusu da belə qüdrətli olar. Cəbhədəki son hadisələr xalqımızın özünəinamını daha da artırmışdır. Bu bizim üçün çox yaxşı sınaq oldu. Döyüşmək üçün, torpaqlarımızı azad etmək üçün, gərəkirsə şəhid olmağa da hazıram. Yetər ki, əmr edin, cənab Prezident.

Hörmətlə,
Bayramov Elşən Rövşən oğlu.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Son günlərdə cəbhədə Milli Ordumuzun erməni silahlı qüvvələrinə vurduğu zərbələr xalqımızın ürəyincədir. Sizin böyük zəhmətinizlə həm diplomatiya sahəsində, həm də cəbhə bölgəsində təşəbbüs bizim əlimizdədir. Biz buna çox sevinirik. Təhlükəsizlik Şurasının iclasındakı çıxışınızda göstərdiyiniz qətiyyətli mövqeyi ürəkdən bəyənir və dəstəkləyirik. İşğalçı ermənilər torpaqlarımızdan çıxmalıdır. Qələbə bizimlədir. Biz həmişə Sizin ətrafınızda sıx birləşib vətənimizi qoruyacağıq. Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,
Dövlətov Şahrıza.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Osaküçə kəndi.

X X X

Hörmətli cənab Prezidentim.

Təmas xəttində ermənilərin törətdikləri təxribatlar zamanı cəbhədə şəhid olan əsgərlərimizə Allahdan səbr diləyir, Sizə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hörmətli Prezidentim, düşmən hücumlarını dəf etmək, Vətənimizin müdafiəsi üçün hərbi əməliyyatlar başlamışdır. Könüllü olaraq cəbhəyə yollanıb döyüşmək üçün Sizin əmr və göstərişlərinizi gözləyirik.

Cənab Prezident, mən işimlə əlaqədar Azərbaycanın cəbhəboyu bölgələrində çalışdığım üçün həmin ərazini yaxşı tanıyıram. Sizə, Azərbaycan xalqına canım fəda olsun. Xocalıda körpə uşaqlarımızın diri-diri dərisini soyan, qadınlarımıza, qocalarımıza işgəncə verən xain və qatil ermənilərdən qisas almaq üçün iki övladımla bərabər əmrinizi gözlədiyimi bildirirəm.

Hörmətlə,
Kılıc Akın Seyfəddin oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli cənab Prezident.

Azərbaycanımızın igid, şücaətli və yenilməz əsgərlərinin Qarabağda döyüşlərdə müvəffəq olduqları uğurları, işğal olunmuş torpaqlarımızın bir qisminin geri alınması münasibəti ilə Sizi və xalqımızı təbrik edirəm və dərin təşəkkürümü bildirirəm. Bu cür əsgərlər yetişdirən valideynlərə var olun deyirəm və əllərindən öpürəm. Mən də hər an cəbhədə Vətənimiz uğrunda əsgər qardaşlarımızla birlikdə döyüşməyə hazıram. İnanırıq ki, Sizin Ali Baş Komandanlığınızla qüdrətli əsgərlərimiz işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın müqəddəs üçrəngli bayrağını o torpaqlarımızda dalğalandıracaqdır. İnanırıq ki, qüdrətli Ordumuz Sizin rəhbərliyiniz ilə, Allahın izni ilə yaxın zamanda tam qələbə qazanaraq bu sevinci bizə yaşadacaq. Biz Sizinləyik, biz əsgərlərimizləyik. Biz Sizə, Ordumuza inanırıq və tam dəstəkləyirik.

Hörmətlə,
Kərimov Hüseyn Əlcan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.

X X X

Hörmətli cənab Prezidentimiz, Ali Baş Komandan.

Mən II qrup Çernobıl əlili, əsgər atasıyam. Hazırda oğlum Füzuli rayonunda döyüş bölgəsində düşmənlə üz-üzə torpaqlarımızın göz bəbəyi kimi qoruyur. Vətənimiz uğrunda şəhid olmağa hər dəqiqə, hər saniyə hazırdır. Məni torpaqlarımızın alınması uğrunda döyüş bölgələrinə göndərməyinizi Sizdən dönə-dönə xahiş edirəm. Vətənimiz üçün, Qarabağ torpaqlarının alınması üçün şəhid olmağı özümə şərəf və hünər bilirəm.

Siz dünya miqyasında öz sözünü deyən görkəmli dövlət xadimlərindən birisiniz. Azərbaycan Respublikasını dünyada tanıdan sizsiniz.

Hörmətli Ali Baş Komandan, biz Sizinlə fəxr edirik. Siz ulu öndərimiz Heydər Əliyevin davamçısınız. Mən ulu öndərimizin ruhu qarşısında baş əyirəm. Ali Baş Komandandan, Sizin əmrinizi səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Məmmədov Tahir Hüseyn oğlu, II qrup Çernobıl əlili, Prezident təqaüdçüsü, YAP-ın üzvü, əsgər atası.
Azərbaycan Respublikası, Şamaxı rayonu.

X X X

Hörmətli cənab Prezident!

Sizin ardıcıl səylərinizlə ölkəmizin dünyada artan nüfuzu bizi çox sevindirir. Sizin sülh sevərliyiniz və humanist siyasətiniz ölkəmizə böyük nüfuz qazandırmışdır. Xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün göstərdiyiniz səylər misilsizdir. Lakin bu uğurları xain qonşularımızın gözü götürmür. Müxtəlif təxribatlar törədirlər. Amma onların cəhdləri əbəsdir. Artıq Azərbaycan qüdrətli dövlətdir, düşməni öz yerində oturtmağa qadirdir. Azərbaycan haqq uğrunda mübarizə aparır. Son günlərdə cəbhədə düşmənə vurulan zərbələr göstərir ki, bu haqqı Azərbaycanın mərd oğulları, igid əsgərləri qaytaracaq. Biz də Sizin əmrinizlə vətənimizi qorumağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,
Əbdülov Ələkbər.
Azərbaycan Respublikası, Lənkəran rayon, Osaküçə kəndi.

X X X

Hörmətli cənab Prezident!

Sizi Azərbaycan Ordusunun qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Xalqımız Sizinlə fəxr edir. Xalqımız Sizinlədir, Sizin arxanızda durub. Allah Sizi qorusun! Bütün Qarabağ əlilləri Sizin əmrinizlə vətən yolunda şəhid olmağa hazırdır. İnşallah torpaqlarımız Sizin səylərinizlə işğaldan azad olunacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,
Əliyev Əbülfət, Lənkəran Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri.
Azərbaycan Respublikası, Lənkəran rayonu.

X X X

Hörmətli cənab Prezident.

Erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə endirdiyi zərbə ürəyimizdən oldu. Hamımız sevinirik. Çox sag olun, cənab Prezident! Bu qələbə Sizin zəhmətinizin nəticəsidir. Biz Sizə inanırıq. Milli Qəhrəman atası kimi mən də, mənim övladlarım da Sizin əmrinizlə Vətəni qorumağa, şəhid olmağa həmişə hazırıq. Allah şəhid balalarımıza rəhmət etsin. Allah Ordumuza güc versin. Allah Sizi qorusun.

Hörmətlə,
Əliyev Hacı Ələkbər oğlu, Milli Qəhrəman atası.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

İlk növbədə, bu uğurlarımıza görə Sizi həm təbrik edir, həm də apardığınız çoxşahəli və təmkinli siyasətinizə borclu olduğumuzu bildirirəm. Bu uğur bizim doğma Ana Vətənimiz olan Azərbaycanımızın uğurudur. Sevinc və fəxr hissimin hədsizliyindən nə yazacağımı belə bilmirəm. Şəxsən mən Siz Ali Baş Komandanın verəcəyi əmri hər an gözləyirəm. Vətənimin keşiyində durmağa, Sizin ətrafınızda sıx birləşməyə canımdan da, qanımdan da keçməyə hazıram. Xalqa və Orduya olan diqqətivizə görə Sizə minnətdaram!

Hörmətlə,
Tağıyev Mirnamiq Mirhüseyn oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.

X X X

Hörmətli cənab Prezident!

Men Sizden artıq dərəcədə xahiş edirem ki, meni könüllü herbi xidmətə qəbul etsinler. Çünki biz hele Vətənimizə tam borcumuzu verməmişik, axı torpaqlarımız düşmən tapdağı altındadır. Onun üçün də çox xahiş edirəm ki, məni könüllü hərbi xidmətə qəbul edəsiniz.

Hörmətlə,
İsmayılzadə Vüqar Əflatun oğlu.
Azərbaycan Respublikası, Bərdə rayonu.

X X X

Hörmətli cənab Prezident!

Bildiyimiz kimi son günlərdə cəbhədə gedən döyüşlər bütün Azərbaycan xalqını qürurlandırır, ancaq şəhid olan qardaşlarımıza görə də çox kədərlənirik. Vətən uğrunda gedən döyüşə biganə qala bilmərik. Ürəyimiz hər an, hər dəqiqə bizim üçün savaşan qardaşlarımızla döyünür. Sizə yazmağımın məqsədi lazımi orqanlar vasitəsilə mənim də cəbhədə layiqincə döyüşən əsgərlərimizin sırasına qatılmağıma icazə verməyinizdən ibarətdir.

Hörmətlə,
Ramazanov Yasin İnqilab oğlu, tələbə.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Hörmətli cənab Prezident!

Milli Ordumuzun Ağdam-Füzuli-Tərtər istiqamətində erməni silahlı dəstələrinə qarşı döyüşlərdə qazandığı qələbə hər birimizi sevindirir. Milli Ordumuzun göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın bir hissəsinin azad olunması böyük tarixi nailiyyətdir. Qaçqın və məcburi köçkün vəziyyətində yaşayan bir milyon soydaşımızın gözünə işıq gəldi, yurd həsrətinin sonu çatır. Cənab Prezident, xalqımız qələbə ruhu ilə yaşamağa başlayıb bu ruhu ona siz bəxş etmisiniz. Çox sag olun. Sizi bu qələbə münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,
Süleymanov Siyavuş.
Azərbaycan Respublikası, Lənkəran rayonu.

X X X

Cənab Ali Baş Komandan! Çox güvəndiyim cənab Prezident!

Qələbəyə doğru inamla irəli! Azərbaycan xalqının oğul və qızları döyüşə tam hazırdır. Torpaqlarımız erməni işğalından azad olunana qədər geri çəkilməyin. Azərbaycanın tarixi düşmənləri olan ermənilərin belini qırın. Sizdən çox-çox xahiş edirəm torpaqlarımızın hamısını azad edin. Vətənim uğrunda canımdan keçməyə həmişə hazıram. Olum və ya ölüm! Uca Allah insana x

as bütün gözəl və nəcib nemətləri Azərbaycan xalqına bəxş edib. Bizim xalq yaşamalıdır. Qələbəni tarixə şanlı hərflərlə Siz yazın. Allah köməyiniz olsun. Allah Sizi Qorusun.

Hörmətlə, qələbə arzusu ilə,
Məmmədova Əzizə Hüseyn qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Çox hörmətli cənab Prezident!

Bütün dünya şahiddir ki, Siz sülhün tərəfdarısınız. Lakin qonşularımız olan ermənilər sülh istəmirlər. Ona görə də bütün dünya Azərbaycan Ordusunun öz torpaqlarının işğalçılardan azad etmək üçün göstərdiyi qəhramanlığı hörmətlə qarşıladı. Haqq Azərbaycan xalqının yanındadır. Xalqımız və milli ordumuzla birlikdə bizdə Sizin ətrafınızda sıx birləşirik. Sizin əmrinizlə Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə, Vətən uğrunda canımızdan keçməyə hazırıq. Sizi qələbə münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,
Sadıqov Bülbül, təqaüdçü müəllim.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Biz - Xəzər rayonu Binə qəsəbəsinin sakinləri əmrinizlə hər an döyüşə getməyə hazırıq. Sizdən xahiş edirik bu barədə sərəncam verəsiniz. Düşmən bilsin ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bütün xalq torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyir.

Hörmətlə,
Əliyev Arzuman Nəriman oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.

X X X

Hörmətli cənab Prezident.

Siz Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün əlinizdən gələni əsirgəmirsiniz. Vətənimizin çiçəklənməsi üçün mən də öz köməyimi göstərməyə hazıram. Son günlər cəbhədə baş verənlər barədə məlumatlıyam. Ordumuzun qüdrəti başımızı ucaldır. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirəm. Biz hamimiz Azərbaycan Ordusu ilə fəxr edir və inanırıq ki, qələbə bizimdir. Biz azərbaycanlı kimi Qazaxıstandan hamımız könüllü olaraq ölkəmizə gəlib Vətəni qorumağa hazırıq.

Hörmətlə,
Nuriyev Vüsal İlqar oğlu.
Qazaxıstan Respublikası, Almatı şəhəri

X X X

Hörmətli cənab Prezident və Ali Baş Komandan.

76 yaşım var. Lakin işləməyə qüvvəm var. Əczaçıyam, uzun müddət aptek müdiri işləmişəm. Xahiş edirəm ki, cəbhə bölgəsində aptekdə işləməyə icazə verəsiniz. Əgər şəhid olsam qanımı Vətənimə halal edirəm. Vətən sağ olsun!!!

Hörmətlə,
Məhərrəmova Solmaz Hüseyn qızı.
Azərbaycan Respublikası, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

X X X

Möhtərəm Prezident.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi 2001-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Təşkilatımız, adından da göründüyü kimi, Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu öyrənmək və təbliğ etməklə yeniyetmə və gənclərimizdə vətənpərvərlik hissinin tərbiyəsi üzrə iş aparır. Bu məqsədlə bir çox möhtəşəm layihələr həyata keçirtmişik. Şəxsən Ümummili Liderimiz Heydər Əliyevin tövsiyəsi ilə bütün Milli Qəhrəmanlarımızın fotoları olan plakatlar çap etdirilmiş, müxtəlif müəssisələr və təhsil ocaqlarında Milli Qəhrəmanlar guşəsinin yaradılmasına nail olmuşuq. Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu əks etdirən "Azərbaycanın Milli Qəhrəmanları", "Heydər Əliyev və Milli Qəhrəmanlarımız" adlı kitablar nəşr etdirərək təhsil ocaqlarına təmənnasız olaraq paylamışıq.

Son günlər erməni faşistlərinin cəbhə xəttində etdikləri vəhşiliklərə dözməyən igid Azərbaycan əsgərlərinin - Azərbaycan Ordusunun ermənilərə layiqli cavab verməsi nəticəsində Azərbaycan Xalqı, Azərbaycan ictimaiyyəti həm böyük sevinc, həm də şəhidlərimizlə bağlı kədər içərisindədir.

Milli Ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi məhz Sizin Milli Orduya göstərdiyiniz diqqət və qayğının, həmçinin müdrik siyasətinizin nəicəsidir.

Möhtərəm Prezidenti, birliyin Milli Qəhrəman və veteran üzvlərinin könüllü olaraq ön cəbhəyə getmələri barədə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə ünvanladıqları müraciəti nəzərə alaraq Sizdən xahiş edirik ki, hal-hazırda ehtiyatda olan sağ Milli Qəhrəmanları və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin aşağıda adları qeyd olunan tərkibdə rəhbər heyətini bir əsgər kimi cəbhə bölgəsində ön xəttdə düşmənə qarşı mübarizə aparmaq üçün könüllü olaraq ordu sıralarına qəbul edəsiniz.

Dərin hörmətlə,

Uluxanlı Elşən Aydın oğlu, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma

İctimai Birliyinin sədri.

Azərbaycanın Milli Qəhrəmanları - Allahverdiyev Bəxtiyar Əzizulla oğlu, Quliyev Zabit Adil oğlu,

Atakişiyev İntiqam Vahid oğlu, Quliyev Vahid Həbibulla oğlu, Həsənov Fizuli Yaqub oğlu.

Birliyin üzvləri və Qarabağ veteranları - Musayev Elşən Əhmədiyyə oğlu, Allahverdiyev Niyaz Allahverdi oğlu.

Birliyin üzvləri - Əzimov Elçin Məhiyyədin oğlu, Şirinov Asif Xasay oğlu, Abdullayev

Mehman İsa oğlu, Cahangirov Samir Bəkir oğlu, Hacıyev Şəmistan

Şamil oğlu, Mürsəlov Vüqar Əhməd oğlu, Kərimov Vamid Vəliyəddin

oğlu, Məmmədov Münasib Arif oğlu, Əfəndiyev Rauf Rafiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev!

Biz - Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin üzvləri bir nəfər kimi, torpaqlarımızın geri qaytarılması uğrunda əsl qəhrəmanlıq şücaəti göstərərək şəhid olmuş övladlarımızın ruhu qarşısında baş əyirik. İnanırıq ki, bizim igid, cəsur, əyilməz və qürur doğuran Ordumuz qısa bir müddətdə terror, faşist, vandal və çirkin niyyətlərini həyata keçirən erməni quldurlarının belini qıracaq. Sizə ölkəmiz naminə aparılan siyasətdə uğurlar və cansağlığı arzu edirik. İnanırıq ki, biz haqq yolundayıq və Qələbəni görəcəyik. Bizimlə dostluq və əməkdaşlıq əlaqələri olan Türkiyə, Rusiya, Gürcüstan müharibə veteranları separatizmə və terrorizmə qarşı mübarizədə bir yerə olmaq haqqında sazişlərə imza atıblar, bizi dəstəkləyirlər və bizimlə bir yerdədirlər.

Hörmətlə,
Rzayev Fuad, Azərbaycan Respublikası Bakı Əlil və Müharibə Veteranları İctimai Birliyinin sədri,
Mehtiyev Telman, sədr müavini.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Möhtərəm Prezidentim.

Mən Ankarada yaşayan gəncəm. Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, torpaqların işğaldan azad edilməsi üçün apardığınız mübarizədə qardaşlarımla bir yerdə olmaq istədiyimi diqqətinizə çatdırıram. Lazım gəldikdə Azərbaycan uğrunda son damla qanıma qədər döyüşməyə hazıram. Erməni qatilləri ilə döyüşdə əsgər qardaşlarımızın şəhid olması bizim də qəlbimizdə dərin kədər hissi oyatmışdır.

Cənab Prezident, artıq torpaqlarımızı işğaldan azad etməyin vaxtı çatıb. Azərbaycanın bayrağını Qarabağda asacağınız, torpaqlarımızı azad edəcəyiniz günün yaxında olduğuna inanır və bunun üçün çox səbirsizlənirəm. Bu yolda Sizinlə çiyin-çiyinə döyüşmək üçün Türkiyə minlərlə gənc əmrinizi gözləyir. Azərbaycana canımız və qanımız da fəda olsun. Allah köməyiniz olsun.

Sizə və Azərbaycan xalqına bir daha salamlarımı çatdırıram.

Hörmətlə,
Cansu Hayri Həsən oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Cənab Prezidentimiz İlham Əliyev!

Biz Sizə güvənirik və çox yaxın zamanda Qarabağı alacağınızı gözləyirik və bir an olsun Ordumuzun gücünə şübhəmiz yoxdur!

Vəliyev Tural Zabit oğlu.
Rusiya Federasiyası, Lipetsk şəhəri.

X X X

Çox hörmətli möhtərəm Prezidentimiz, Ali Baş Komandan.

Tutduğunuz bu haqq yolda Sizə Allahdan böyük-böyük uğurlar diləyirik. Atdığınız qətiyyətli addımı ilk Qələbəmiz hesab edərək ətrafınızda ömürlük birləşməklə əmr və göstərişlərinizə dair hazırıq.

Sizin xüsusi hörmətiniz olan mehdiabadlılar və Mehdiabad şəhid anaları adından dərin hörmətlə,

Musayeva Xanım İsmayıl qızı
Muradova Qənfilə Balaca qızı
Orduxanova Ülkər Teymur qızı
Həsənova Vəcihə Əsgər qızı
İsmayılova Şəfiqə Dünyamalı qızı
Məhərrəmova Dilşad Sarı qızı
Mehrəliyeva Nazpəri Ramazan qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu.

X X X

Hörmətli Prezident.

Qardaş Türkiyədən Sizi və Azərbaycan xalqını salamlayıram. Mətbuatda erməni xainlərinin törətdikləri təxribatlara layiqli cavabınızı oxuyarkən çox qürurlandım. Döyüşlərdə şəhid olan qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı diləklərimi ifadə edir, yaralananlara şəfa arzulayıram.

Azərbaycan və Türkiyə qardaş ölkələr və xalqlardır. İnşallah, Ermənistana qarşı həmişə birlikdə mübarizə edərik. Qəlbim daim sizinlədir, Sizi dəstəkləyir, haqq işinizdə müvəffəqiyyətlər arzulayıram. Allah yardımçınız və dəstəkçiniz olsun.

Hörmətlə,
Sevik Ahmet Ahmet oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Hörmətli cənab Prezident!

Son günlərdə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin təxribat cəhdlərinin qarşısı rəşadətlə alınması düşmən qüvvələrinə layiqli cavab verməsi xəbəri bizdə Ordumuzun şanlı bayrağımızı tezliklə Şuşada, Xankəndində dalğalandırılacağına əminlik yaratdı.

Hörmətlə,
Səfərli Elvin Sərvər oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin könüllüsü.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Möhtərəm Prezident!

Sizin rəhbərliyiniz altında öz iqtisadi və hərbi gücünü artıran Azərbaycan dövləti istənilən vaxt düşmənə layiqli cavab verməyə hazır olduğunu bir daha sübut etdi.

Cənab Ali Baş Komandan!

Ordumuzun şücaəti, qəhrəmanlığı bizi yeni qələbələrə ruhlandırır. Şəxsən biz özümüz torpaqlarımızın azad edilməsi uğrunda döyüşə getməyə hazırıq.

Hörmətlə,
Əlibabayev Tural
Şərifov Vüsal.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Kotec qəsəbəsi.

X X X

Cənab Ali Baş Komandan.

Azərbaycan Ordusu bizim qəhrəman döyüşçülərimiz ermənilərin təxribatının nəinki qarşısını ala bildilər, eyni zamanda, əlverişli mövqeləri geri qaytardılar. Biz böyük hərbi Qələbə qazandıq. Mənfur ermənilər səbir kasası dolmuş Azərbaycan əsgərinin nələr edə biləcəyini gördü. Qazanılmış bu Qələbə münasibətilə lerikli gənclər adından Sizi Ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirik. Bu gün təmas xəttində Azərbaycanın ordusu Sizin rəhbərliyinizlə daha da möhkəmləndi. Biz Lerikli gənclər ölkəmizi daim irəliyə aparan, Ulu öndərimizin layiqli davamçısı olan cənab Prezidentimizi dəstəkləyirik. Sizə və xalqımıza daha böyük zəfərlər arzulayırıq.

Hörmətlə,
Əhədov Zamiq, YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin sədri.
Azərbaycan Respublikası, Lerik rayonu.

X X X

Cənab Ali Baş Komandan.

Yazıb Sizə bildirmək istəyirəm ki, mən erməni işğalçılarına qarşı müharibədə döyüşmüşəm. Ermənistanın Vedi qəsəbəsində yaşamışam və orda da doğulmuşam, həm də erməni dilini çox yaşı bilirəm. Erməni dilində həm də sürücülük məktəbini oxumuşam. Bir sözlə düşmənlərimizin dilində yazıb oxumağı yaxşı bilirəm, həm də müharibə veteranıyam. Sizdən xahiş edirəm məni də döyüşə yola salasınız, mənə bir AKM və bir dənə də snayper verin, mən o ermənilərdən azı 10-15 əsir gətirərəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Belə şansı əldə buraxmayın, Sizə qurban olum, bircə məni buraxın, yəni icazə verin, mən də gedim döyüşə, mən onları öldürməyə gedirəm, ölməyə yox. Xahiş edirəm mənim bu istəyimə yox deməyəsiniz.

Hörmətlə,
Bayramov Əsgər Abbas oğlu, müharibə veteranı
Azərbaycan Respublikası, Şirvan şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Bütün xalqımız kimi, Sabirabad camaatı da cəbhə bölgəsinə getməyə, düşmənlə vuruşmağa hazırdır.

Ermənistan bizimlə olan güc nisbətini düzgün qiymətləndirməli və torpaqlarımızı sülh yolu ilə geri qaytarmalıdır. Son hadisələr göstərdi ki, onların başqa çıxış yolu yoxdur. Əks halda işğalçı tərəfə daha ağır cəzalar verilə bilər. Bu xalq Sizə minnətdardır.

Dərin hörmətlə,
Qasımov Şamil Murtuza oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu.

X X X

Möhtərəm Prezident!

Cəbhədə qazandığımız qələbə münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Son hərbi qələbə Sizin apardığınız uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Biz Sizin bu siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq. İlkin əmrinizlə döyüşə hazır olduğumuzu bildiririk.

Sumqayıt şəhər Gənclər Evinin kollektivi adından dərin hörmətlə,

Bayramova Gözəl
Quliyeva Könül
Əhmədov Niyaməddin
Kərimli Taleh.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Azərbaycanda güclü ordu quruculuğu, yürütdüyünüz uğurlu xarici və daxili siyasət nəticəsində cəbhədə qazandığımz qələbəyə görə böyük qürur hissi keçiririk. Bu qələbə münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qəti əminik ki, qələbələrimiz bundan sonra da davam edərək, işğal altında olan bütün torpaqlarımız azad olunacaq.

Azərbaycan Qızıl Apara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin kollektivi adından hörmətlə,

Əlizadə Reyhan
Tanrıverdiyeva Gülnar.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli cənab Prezidentimiz,

Bizlər Ermənistan ilə aparılan bu haqlı davada millətimizin və Ordumuzun yanındayıq. Hadisələrin başlandığı 2016-cı il aprelin 1-dən bəri biz də boş durmamış və əlimizdən gələni etməyə çalışmışıq ki, Azərbaycanın haqlı mövqeyini izah və təbliğ edək. Bu günlər ərzində Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşəbbüsü ilə İzmirdəki bütün sivil təşkilatlar və vətəndaşlarımız Azərbaycanın Qarabağ bölgəsində ermənilərin təxribatlarını qınadılar. Şəhid olan əsgərlərimizə və dinc sakinlərimizə Allahdan rəhmət diləyərək onları ehtiramla yad etdilər. Eyni zamanda, Türkiyədə terror hadisələrində şəhid olan polislərimiz və əsgərlərimiz yad edildi, terrora qarşı birlik mesajları verildi. Biz bir çox xəbər saytlarında, televiziya kanallarında və yerli mətbuatda hadisələr haqqında ətraflı və obyektiv məlumat verilməsini təşkil etdik. Bizimlə yanaşı, keçirdiyimiz toplantıda iştirak edən bütün siyasi partiyalar və dərnəklər, İzmirdə təhsil alan tələbələrimiz və digər vətəndaşlarımız ermənilərin təxribatlarını pisləməklə onların işğal olunmuş torpaqlardan çıxarılmasını tələb etdilər. Bu yığıncaqda Türkiyənin bütün siyasi partiyalarının nümayəndələri, həmçinin türkdilli xalqların dərnəkləri bizimlə həmrəylik bildirdilər. Dünya Azərbaycanlılarının Konqresi olaraq biz hər zaman Azərbaycanın, dövlətimizin və Ordumuzun yanındayıq, torpaqlarımızın düşmən işğalından qurtulmaq üçün boynumuza düşən hər şeyi etməyə hazırıq.

Hörmətlə,
Asif Qurban, Dünya Azərbaycanlıları Konqresinin sədri.
Türkiyə Respublikası, İzmir şəhəri.

X X X

Hörmətli Prezidentimiz.

Bu günlərdə təcavüzkar ermənilərə qarşı apardığınız müqəddəs mübarizədə Allahdan Sizə və Azərbaycan xalqına kömək olmasını diləyirəm. Bu müqəddəs mübarizədə mən də iştirak etmək istərdim. Qan qardaşlarımla birlikdə olmaq ən böyük arzumdur. Sizə və Azərbaycan xalqına sevgilərimi göndərirəm. Allah köməyiniz olsun.

Hörmətlə,
Tekin Həsən Mehmet oğlu
Türkiyə Respublikası, Antalya şəhəri

X X X

Mahir Məmmədxanov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir azərbaycanlı kimi biz sumqayıtlılar da şanlı ordumuzun cəbhə bölgəsində erməni təxribatına verdiyi layiqli cavabı dəstəkləyir və oradan gələn şad xəbərləri eşitdikcə böyük qürur duyuruq. Bu qüruru bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin əmrlərinizi yerinə yetirməyə hazırıq. Azərbaycan xalqı həmişə Sizinlədir.

Dərin hörmətlə,
Məmmədxanov Mahir
Qurbanov Mais
Nicat Xudiyev.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Hər bir Azərbaycan vətəndaşı kimi Sumqayıtın tibb işçiləri də cəbhədə son erməni təxribatına layiqli cavab verilməsindən böyük qürur hissi duyurlar. Doğma vətənimizin azadlığı və inkişafı uğrunda əldə edilən bütün qələbələrə görə Sizə minnətdarlığımızı bildirir, bu şərəfli işdə yaxın köməkçiniz olmağa söz veririk.

Hörmətlə,
Namazova Ruhiyyə
Qocayeva Aygün
Sumayıt Bədən Tərbiyəsi İdman Dispanserinin həkimləri.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Torpaqlarımızın işğaldan azad edilməsində qazanılan qələbə münasibətilə Sizi təbrik edirik. Olimpiya, dünya və Avropa yarışlarında qazandığımız uğurlar kimi hərbçilərimizin cəbhədəki qələbələri də Sumqayıt idmançılarında və məşqçilərində böyük qürur hissi yaradır. Bütün bu qələbələr Sizin qətiyyətli siyasətinizin bariz nümunəsidir. Vətənimizin azadlığı və qorunması naminə gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Şamilov Fuad,
"Təhsil" Respublika İdman Cəmiyyətinin Sumqayıt şəhər filialının məşqçisi

Quliyev Müşviq,
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi

Salmanov Orxan
Quliyev Orxan
Müslümov Zahid,
Sumqayıt şəhər 1 və 2 saylı uşaq-gənclər idman məktəblərinin məşqçiləri.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Cənab Ali Baş Komandanım!

Sizi cəbhədəki qələbəmiz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Gözəl başlanğıc oldu. Yaxşı başlanğıc yaxşı sondur. Bütün insanlarımızın ürəyindən tikan çıxdı ki, biz öz gücümüzü göstərə bildik. Artıq hər şey göz qabağındadır. Silahlı Qüvvələrimiz sübut etdi ki, işğal altında olan bütün torpaqlarımızı azad etməyə tam qadirik. Eşq olsun Azərbaycan ordusuna.

Mən özüm istefaya buraxılmış zabitəm. Fiziki olaraq silah yoldaşlarımın yanında olmasam da dualarımla hər zaman onların yanlarındayam. Sizi özəl olaraq təbrik edirəm, işlərinizdə, xidmətlərinizdə daha çox müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,
Əliyev Anar.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli Prezident İlham Əliyev.

Sizi və Azərbaycan xalqını qardaş Türkiyədən səmimiyyətlə salamlayıram.

Bütün dünyada hər bir kəs Türkiyənin daim Azərbaycanın yanında olduğunu bilir. Azərbaycan heç vaxt yalnız olmayıb və olmayacaq. Biz bir ailə, bir xalqıq.

Mən də əsgər kimi Azərbaycanın haqq mübarizəsində qardaşlarımın yanında olmağa hazıram. Allah yolunuzu açıq etsin və köməyiniz olsun.

Hörmətlə,
Aykut Karaçam
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Hörmətli cənab Prezident!

Cəbhədə erməni təxribatına qarşı layiqli cavab verilməsi bizdə böyük qürur yaradır. Biz öz Prezidentimizlə, onun Ali Baş Komandan olduğu Ordumuzla fəxr edirik. Hər bir Azərbaycan qadını kimi biz də torpaqlarımız uğrunda canımızdan keçməyə hazırıq. Vətən uğrunda döyüşə getmək üçün Sizin əmrinizi gözləyirik.

Sumqayıt şəhər sakinləri
Ülviyyə Süleymanova, Hülya Rzayeva, Rəvanə Məmmədova

X X X

Hörmətli cənab Prezident!

Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan öz iqtisadi və hərbi gücünü xeyli artıraraq, regionda aparıcı dövlətə çevrilmişdir. Hər bir Azərbaycan vətəndaşı kimi biz Sumqayıt gəncləri də cəbhədə erməni təxribatına layiqli cavab verilməsindən qürur hissi duyur və daim əmrinizlə döyüşə hazır olduğumuzu bildiririk.

Dərin hörmətlə,
Sumqayıt Dövlət Universitetinin
Tələbə Gənclər Təşkilatının sədri:
Elvin Gülməmmədov

X X X

Hörmətli cənab Prezident!

Sizi cəbhədən gələn qələbə xəbərləri münasibətilə təbrik edirik. Ərazi bütövlüyümüzün bərpası uğrunda qazanılan bu hərbi qələbə Xankəndində bayrağımızın dalğalanmasını daha da yaxınlaşdırır. Torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Sizin əmrinizə hazırıq.

Sumqayıt şəhər sakinləri:
Ramiz Əliyev, Süleyman Yusifov,
Rafiq Hüseynov, İlham Nadirov

X X X

Hörmətli cənab Prezident!

Hər bir Azərbaycan vətəndaşı kimi mən də ordumuzun cəbhədəki qələbəsi ilə fəxr edir və Sizin əmrlərinizi yerinə yetirməyə hazır olduğumu bildirirəm. Sizin Təhlükəsizlik Şurasının iclasında çıxışınızı dinlədikdən sonra ordumuzun erməni işğalçıları üzərində qələbə çalacağına tam əmin oldum və istəyərəm ki, mənim də bu qələbədə payım olsun. Qahirədəki Britaniya Universitetinə qəbul olunmağıma baxmayaraq Vətənimdə qalıb, onu qorumağı özümə şərəf bilirəm.

Bakı şəhər sakini
İbrahim Bağırzadə

X X X

Hörmətli cənab Prezident.

Sizi və azərbaycanlı qardaşlarımı ürəkdən salamlayıram.

Ermənistan silahlı qüvvələrinə qarşı apardığınız hərbi əməliyyatlarda mən də Azərbaycan Ordusunun bir əsgəri kimi döyüşmək istəyirəm.

Mən Türkiyədə terrorla qarşı hərbi əməliyyatlarda iştirak etmişəm. Sizin əmrinizlə istənilən anda cəbhədə döyüşməyə hazıram. Canım Azərbaycana fəda olsun.

Hörmətlə,
Koşun İbrahim Həsən oğlu
Türkiyə Respublikası, İzmir şəhəri

X X X

Hörmətli Prezident, canım qardaşım.

Son günlər Azərbaycan əsgərlərinin erməni işğalçıları ilə döyüşlərdə şəhid olmasını böyük kədər hissi ilə öyrəndim. Eyni zamanda, qəhrəman Azərbaycan əsgərlərinin işğalçılara sarsıdıcı zərbələr endirdiyini də öyrənərək çox sevindim.

Bunu bilməyinizi istəyirəm ki, Türkiyə dövləti və xalqı sizin yanınızdadır. Siz bizim qardaşımızsınız. Qardaşlığımıza xələl gətirmək istəyənlərə fürsət verməyərək birlikdə daha böyük uğurlara nail olacağıq. İnşallah, "bir millət, iki dövlət" düşüncəsi ilə Azərbaycanın daha böyük qələbələrinə sevinəcəyik.

Qarabağ Azərbaycanındır. Qarabağda Azərbaycanın şanlı bayrağı dalğalanana qədər mübarizə aparacağınızı bilir və bu yolda sizi dəstəkləyirik. Mübarək mübarizəniz uğurlu olsun. Yaşasın Türkiyə, Yaşasın Azərbaycan.

Hörmətlə,
İzzet Sarı
Türkiyə Respublikası, Kastamonu şəhəri

X X X

Hörmətli Prezident İlham Əliyev.

Əvvəla həlak olmuş şəhid qardaşlarımızla əlaqədar Sizə başsağlığı verirəm. Allah döyüşlərdə yaralanan qardaşlarımıza şəfa versin. Türkiyədə şəhid olan insanlar üçün necə kədərlənirəmsə, azərbaycanlı qardaşlarım üçün də eyni şəkildə məyus oluram. Həmişə Azərbaycan xalqı üçün dua edirəm və qəlbən hər zaman sizinləyəm. Ermənistana qarşı qazandığınız zəfərlər münasibətilə sizi təbrik edirəm. Erməni işğalçılarının məhv olmasını Allahdan hər zaman arzu etmişəm. Başda Siz olmaqla Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm.

Hörmətlə,
Fidanboy Hikmət Əli oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

X X X

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətinizi və dünya arenasındakı uğurlarınızı gözü götürməyən düşmənlərimizin təxribatlarının qarşısının alınması və aprelin 2-dın etibarən Milli Ordumuzun döyüş meydanında qazandığı üstünlük münasibətilə Sizi və əsgərlərimizi təbrik edirəm. İnanırıq ki, Azərbaycan Ordusu öz qüvvəsini ortaya qoyaraq Sizin Komandanlığınız altında doğma Qarabağımızı işğaldan azad edəcək.

Cənab Ali Baş Komandan, biz iki qardaşıq və hər ikimiz Sizin əsgəriniz olmağa hazırıq. Atam da birinci Qarabağ müharibəsində iştirak edib. İndi onun yolunu biz davam etdirmək istəyirik. Sizin əmrinizi gözləyirik, cənab Ali Baş Komandan!

Hörmətlə,
Həsənli Mikayıl Raqif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

X X X

Hörmətli Prezident.

Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak etmişəm. Bəxtim gətirib, axı mən gözəl bir ölkədə - Azərbaycanda doğulmuşam, kiçik vətənim isə Şəmkir şəhəridir. Özümü vətənpərvər adlandıra bilərəm, çünki ölkəmi sevirəm və mənim üçün Vətən boş söz deyil, çox dəyər verdiyim anlayışdır. Artıq pensiyaçı olmağıma baxmayaraq, könüllü olmaq, ön cəbhədə ölkəmi müdafiə etmək, torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Sizin rəhbərliyiniz ilə cəsur ordumuz düşmənə layiqli cavab verdi. Mən fəxr edirəm ki, azərbaycanlıyam! Allah Vətənimizi və bütün xalqımızı qorusun!

Hörmətlə,
Əhmədov Nəbi Oruc oğlu
Azərbaycan Respublikası, Şəmkir şəhəri

X X X

Cənab Prezident.

Erməni işğalçıları üzərində qələbə münasibətilə Sizi və xalqımızı təbrik edirəm. Ümidvaram ki, bu, bizim sonuncu qələbəmiz olmayacaq və onlar xalqımızın başına gətirdikləri vəhşiliklərə görə cavab verəcəklər. Mən ehtiyatda olan baş gizirəm, 1992-ci ilin hərbi əməliyyatlarında iştirak etmişəm. İndi əmrinizi gözləyirəm. Ölkəmizin milyonlarla sakini kimi mən də silaha sarılıb Vətənimizin ərazi bütövlüyü uğrunda yenidən döyüşməyə hazıram.

Hörmətlə,
Hacıyeva Svetlana Qriqoryevna
Azərbaycan Respublikası, Şəmkir rayonu

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən əslən Füzuli rayonundanam. Qarabağın ətraf rayonlarında olduğu kimi Füzulidə də Milli Ordumuzun cəsarətli və şücaətli əsgərləri tərəfindən torpaqlarımızın erməni işğalçılarından geri alınması, azad olunması məni də ruhlandırır, yağı düşmənə qarşı mübarizədə yaxından iştirak etməyim üçün zəmin yaradır. Ona görə də könüllülərdən ibarət batalyonun yaradılmasına göstəriş versəniz nəinki mənim, minlərlə könüllünün arzularının reallaşmasına kömək etmiş olarsınız.

Cənab Ali Baş Komandan, torpaqlarımızın işğaldan azad olunmasında başda Siz olmaqla bütün hərbiçilərimizə uğurlar, yeni-yeni qələbələr arzulayıram.

Hörmətlə,
Adıgözəlov Firuz İlyas oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti