...

Prezidentə məktublar: "Təcavüzkarlara layiqli cavabı verdiniz, onlara ağır zərbə vurdunuz"

Siyasət Materials 7 Aprel 2016 21:40 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: "Təcavüzkarlara layiqli cavabı verdiniz, onlara ağır zərbə vurdunuz"

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.

Son günlər cəbhə xəttində yaranmış gərginlik bizi - Latviyada yaşayan azərbaycanlıları da narahat edib. Keçirilən hərbi əməliyyatlar nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyir, dərin hüznlə başsağlığı veririk. İşğaldan azad edilmiş yüksəkliklər barədə xəbərlərə görə fərəh və qürur hissi keçiririk. Sizi və timsalınızda bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirik. İnanırıq ki, məqsədyönlü və məğrur siyasətiniz nəticəsində tezliklə ərazi bütövlüyümüzü tam şəkildə bərpa edəcəyik.

Latviyada yaşayan azərbaycanlılar olaraq daim ruhumuz və canımızla xalqımızın yanında olduğumuzu bəyan etmək istəyirik. Tanrı Sizləri qorusun.

Hörmətlə,
Zalov Ceyhun Eminbala oğlu.
Latviya Respublikası, Riqa şəhəri.

X X X

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Son günlər Ordumuzun zəfəri hər birimizi ürəkdən sevindirir. Mən və bütün sabirabadlı gənclər Sizin ətrafınızda sıx birləşərək, Vətənimizin müdafiəsi uğrunda torpaqlarımızın işğaldan azad olunması üçün hər an Vətənə ləyaqətlə xidmət etməyə hazırıq. Sizin əmrinizi gözləyirik. Sizə güvənir, Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycanın Silahlı Qüvvələri! Eşq olsun Ali Baş Komandanımıza!

Hörmətlə,
Həsənli Murad Etibar oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu.

X X X

Salam, cənab Prezident.

Biz fəxr edirik ki, Sizin kimi xeyirxah və nəcib Prezidentimiz var. Sizin əmriniz bizim üçün qanundur. Mən xarici ölkələrə gedəndə həmişə yorulmadan bizim çox gözəl Prezidentimizin olmasından fəxrlə danışıram. Həmişə deyirəm ki, biz mütəşəkkil olmalı, ümumi düşmənə qarşı birgə mübarizə aparmalıyıq. Biz bütün işləri Prezidentin öhdəsinə qoya bilmərik. Özümüz də əlimizdən gələni etməliyik, çünki Prezident birdir, biz isə 9 milyonuq. Mən həmişə demişəm və həmişə də deyəcəyəm: Sizin kimi Prezidentlə bizi ancaq qələbə və bütün sahələrdə inkişaf gözləyir.

Hörmətlə,
Əkbər Elmir Yusif oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli Prezident İlham Əliyev.

Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar zamanı həlak olmuş şəhid qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Allah şəhidlərimizə rəhmət etsin.

Mən Qarabağda azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazıram. Erməni cəlladları bilsinlər ki, onların silahlı qüvvələrindən qat-qat güclü olan şanlı Azərbaycan Ordusunun tərkibində döyüşmək istəyən minlərlə könüllü var. Mən də bu könüllülərdən biriyəm. Allah Azərbaycana kömək olsun. Azərbaycan uğrunda son damla qanımıza qədər döyüşməyə hazıram.

Hörmətlə,
İrmak Kadir Yaşar oğlu
Türkiyə Respublikası, Ordu şəhəri

X X X

Salam, hörmətli cənab Prezident.

Mən Rusiyanın Novosibirsk şəhərində yaşayıram. Azərbaycanlıyam. Mənim 2 yaşım olanda buraya köçmüşük. Amma qəlbim və ruhum Azərbaycandadır, biz ailəliklə Azərbaycan xalqına və torpaqları uğrunda döyüşən əsgərlərə görə narahatıq. Xəbərlərə baxırıq, amma Azərbaycandakı hadisələr barədə hamı - televizordan da, KİV-lər də yalan danışırlar. Biz Rusiyada yaşamağımıza baxmayaraq həmişə Azərbaycanın tərəfindəyik. Biz ermənilərə qalib gələcəyik. Çünki Dağlıq Qarabağ bizim torpağımızdır.

Hörmətlə,
Bayramzadə Eltun Əli oğlu
Rusiya Federasiyası, Novosibirsk şəhəri

X X X

Faina Ələkbərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Səbirsizliklə gözlədiyimiz günün yaxınlaşdığına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bir qarış torpağın belə qayıtması bizim üçün Böyük Qələbənin başlanğıcıdır. Aprelin 4-də 160 N-li Klassik gimnaziyada Qarabağdakı son hadisələrlə bağlı mitinq keçirildi. Gimnaziyanın bütün şagirdləri hamılıqla Sizi dəstəkləyir. Cənab Prezident, biz Sizinləyik!

Dərin hörmətlə,
Ələkbərova Faina Emmanuil qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu

X X X

Əziz və hörmətli Prezidentimiz.

Qardaş Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda əsgərlərin şəhid olması xəbəri məni dərindən sarsıtdı. Allah şəhidlərimizə rəhmət etsin. Bununla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm.

Bu, onu göstərir ki, ermənilər tarix boyu ölkələrimizin sabitliyini pozmaq adətini tərgitməyiblər. Təcavüzkarlara layiqli cavabı verdiniz, onlara ağır zərbə vurdunuz. Türk dünyasının minlərlə gənci kimi, mən də bu döyüşlərdə Sizinlə birlikdə vuruşmağa hazıram.

Hörmətlə,
Öktem Ercan Əbdürrəhman oğlu
Türkiyə Respublikası, Bursa şəhəri

X X X

Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, onun bütün fikirləri, hissləri və arzuları orada baş verən hadisələrlə bağlıdır. Bu, həm Azərbaycanın ən müasir tarixini öz qanı ilə yazan döyüşçülərimizin əsgəri şücaəti, həm də ümumxalq məhəbbəti qazanmış liderin ətrafında sıx birləşməkdir. Türk ruhu, fatehlərin ruhu dirçəlmədən bu qələbə mümkün olmazdı. Bizi danışıqlar girdabına sürükləyən, - adamı, bax, bu narahat edir, - siyasət Susaninlərinin ürəyinin sərinlik tapmasına imkan verməyin. Qoy Sizin müdrikliyiniz və çoxillik prezidentlik təcrübəniz Azərbaycanı "xeyirxahların" köhnə hiylələrindən uzaqlaşdırsın.

Hörmətlə, öz Vətənini sevən milyonlarla azərbaycanlıdan biri
Qasımov Tofiq Qasım oğlu
Rusiya Federasiyası, Moskva şəhəri

X X X

Hörmətli cənab Prezident,

Aprel ayının ilk günlərində Azərbaycan ordusunun düşmənin həmlələrini dəf edərək işğalçıya sarsıdıcı zərbə vurması bizi çox sevindirdi. Əldə edilən uğur doğma torpaqları işğal altında olan biz qubadlılı məcburi köçkünləri ikiqat sevindirdi, torpaqlarımızın işğaldan azad edilməsinə əminlik hissi daha da artdı. İnanırıq ki, rəşadətli ordumuz işğal altında olan bütün ərazilərimizi Sizin komandanlığınız ilə mənfur düşməndən azad edəcəkdir.

Seyid övladı olaraq Ulu Tanrıdan diləyim budur ki, zəfər, qələbə həmişə Sizinlə olsun!

Həsənov Hüseyn Həsən oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

X X X

Hörmətli Prezident, Cənab Ali Baş Komandan.

Dövlətimizin və millətimizin inkişafı naminə gördüyünüz müstəsna xidmətlərə görə Sizə şəxsən öz adımdan və qarabağlı gənclər adından dərin təşəkkürümü bildirirəm. Son günlər Milli Ordumuzun cəbhədə göstərdiyi qəhrəmanlıq bizi olduqca sevindirib və ruhlandırıb. Lakin atəşkəsin elan olunması bir o qədər də məyus edib. Şübhəsiz ki, Siz dövlətimiz və millətimiz üçün ən doğru qərarı verirsiniz. Ümid edirik ki, xalqımızın olduqca yüksək olan qələbə, döyüş əhval - ruhiyyəsini, Vətən, torpaq yanğısını nəzərə alaraq, çox qısa bir vaxtda döyüş əmrini verəcəksiniz. Ölkəmizin demək olar ki, bütün bölgələrində gənclərimiz bu tələb və xahişlə yürüşlər keçirməkdədir. Sizdən xahiş edirik ki, bizim bu xahişimizi nəzərə alasınız.

Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə bu şərəfli işinizdə uğurlar arzu edirəm. Allah Sizi qorusun. Amin.

Hörmətlə,
Rüstəmov Xəyyam Vəzir oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.

X X X

Cənab Ali Baş komandan.

Mən keçmiş döyüşçü kimi yazıb Sizə bildirirəm ki, biz hər zaman Sizin və Ordumuzun yanındayıq. Lazım gələrsə, hər an əldə silah Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Ön cəbhəyə yollanmaq üçün Ali Baş Komandanımızın əmrini gözləyirik.

Hörmətlə,
Zülfüqarov Elnur İmran oğlu.
Azərbaycan Respublikası, Ağsu rayonu.

X X X

Hörmətli cənab Prezident.

Bu gün Naftalanda hər kəs, o cümlədən keçmiş döyüşçü olaraq mən Ordumuzun qazandığı uğurlara şad oluruq. Bu savaşda Ermənistan ordusunun zəif olması gün kimi aşkardır. Keçmiş döyüşçülər olaraq bu prosesləri kənardan izləmək bizim üçün ağırdır, biz də orada iştirak etmək, əsgərlərimizə dəstək vermək istərdik. Bu gün bizim şəhid olan qardaşlarımız atəşkəs elan olunandan sonra dünyaya gəlmiş oğullardır. Onlar müharibəni gözləri ilə görməyiblər, lakin Şəhidlər Xiyabanını görüblər və onların içində bu Vətən üçün şəhid olacaq qədər istək yaranıb. Azərbaycan cəmiyyəti yetərincə vətənpərvərdir. Ermənistanda səfərbərlik elan olunması, Azərbaycan Ordusu ilə müqayisədə erməni ordusunun zəif olmasını göstərir. Əgər bu gün Ermənistanda ordudan tərxis olunmuş insanlar səfərbərliyə çağırılırsa, bu, Ermənistan ordusunun nə dərəcədə zəif və aciz olduğunun göstəricisidir.

Biz keçmiş döyüşçülər Sizin əmrinizlə könüllü olaraq müharibəyə getməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına, Qarabağ torpaqlarının azad edilməsinə hər an hazırıq. Biz Sizi daim dəstəkləyir, apardığınız siyasətinizi bəyənirik. Qarabağ uğrunda gedən döyüşlərdə Ali Baş Komandanımıza uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək.

Hörmətlə,
Nuriyev Münasib Mikayıl oğlu, Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Naftalan rayonu.

X X X

Möhtərəm Cənab Prezident.

Sizi və xalqımızı cəbhə xəttində baş verən və igid, cəsur, rəşadətli əsgərlərimizin göstərdiyi şücaətdən münasibətilə təbrik edir, həmişə Sizin yanınızda olduğumu diqqətinizə çatdırmaq istəyirəm. Mən bir gənc müəllim, ehtiyatda olan çavuş, tağım komandirinin müavini kimi həmişə torpaqlarımız, Vətənimiz uğrunda döyüşməyə hazıram.

Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirlər, Sizinlə qürur duyurlar.

Cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizə müntəzirəm. Səfərbərlik elan olunan kimi döyüş tapşırığını yerinə yetirmək üçün cəbhəyə yollanacağam. Erməni təxribatının qarşısının alınması zamanı şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət diləyir, ailələrinə, xalqıma başsağlığı verir və deyirəm: "Vətən sağ olsun!"Bu şüar həmişə bizi ruhlandırıb və ruhlandıracaqdır. Düşmənə endirilən bu ağır zərbələrdən sonra inanıram ki, nəinki ermənilər, hətta bütün dünya Azərbaycanın nəyə qadir olduğunu gördü və anladı. Ulu Tanrı Sizi həmişə qorusun, cənab Prezident!

Hörmətlə,
Xələfov Elmir Aqil oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

X X X

Hörmətli Prezident İlham Əliyev.

Can Azərbaycan və Türkiyə olaraq biz qardaş ölkələrik. Biz həmişə birlikdə olmuşuq və olacağıq. Cənab Prezident, ermənilərə qarşı apardığınız qətiyyətli mübarizədə düşmənə layiqli cavab verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Təcavüzkar ermənilərə qarşı döyüşdə mən də iştirak etməyə hazıram. Azərbaycana canımız fəda olsun. Allah Azərbaycan dövlətini və Ordusunu qorusun. İnşallah, Qələbə bizimdir.

Hörmətlə,
Aktürk Atilla Orhan Zəkəriyyə oğlu
Türkiyə Respublikası, Sivas şəhəri

X X X

Cənab Ali Baş Komandan.

Bu gün biz çox qürurverici günlər yaşayırıq. Azərbaycanın qəhramanlıqlarla dolu keçmişi fəxrlə öz gələcəyini yaşayır. Biz uğurlu gələcəyə inamla və İlhamla irəliləyirik.

İşğal olunmuş torpaqlarımızda əldə etdiyiniz qələbələr münasibətilə Sizi - Ali Baş Komandanımızı və şücaətli Ordumuzu təbrik edirəm. Bu mərdlik və qəhrəmanlıq döyüşündə Sizə möhkəm cansağlığı, iradə və dözüm arzulayıram. Qələbə müjdəli xəbərlərinizi səbirsizliklə gözləyirik.

Hörmətlə,
Kazımova Nurlana Səməndər qızı, müəllim.
Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi.

X X X

Hörmətli cənab Prezident.

Atam Suvarov Bafali Gülhəsən oğlu 1994-cü ilin aprel ayında birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərin birində şəhid olub. O vaxt mənim 7 yaşım var idi. Atamın cəsədi səngərdən çıxarmaq mümkün olmamışdı. Onun döyüş yoldaşları onu Ağdam rayonunun hazırda işğal altında olan Güllücə kəndində dəfn etmişdilər. Atam döyüşlərdə cəsurluq və qəhrəmanlıq göstərmişdi. Düşmənin mühasirəsinə düşmüş döyüş yoldaşlarını öz canı bahasına çıxara bilmişdi. Atam 1993-cü ilin oktyabr ayından şəhid olan günədək cəbhədə olmuşdu. Şəhid olduqda isə onun üç körpə övladı atasız qaldı.

Son günlər cəbhədə baş verən hadisələr, Ordumuzun düşmənə endirdiyi zərbələr məni və ailəmi çox fərəhləndirib. Qarabağda bütün şəhidlərimizin qısası alınırdı. Buna baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır.

Hörmətli cənab Prezident, Sizin əmrinizi gözləyirik. Atamın şəhid olduğu torpağın işğaldan azad olunmasında iştirak etmək ən böyük arzumdu.

Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər azrulayıram. Azərbaycan xalqımız Sizinlə fəxr edir.

Hörmətlə,

Suvarov Emin Bafalı oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Möhtərəm Cənab Prezident.

Sizi və xalqımızı cəbhə xəttində baş verən və igid, cəsur, rəşadətli əsgərlərimizin göstərdiyi şücaətdən münasibətilə təbrik edir, həmişə Sizin yanınızda olduğumu diqqətinizə çatdırmaq istəyirəm. Mən bir gənc müəllim, ehtiyatda olan çavuş, tağım komandirinin müavini kimi həmişə torpaqlarımız, Vətənimiz uğrunda döyüşməyə hazıram.

Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirlər, Sizinlə qürur duyurlar.

Cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizə müntəzirəm. Səfərbərlik elan olunan kimi döyüş tapşırığını yerinə yetirmək üçün cəbhəyə yollanacağam. Erməni təxribatının qarşısının alınması zamanı şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət diləyir, ailələrinə, xalqıma başsağlığı verir və deyirəm: "Vətən sağ olsun!"Bu şüar həmişə bizi ruhlandırıb və ruhlandıracaqdır. Düşmənə endirilən bu ağır zərbələrdən sonra inanıram ki, nəinki ermənilər, hətta bütün dünya Azərbaycanın nəyə qadir olduğunu gördü və anladı. Ulu Tanrı Sizi həmişə qorusun, cənab Prezident!

Hörmətlə,

Xələfov Elmir Aqil oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

X X X

Azərbaycan Respublikasının möhtərəm Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyev.

Biz, Rusiya Federasiyasının Perm diyarında yaşayan azərbaycanlılar əsası böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyirik. Sizin Azərbaycanın siyasi-iqtisadi inkişaf kursunu məqsədyönlü şəkildə davam etdirməyiniz sayəsində Vətənimiz dünyada layiqli yerini tutub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu azad etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bu gün Azərbaycan Respublikasının yetərincə güclü ordusu var. Bu gün ordumuzun əsgərləri erməni hərbçiləri ilə döyüşlərdə düşmənə layiqli cavab verərək şəhid olurlar. Bununla əlaqədar, biz şəxsən Sizə və şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Perm diyarında yaşayan azərbaycanlılar da Sizin ilk çağırışınızla tarixi torpaqlarımızı işğalçılardan azad etmək uğrunda döyüşməyə hazırdırlar.

Hörmətlə,

İsayev Çingiz Mikail oğlu

Rusiya Federasiyası, Perm şəhəri

X X X

Məhyəddin Şirinovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

İlk növbədə, Sizi təbrik edirəm. Çünki odumuzun bu səviyyəyə yüksəlməsində bir Ali Baş Komandan kimi Sizin böyük xidmətiniz var. Keçmiş döyüşçü və bir vətəndaş olaraq fəxr edirik ki, Sizin kimi rəhbərimiz və düşmənə layiq olduğu yeri göstərən, onun ordusunu bir həmlədə darmadağın edən Silahlı Qüvvələrimiz var.

Dərin hörmətlə,

Şirinov Məhyəddin Əbdürrəhman oğlu

Qubadlılı məcburi köçkün

Azərbaycan Respublikası, Sumqayıt şəhəri

X X X

Cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev.

Moskvada yaşayan bütün kəlbəcərlilər adından Sizi salamlayıram. Son günlər vətənimiz Azərbaycana qarşı erməni təcavüzkarlarının hücumları heç də təsadüfi deyil. Belə qonşu ilə yoldaşlıqda çomağımızı unutmamalıyıq. Amma bizi fərəhləndirən əsgər və zabitlərimizin aprelin 2-də düşmənə endirdikləri sarsıdıcı zərbədir. Ordumuzun cəbhədə qazandığı nailiyyətlər və əldə olunan strateji mövqelər çox sevindiricidir. Məhz buna görədir ki, əsgərlərimizdə və xalqımızda əhval-ruhiyyə yüksəkdir. Azərbaycan alınmaz qalaya çevrilib. Artıq düşmənə bəlli oldu ki, Ordumuz məğlubedilməz və qüdrətlidir. Bu bir neçə gündə harada yaşamasından asılı olmayaraq, bütün millətimiz vahid bir əsgərə çevrildi.

Cənab Ali Baş Komandan. Biz Moskvada yaşayan kəlbəcərlilər Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi üçün son damla qanımıza qədər vuruşmağa hazırıq. Məqsədimiz sülhdür. Amma bunu başa düşməyənlərə gücümüzü göstərməyə məcburuq. Biz Vətənin və Sizin müsəlləh əsgərləriyik. Başqa cür ola da bilməz. Azərbaycanın bütün oğulları Sizinlədir. Bunu bizə "Vətən oğlu mətin dur!" deyən ümummilli liderimiz Heydər Əliyev tövsiyə edib. Sizi əmin edirik ki, lazım gələrsə, Vətən uğurunda döyüşmək hər birimizin borcudur və biz buna hazırıq.

Allah Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Nəcəfov Rövşən Novruz oğlu.

Rusiya Federasiyası, Moskva şəhəri.

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Əvvəlcə cəbhədə qazanılan uğura görə Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!

Yaşım çatmasa da mən də düşmənlə döyüşmək üçün ön cəbhəyə yollanmaq istəyirəm. Qardaşlarım düşmənlə üzbəüz döyüşür, bir yerdə qərar tuta bilmirəm. Xahiş edirəm, cəbhəyə yollanmağıma, şəhidlərimizin qisasını almağıma icazə verəsiniz.

Hörmətlə,

Quliyev Ramal Ramin oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu

X X X

Hörmətli Prezident İlham Əliyev.

Başda Siz olmaqla Azərbaycan dövləti və xalqı hər zaman bizi dəstəkləmisiniz. Tam haqlı olduğunuz Qarabağ münaqişəsində Türkiyə vətəndaşı kimi, Sizin yanınızda olmağı özümə şərəf bilirəm. İki övladımla birlikdə Qarabağda döyüşməyə hazıram. Allah sizə yar olsun. Dualarımız sizinlədir.

Hörmətlə,

Ersöz Serhat Murad oğlu

Türkiyə Respublikası, Giresun şəhəri

X X X

Hörmətli cənab Prezident.

Uzun danışıb vaxtınızı almaq istəmirəm. Son günlər qoşunların təmas xəttində baş verənləri nəzərə alaraq, hərbi əməliyyatlarda iştirak etməyimə icazə verməyinizi acizanə surətdə Sizdən xahiş edirəm. Mən Sərhəd Qoşunlarının N hərbi hissəsində xidmət etmişəm. Xidmət zamanı hərbin sirlərinə dərindən yiyələnmişəm. Sizin qərarınızı səbirsizliklə gözləyirəm və buna böyük ümid bəsləyirəm. Çox sağ olun. Mən ölkəmlə fəxr edirəm.

Hörmətlə,

Dadaşzadə Aydın Ayaz oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Cənab Prezident,

Biz - Binəqədi rayon sakinləri əmrinizlə hər an düşmənə qarşı döyüşə hazırıq. Sizdən xahiş edirik bu barədə əmr verəsiniz. Düşmən bilsin ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bütün xalq torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyir.

Möhtərəm Prezident, azyaşlı olsam da, Vətənimi qorumağa və canımı bu yolda qurban verməyə hazıram. Əmrinizi gözləyirəm.

Hörmətlə,

Süleymanov Səid Akif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Hörmətli cənab Prezident.

Allah Sizə və ordumuza kömək etsin. Cəbhədə Azərbaycan Ordusunun uğurları bizi çox sevindirir. Biz - Türkiyədə təhsil alan tələbələr səfərbərlik haqqında Sizin əmrinizi gözləyirik.

Biz Vətən uğrunda döyüşlərdə iştirak etməyə hazırıq. İnşallah, şanlı bayrağımızı Qarabağda dalğalandıracağıq. Qarabağ bizimdir və həmişə bizim olacaq.

Hörmətlə,

Nəsirli Maarif
Xudaverdiyev Tural
Alxasov Qədri
Abdullayev Emin
İsayev Elvin
Əmirli Elçin
Abbaszadə Abas
Nəbiyev Məhəmməd
Nəsirov İsmayıl

Türkiyə Cümhuriyyəti, Ərdəhan şəhəri

Cənab Prezident!

X X X

Milli Ordumuz çox böyük şücaət göstərib düşmənə layiqli cavab verdi. Bir sıra strateji yüksəkliklər azad olundu. Bu qələbə biz lənkəranlı gəncləri də hədsiz sevindirdi. Düşmənin çoxsaylı canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi bir daha sübut etdi ki, Milli Ordumuz düşmənin ordusundan güclüdür. Biz Sizinlə və Milli Ordumuzla fəxr edirik. Sizin əmrinizlə vətən ordusunda hər an şəhid olmağa hazırıq.

Hörmətlə,

Rəhimov Ramazan.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Hirkan qəsəbəsi.

X X X

Hörmətli cənab Prezident!

Əvvəlcə Sizi hörmətlə salamlayıram. Mən türk vətəndaşı Adnan Yılmaz, 2003-cü ildən bəri ölkənizdə işləyirəm. Bura da mənim öz vətənim, buradakı insanlar da mənim öz qardaşlarımdır. Buradan qazandığım pul ilə ailəmi dolandırıram. Allah azərbaycan və türk millətlərinə kədər yaşatmasın, düşmənlərimizi məhv etsin. Son günlərdə ermənilərlə olan vuruşmalarda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Mən də bu vətənin bir övladıyam, ulu babalarım buralarda necə vuruşubsa mən də bu vətən üçün veriləcək hər bir tapşırığı yerinə yetirməyə hazıram. Sizdən xahişim odur ki, icazə verin, məni cəbhəyə göndərin, bu vətən üçün düşmənlərlə mübarizə aparım. Vətən torpağında ölmək mənim üçün ən böyük şərəfdir.

Hörmətlə,

Yılmaz Adnan, özəl sektor işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Mən bir Azərbaycan vətəndaşı olaraq daim Sizinle olduğumu səmimi qəlbdən bildirmək istəyirəm. Mənim arzum torpaqlarımızı azad etmək, erməni işğalını tamamən dayandırmaqda olan addımlara dəstək olmaqdır. Xahiş edirəm, məni də döyüş bölgəsinə könüllü dəstəyə çağırış edəsiniz. Sizdən xahiş edirəm əmr edin gedək döyüşək və həsrətində olduğumuz torpaqlarımıza qovuşaq. Siz bizim fəxrimizsiniz. Qarabağda sevincimiz və qələbəmiz olacaq. Vətən sag olsun!

Hörmətlə,

Mehtiyev Namiq Hüseyn oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu.

X X X

Hörmətli cənab Prezident!

Mən 2008-2010-cu illərdə hərbi xidmətdə olmuşam. Hərbi təlimləri yaxşı keçərək lazımi təcrübə toplamışam. Sizin əmrinizi gözləyirik. Torpaqlarımızı könüllü olaraq azad etməyə hər an hazırıq.

Hörmətlə,

Qasımov Teymur Tələt oğlu

Sahibkar

Azərbaycan Respublikası, Masallı rayonu .

X X X

Hörmətli cənab Prezident!

Sizin yorulmaz fəaliyyətinizlə Azərbaycan həqiqətləri dünyaya sübut olunur. Bu günlərdə dünya şahid oldu ki, erməni quldurları Azərbaycan torpaqlarını işğal etdiklərinə görə Azərbaycan Ordusu onlara ağır zərbə vurub, düşmən xeyli canlı qüvvə və texnika itirib. Əgər onlar ölmək istəmirlərsə, Azərbaycan torpaqlarından çıxıb getsinlər. Onsuz da Milli Ordumuz bu torpaqları gec-tez azad edəcək. Biz inanırıq ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Ordumuz düşmən üzərində tam qələbə çalacaq, xalqımızın tarixi haqqı qaytaracaq, şəhidlərimizin ruhunu şad edəcəkdir. Allah Sizi qorusun.

Hörmətlə,

Əhmədova Elduzə, Lənkəran şəhəri Qadınlar Şurasının sədri.

Azərbaycan Respublikası, Lənkəran şəhəri

X X X

Cənab Ali Baş Komandan.

Son günlər Sizin və döyüşkən hərbçilərimizin sayəsində cəbhədə aparılan uğurlu əməliyyatlar, Azərbaycanın erməni işğalında olan bəzi ərazilərinin azad olunması bizi cox qürurlandırdı. Bu münasibət ilə Sizə öz minnətdarlığımı bildirirəm. Mən ehtiyatda olan zabit-leytenant Məmmədli Yasin Məhərrəm oğlu Azərbaycanın digər ərazilərinin erməni işğalından azad olunmasında ön cəbhədə iştirak etmək və qanımın son damlasına kimi erməni işğalçılarına qarşı döyüşmək istəyirəm. Bunun üçün də tam hazır vəziyyətdə Sizin müharibə əmrinizi gözləyirəm.

Cənab Prezident, bir daha bizə bu gözəl qələbə hissini yaşatdığınıza görə Sizə təşəkkür edib, çox sağ olun deyirəm!

Hörmətlə,

Məmmədli Yasin Məhərrəm oğlu, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu.

X X X

Hörmətli cənab Prezident.

Ordumuzun cəbhədə bir neçə strateji yüksəkliyi ələ keçirməsi münasibətilə Sizi təbrik edirik. Bu anlarda özümüzü Qarabağda hiss edirik. Biz bu uğurları Sizin rəhbərliyinizlə qazandıq.

Möhtərəm Prezident!

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşmaq hər bir azərbaycanlının arzusudur. Bizim arzumuz Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və ordumuza uğurlar arzu edirik. Bu çətin və məsuliyyətli işinizdə uğurlar diləyirik.

Hörmətlə,

Ağahüseynov Fərid, müəllim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Sevinc dolu göz yaşları ilə Sizə təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı! Bizə yaşatdığınız bu qələbə sevincinə görə çox sağ olun. Qəti şəkildə düşmənə cavab verməyiniz xalqımızın başını dik tutub yas saxlamağına yetdi. Düşmənin ağılı varsa dediyiniz kimi rədd olub çıxarlar Qarabağdan. İnsallah!

Hörmətlə,

Məmmədov Anar Şahin oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.

X X X

Hörmətli cənab Prezident!

Qarabağda baş vermiş son döyüşlər bizi çox sevindirir ki, ermənilərin bizim əzəli torpaqlarımızda at oynatmasının sonu çatıb. Daxili qoşunlarda xidmət etmiş biri kimi her an öz vətənimi qorumağa hazıram. Sizin əmrinizi gözləyirik.

Hörmətlə,

Orucov Emin Mübariz oğlu, ehtiyatda olan hərbçi.

Azərbaycan Respublikası, Ucar rayonu.

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən vətənpərvər insan kimi demək istəyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyi və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda son nəfəsimə qədər döyüşməyə hazıram, yetər ki, VƏTƏN sağ olsun. Mən Sizin apardığınız siyasəti alqışlayır və qazandığınız qələbə münasibəti ilə Sizi təbrik edirəm. Vətən uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Torpaq, uğrunda ölən varsa Vətəndir!

Dərin hörmətlə,

Xəlilov Elçin Səməd oğlu

Azərbaycan Respublikası, Yevlax şəhəri

X X X

Hörmətli cənab Prezident.

Son günlərdə cəbhədə baş verən hadisələr bizdə böyük qürur hissi yaradır. Sizin sayənizdə Dağlıq Qarabağ yenidən Azərbaycanın olacaq. Biz xalq olaraq hər zaman Sizinləyik və atdığınız addımlar xalqımızın ürəyincədir. Qeyd etdiyiniz kimi, "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var". Növbəti uğurları səbirsizliklə gözləyirik. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!

Hörmətlə,

Quluzadə Fidan, tələbə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

X X X

Cənab Ali Baş Komandan!

Dağlıq Qarabağda baş verən hadisələri izlədikcə sevincdən yerə göyə sığmırıq. Bir əmr verin sarılaq silaha. Mən orda konullu qulluq eləmək istəyirəm. Vətən torpağı uğrunda vuruşmaq böyük şərəfdir.

Hörmətlə,

Ələnurov Elnur Mənsur oğlu.

X X X

Azərbaycan Respublikası, Quba rayonu.

Hörmətli cənab Prezident.

Men Xocalıda anadan olmuşam, hazırda Şəkidə yaşayıram. Sizə yazmaqda məqsədim bir Azərbaycan övladı kimi Qarabağda gedən döyüşə qatılmaq istəyidir. Sizdən xahiş edirəm mene köməklik edin men de qüdrətli ordumuzla çiyin-çiyinə döyüşüm. Xocalıda şəhid olan cəmi şəhidlərimizin qisasını almaqda köməklik edin. Vətənim uğrunda şəhid olmaqdan çəkinirəm.

Hörmətlə,

Əliyev Etibar İlqar oğlu.

Azərbaycan Respublikası, Xocalı rayonu.

X X X

Cənab Ali Baş Komandan.

Mən Qarabağ veteranı keçmiş döyüşçü olaraq Sizi və Azərbaycan xalqını cəbhədəki ordumuzun şanlı uğuru münasibətilə təbrik edirəm. Xahiş edirəm döyüş yolu keçmiş bir veteran kimi torpaqlarımızın azad olunması uğrunda yenidən döyüşlərə çağırılmağıma icazə verəsiniz. Hər an əmrinizə müntəzirik!

Hörmətlə,

Əkbərov Seyfəddin Həmdulla oğlu, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Dağüzü kəndi.

X X X

Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını qələbəmiz münasibəti ilə təbrik edirəm. Biz həm döyüş meydanında, həm də mənəvi-psixoloji baxımdan düşməndən güclü olduğumuzu göstərdik. Hər an Sizin əmrinizlə cəbhəyə yollanmağa hazıram.

Hörmətlə,

Əkbərov Əsgər Həmdulla oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Çayüzü kəndi.

X X X

Hörmətli cənab Prezident.

Mən hazırda universitetdə qiyabı oxuyuram, 5-ci kurs tələbəsiyəm. Sizdən xahiş edirəm ki, məni könüllü olaraq hərbi xidmətə çağırasınız. Təmas xəttində gedən döyüşlərdə mən də iştirak etmək istəyirəm. Vətənimin müdafiəsində durmağı müqəddəs borcum hesab edirəm.

Hörmətlə,

Əliyev Tuqay Elheydər oğlu, tələbə.

Azərbaycan Respublikası, Ağsu rayonu, Pirhəsənli kəndi.

X X X

Çox hörmətli cənab Prezident.

Son günlərdə cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın bir hissəsinin azad olunması bütün Azərbaycan gəncləri kimi hər bir Lənkəran gəncini də hədsiz ruhlandırmışdır. Milli Ordumuz düşmənin ordusundan qat-qat güclü olduğunu sübut etdi və ermənilərə yaxşı hərbi dərs keçdi.

Cənab Prezident, xalqımızla birlikdə biz də Sizin ətrafınızda sıx birləşirik. Sizin əmrinizlə Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə, Vətən uğrunda canımızdan keçməyə hazırıq.

Hörmətlə,

Əliyev Mehman Telman oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının vətəndaşı kimi mən də vətənimdə qulluq etmək istəyirəm. Sizin əmrinizlə döyüşəcək igid əsgərlərimizlə birlikdə inşallah Şuşada, Xankəndində, Ağdamda öz üçrəngli bayrağımızı sancacağıq.

Hörmətlə,

Əmirov Samir Mirəli oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Daşkənd kəndi.

X X X

Hörmətli cənab Prezident.

Sizi və bütün xalqımızı aprelin 1-dən 2-nə keçən gecə düşmənlərimiz üzərində əldə etdiyiniz Qələbə münasibətilə Tovuz rayonu sakinləri adından təbrik edirəm.

Mən özüm də keçmiş döyüşçü kimi torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün həmişə hazıram. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir diləyirik. Amin. Gün o gün olsun ki, üçrəngli bayrağımız Şuşada, Xankəndində, Qarabağda və bütün Azərbaycanda dalğalansın.

Hörmətlə,

Əhmədov Sakit Şamil oğlu, keçmiş döyüşçü.

Azərbaycan Respublikası, Tovuz rayonu.

X X X

Möhtərəm Ali Baş Komandan.

Avropada təhsil alan tələbələr arasında və ümumiyyətlə dünya Azərbaycan gəncləri arasında elə nüfuza maliksiniz ki, bir çağırış yetər ki, əhatənizdə sıra dağlar kimi düzülək!!!

Hörmətlə,

Həsənzadə Eşqin, 2-ci kurs tələbəsi.

Latviya Respublikası, Riqa şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Mən Goranboy rayonunun Safikürd kəndində yaşayıram. 20 il bundan əvvəl Qarabağ münaqişəsini görmüşəm. Onda mənim az yaşım vardı. Fikirləşib arzu edirdim ki, böyüyəndə layiqli əsgər olacam və oldum da. Füzuli rayonunun döyüş bölgəsi olan Şükürbəyli kəndində qulluq etmişəm. Mən həmişə fikirləşirdim ki, Qarabağı azad edək. Kəndimizdə topların, raketlərin səsi gəlir, təcili yardım avtomaşınları rayona gedir. Əsgərlərin döyüşə həvəslə getməsinin şahidiyik.

Cənab Prezident! Sizin sayənizdə əsgərlərimizin çəkdiyi əziyyətlər hədər getmir. Torpaqlarımız erməni daşnaqlarından təmizlənir. Torpaqlarımızın geri qayıtmasına görə çox sevinirəm. Mən də əsgərlərlə çiyin-çiyinə durub döyüşmək istərdim.

Hörmətlə,

Həsənov Əli Həsən oğlu, ehtiyatda olan hərbiçi.

Azərbaycan Respublikası, Goranboy rayonu, Safikürd kəndi.

X X X

Salam hörmətli Prezident İlham Əliyev.

Mən Mehdi Xudai yazıb Sizə bildirirəm ki, bir azərbaycanlı kimi Sizin əmrinizlə doğma Azərbaycanımızın torpaqlarını qorumaq üçün əlimə tüfəng alıb müharibəyə qatılmağa və şəhid olmağa hazıram. Sizin və Azərbaycanın yolunda vuruşmağa və Vətən uğrunda can verməyə hazır olduğumu bildirirəm. Sizə və bütün azərbaycanlılara uğurlar arzulayıram.

Hörmətlə,

Xudai Mehdi.

İran İslam Respublikası, Təbriz şəhəri.

X X X

Hörmətli Prezident İlham Əliyev.

Azərbaycan əsgər və zabitlərinin döyüşlərdə həlak olması ilə əlaqədar mənim başsağlığımı qəbul edin. Erməni cəlladları tezliklə başa düşəcəklər ki, onlar Azərbaycan ordusu qarşısında gücsüzdürlər. Allah şəhid olmuş əsgər və zabitlərə rəhmət eləsin. Məni Qarabağ problemi çox narahat edir. Allah böyükdür. O Sizə kömək olacaq. Qabaqcadan dərin təşəkkürümü bildirir. Siz çox böyük siyasətçi, filosof və diplomatsınız.

Hörmətlə,

Stivenson Jozef, hazırda Naftalanda "Çinar" sanatoriyasında dincələn İsrail vətəndaşı.

Azərbaycan Respublikası, Naftalan rayonu.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycan ordusunun cəbhədəki qələbələri münasibəti ilə Sizi təbrik edir, Qarabağın bütünlüklə mənfur ermənilərdən tezliklə azad olunması yolunda dönməz mövqeyinizdə uğurlar arzulayıram. Məhz Sizin iradəniz sayəsində ermənilər əlacsız qalaraq atəşkəs istədilər. Sizin seçdiyiniz hərbi-siyasi taktika öz nəticəsini cəmi bir-iki gündə göstərdi. Bununla da bütün dünya, o cümlədən ermənilərin havadarları da gördülər ki, Azərbaycanın güclü ordusu var, Azərbaycanın çox müdrik rəhbəri var. Cənab Prezident, biz qarabağlılar Sizə inanırıq və tezliklə torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Bayramov Hüseyn, təhsil işçisi.

Azərbaycan Respublikası, Ağdam rayonu.

X X X

Hörmətli cənab Prezident!

İstər ön, istərsə də arxa cəbhədə hər zaman vuruşmağa, əlimdən gələn köməyi etməyə hazıram. Sizi və Vətənimizi bu qələbə münasibətilə təbrik edirəm. Əsl qələbəmiz qabaqdadır. Torpaqlarımız uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr diləyir və başsağlığı verirəm. Mən də öz canımla, qanımla Vətən uğrunda döyüşməyə hazıram. İnsallah üç rəngli bayrağımız Qarabağda dalğalanacaq. Bunun üçün Sizin əmrinizi gözləyirik. "Vətən sag olsun!" deyib vuruşmağa, canımı verməyə hazıram.

Hörmətlə,

Məmmədov Abbas Vəli oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu.

X X X

Hörmətli cənab Prezident.
Sizdən xahiş edirəm ki, məni döyüş bölgəsinə göndərəsiniz. Şəhidlərimizin qanı yerdə qalmasın. Şəhidlər ölməz, Vətən bölünməz. Sizi və ailənizi bu qələbə münasibətilə təbrik edirəm. Mən də bir Azərbaycan vətəndaşı olaraq Vətənimiz üçün canımdan və qanımdan keçməyə hazıram. Yaşasın Azərbaycan! İnşallah Azərbaycanımızın bayrağı Qarabağımızda dalğalanar. Eşq olsun Azərbaycana!

Hörmətlə,
İmamverdiyev Elnur Mətləb oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Cənab Prezident.
Son döyüşlərdə əldə etdiyimiz qələbələr bütün Azərbaycan xalqını təsirləndirir. Mən cəbhə xəttində xidmət etmiş keçmiş zabit kimi Sizin əmrinizi gözləyirəm. Ermənilərin törətdikləri cinayətlərin cəzasının verilməsi vaxtı çatıb və mən bu cəzanı verənlər sırasında olmaq istəyirəm. ​

Hörmətlə,
Hacıyev Elbrus Əjdər oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Böyük Əmilli kəndi

X X X

Cənab Prezident.
Sizin səyiniz nəticəsində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə cəbhədə üstünlük əldə olunub və düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu münasibətlə Azərbaycan xalqı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Əgər ölkədə səfərbərlik elan olunarsa torpaqlarımız uğrunda canımızdan belə keçməyə hazırıq!

Hörmətlə,
Rəhimov Arif Rəşid oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Son günlərdə Milli Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar bizi çox sevindirdi. Biz fəxr edirik ki, Sizin kimi müdrik bir Prezidentimiz var. Allah Sizi qorusun. Ümid edirik yaxın zamanda Şuşada, Xankəndində Sizinlə yanaşı o yerləri ziyarət edəcəyik. Haqq işində Allah Sizə yar olsun! Sizi təbrik edirik.

Hörmətlə,

Paşayev Səfalı "Tərəqqi" medallı mühəndis.

Azərbaycan Respublikası, Masallı rayonu.

X X X

Cənab Ali Baş Komandan.
Sizin uğurlu siyasətinizi və dünya arenasındakı qətiyyətli addımlarınızı gözü götürməyən düşmən qüvvələrinin hücumunu dəf edərək cəbhə xəttində ordumuzun irəliləməsi münasibətilə ailəm adından və öz adımdan Sizi və Silahlı Qüvvələrimizin hər bir əsgər və zabitini təbrik edirəm. Ailəmiz adından bildirmək istəyirəm ki, biz hər an Sizin yanınızdayıq. İnanırıq ki, Azərbaycan Ordusu öz gücünü ortaya qoyaraq Sizin Komandanlığınızla Qarabağımıza doğru irəliləyəcək. Bu günlərin yaxında olduğuna əminik.
Cənab Ali Baş Komandan, biz iki qardaşıq və ikimiz də Sizin əsgəriniz olaraq döyüşə qoşulmağa hazırıq. Atamız da birinci Qarabağ müharibəsində iştirak edib, o, hazırda həyatda olmasa da biz onun yolunu getmək arzusu ilə hər an Sizin əmrinizi gözləyirik.

Dərin hörmətlə,
Həsənli Mikayıl Raqif oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli cənab Prezident.
Cəbhədə Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı Sizin Ordumuza olan yüksək diqqət və qayğınızın nəticəsidir. Mən Sizə minnətdarlığımı bildirirəm. Döyüşdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi erməni işğalçılarından azad olunmayana qədər atəşi dayandırmamağı Sizdən xahiş edirəm. Mən 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabitəm və Sizin əmrinizi gözləyirəm. Hər an döyüşə getməyə hazıram. Gün o gün olsun ki, Qarabağ erməni işğalından azad olunsun və Sizi təbrik edək! Qələbə! Qələbə! Qələbə!

Dərin hörmətlə,
Ağakişiyev Mahir Ağakişi oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

X X X

Cənab Ali Baş Komandan.

Sizi ordumuzun qələbəsi münasibətilə təbrik edirəm. Biz Azərbaycan gəncləri Sizin əsgərinizik və Sizin əmrinizi gözləyirik. Ümid edirəm ki, Şuşaya, Xankəndinə Azərbaycanın üçrəngli bayrağını taxmaq mənə nəsib olacaq və o gün mənim ən xoşbəxt günüm olacaq.

Ulu Öndərimizin cəsarətli və qəhrəman oğlu! Allah Sizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,
Səmədov Nəsimi.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.

X X X

Hörmətli cənab Prezident.

Men 1999-cu ildə 157 saylı hərbi hissənin 6-cı taborunda xidmət etmişəm. Murovun sol cinahından Gülüstandan Barabbad meşələrini yaxşı tanıdığıma görə könüllü olaraq döyüşə qatılmağa Sizin əmrinizlə hazıram. Xalqımız öz Ordusunun gücünə inanır, torpaqlarımızı görmək istəyir.

Hörmətlə,
Qocayev Vüqar Sabir oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.

X X X

Cənab Ali Baş Komandan İlham Əliyev.

Azərbaycan Respublikamızın, Vətənimizin müdafiəsi uğrunda Sizin haqq yolunda apardığınız siyasətin nəticəsi olaraq Ordumuzun uğurlarına görə Sizi, müdafiə naziri Zakir Həsənovu, Ordumuzu və bütün Azərbaycan xalqımızı sevinc, qürur hissi ilə təbrik edirik. Təəssüflər olsun ki, Allah yolunda, haqq yolunda Vətənimizin müdafiəsi uğrunda şəhidlərimizi vermişik və verməkdəyik, bu şəhidlik zirvəsi hər kəsə nəsib olmur və müqəddəs şəhidlərimizə Allah rəhmət eləsin deyirik, qəbirləri nurla dolsun. Şəhidlərimiz bütün xalqımızın itkisidir və Sizə bütün xalqımıza Allahdan böyük səbir diləyirik.

Hörmətli Ali Baş Komandan, rayon ictimaiyyətinin vətənpərvərlik və Ordu ilə həmrəylik mövzusunda keçirdiyi yığıncağa görə sevindik və minnətdarıq. Biz də keçmişdə düşmənlərimizə layiqli cavab verə bilmədiyimizə baxmayaraq, indi Sizin haqq yolunda siyasətinizə dəstək olaraq əmrinizlə xalqımızın, Vətənimizin müdafiəsi uğrunda düşmələrimizə layiqli cavab verməyə hazırıq. Qusar rayon "Qarabağ Qaziləri" İctimai Birliyinin adından haqq yolunda siyasətinizə dəstək olaraq minnətdarlığımızı bildiririk və Sizinlə bərabər xalqımıza uğurlu işıqlı gələcək arzulayırıq.

Hörmətlə,
Ramazanov Ramazan, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Qusar rayonu.

X X X

Salam cənab Ali Baş Komandan.

Mən bir Azərbaycan oğlu kimi ordumuzun döyüşlərdə mükəmməl iştirakına, erməni vəhşilərini qorxu altına saldığına və onlara öz gücümüzü göstərdiyinə görə Sizi təbrik edirəm. Sevincimin həddi hüdudu yoxdur. O gün olsun ki, tam qələbə ilə azad olunan torpaqlarımızda hərbi paradlar keçirək. Azərbaycan xalqı fəxr edir ki, Sizin kimi mərd və dəyanətli prezidenti var. Her zaman Sizinləyik, əmrinizi gözləyirik. Siyəzən rayonu döyüşə hazırdı. Allah qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizə qəni-qəni rəhmət eləsin. Amin!

Hörmətlə,
Nəsbiyev Vüsal Xalidşah oğlu.
Azərbaycan Respublikası, Siyəzən rayonu.

X X X

Hörmətli cənab Prezident.

Milli Ordumuzun qəhrəmanlığı ən yüksək qiymətə layiqdir. Son günlərdə cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşməni darmadağın etməsi, bəzi yüksəkliklərin ələ keçirilməsi hamımızı hədsiz sevindirmişdir. Düşmənin ciddi itkilər verərək geri çəkilməsi Milli Ordumuzun gücünü bir daha göstərmiş oldu. Bu qələbə Sizin zəhmətinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir. Allah Sizi qorusun! Allah şəhid balalarımıza rəhmət eləsin.

Hörmətlə,
Rzayeva Siddiqə, təqaüddə olan mədəni-maarif işçisi.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Son günlər cəbhə zonasında erməni daşnaqlarının atəşkəsi pozması və bizim dinc insanlarımıza qarşı atəş açması həm Siz, həm də ki xalqımız tərəfindən yaxşı qarşılanmadı. Düşmən ordusuna qarşı dövlətimiz öz gücünü göstərdi. Bu güc və qüvvəyə nail olmağımızda dövlətçilik ənənələrinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı olaraq Sizin gördüyünüz işlərin mühüm rolu vardır. Bi siyasət xalqımız tərəfindən həmişə dəstəklənir. Bu günlərdə qazanılan qələbə münasibətilə Sizi təbrik edirəm. Bir vətəndaş olaraq bildirmək istəyirəm ki, biz gənclər Sizin əsgəriniz olaraq işğal altında olan torpaqlarımızın qaytarılması uğrunda mübarizə aparmağa və canımızdan keçməyə hər an hazırıq.

Hörmətlə,
Quliyev Əzizağa Kişibala oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu

X X X

Hörmətli Ali Baş Komandanımız!

Çox sağ olun ki, belə dövlət idarə edirsiz, hərbçilərimizi, insanlarımızı qoruyursuz. İnşallah bir gün Sizin əmrinizlə erməni təcavüzkarlarına qalib gələcəyik. Biz Sizin səfərbərlik əmrinizi səbirsizliklə gözləyirik. Yaxşı ki, varsınız.

Hörmətlə,
Mirzəli Samir Seymur oğlu
Rusiya Federasiyası, Domodedovo rayonu.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının xilaskarı, qurucusu, banisi, dünya azərbaycanlılarının lideri, zəmanəmizin dahi şəxsiyyətlərindən biri, tanınmış siyasi və dövlət xadimi kimi bütün dünya miqyasında adını tarixə yazmış Ümummilli Liderimiz və Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməlli qoyulan, çiçəklənən, doğma, müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf edir və abadlaşır.

Ulu Öndərimiz Heydər Əliyevin oğlu, layiqli davamçısı, Prezidentimiz və Ali Baş Komandan İlham Əliyev cənabları!

Son günlərdə qüdrətli ordumuzun nankor düşmənlərimiz olan ermənilərə vurduğu zərbə və ordumuzun qələbəsi Qərbi Azərbaycandan didərgin düşmüş qaçqınları da sevindirdi. Hamımız Sizin əmrinizi gözləyirik. Vətən uğrunda şəhid olmağa hazırıq. Qərbi Azərbaycandan didərgin düşmüş 86 yaşlı Saniyə nənə də əlinə silah alıb ermənilərlə vuruşmağa hazırdır. Vətənə məhəbbət və ruh yüksəkliyi məni cavanlaşdırır və mənə qüvvət verir. Sizin əmrinizi gözləyirəm. Xalq şairi Səməd Vurğun demişkən:

Bilsin ana torpaq, eşitsin Vətən

Müsəlləh əsgərəm mən də bu gündən.

Sizin arxanızda 10 milyona yaxın Azərbaycan xalqı və 86 yaşlı Saniyə nənə durur. Biz Sizinlə fəxr edirik. Mən ürəyimdə iki arzu ilə yaşayıram. Vətənimiz nankor düşmənlərdən azad olunsun və yaxın vaxtlarda üçrəngli bayrağımız Qarabağda, Şuşada dalğalansın. Sizin Azərbaycanın ömürlük Prezidenti olmağınızı arzulayıram.

Hörmətlə,
Cəfərova Saniyə Yunis qızı, Qərbi Azərbaycandan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Buzovna qəsəbəsi.

X X X

Cənab Ali Baş Komandan.

Son günlər cəbhədə mənfur düşmənin məhv edilməsi, Ordumuzun bəzi yüksəklikləri və yaşayış məskənlərini işğaldan azad etməsi bizi sevindirir. Allah bu əməliyyat zamanı şəhid olan əsgərlərimizə rəhmət eləsin. Vətən başın sağ olsun!

Hörmətli cənab Prezident, biz həmişə Sizinləyik, Sizə inanır və güvənirik. Mənim 16 yaşım var. Mənim atam hərbiçi olub. 1990-1994-ci illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda qanlı döyüşlərdə iştirak edib. Mayor rütbəsi ilə təqaüdə çıxıb. O, hər zaman mənə ermənilərin necə satqın, mənfur millət olduğu haqqına danışıb və məni vətənpərvər ruhda böyütməyə nail olub. Bunları deməklə bildirmək istəyirəm ki, mən də atam kimi Vətənim, Ali Baş Komandanım uğrunda döyüşməyə hər an hazıram. Lazım gələrsə, gözümü qırpmadan canımdan da keçərəm.

Cənab Prezidentim, Azərbaycan xalqı yaxşı bilir ki, bizim bu günlərə gəlib çıxmağımızın səbəbi Ümummilli Liderimizin uğurlu siyasətidir. Allah Ulu Öndərimizə rəhmət etsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə böyük uğurlar, qələbələr qazanır və qazanacaq. Bu qələbələr münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Allah Sizi qorusun. Allah Sizi bizim, Azərbaycan xalqının üstündən əksik etməsin. Biz müasir Azərbaycan Respublikasının gəncləri Sizin ətrafınızda sıx birləşmişik və Sizin döyüş əmrinizə hər an hazırıq.

Hörmətlə,
Süleymanlı Şamil Kamil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli Prezidentimiz İlham Əliyev.

Baxmayaraq ki, Vətəndən ayrı yaşayır, amma hər an ürəyimiz Vətənlə döyünür! Ali Baş Komandanımız, biz Sizin əmrinizi gözləyirik. Və Vətən uğrunda canımızdan keçməyə hazırıq!

Hörmətlə,
Məsimov Mahir.
Rusiya Federasiyası, Volqoqrad şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Böyük ruh yüksəkliyi ilə müraciət edərək bildiririk ki, düşmənə qarşı istər ön cəbhədə, istər arxa cəbhədə döyüş və diversiya tapşırıqlarının yerinə yetirməyə tam hazırıq.

Cənab Prezident, hər an əmrinizi gözləyirik. Bizə bu xoşbəxtliyin nəsib olacağına inanırıq.

Ağdam rayon 95 saylı orta məktəbin kollektivi adından hörmətlə,
Səlimov Allahyar Ələkbər oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.

X X X

Çox hörmətli Prezident.

Sərrast atəşlə qüdrətli və yenilməz ordumuz düşməni çökdürəcək hala gətirəndə mən çox sevinirəm. Mən də özümü ordu sıralarında hiss edirəm. Ümid edirəm ki, mənə də yenidən düşmən qarşısına çıxmaq imkanı verəcəksiniz. Əmrinizi gözləyirik.

Hörmətlə,
Səfərov Asəf Ağaseyidəli oğlu, ehtiyatda olan hərbiçi.
Azərbaycan Respublikası, Abşeron rayonu.

X X X

Hörmətli və sevimli Prezidentimiz!

Sizi çox sevirəm, Sizə çox inanıram. Bizə yaşatdığınız bu sevinc üçün bir sadə vətəndaş kimi təşəkkür etmək istədim. Bütün çətinliklərə baxmayaraq Azərbaycanı bir müstəqil dövlət kimi ayaqda tutmaq üçün əlinizdən gələni etdiyinizin şahidiyik. 26 ildi həsrətini çəkdiyimiz bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə ürəkdən təşəkkür edirəm. Vətənimizin taleyini, xalqını, millətini düşünən, elini, obasını, əsgərini, torpağını bu qədər sevən, dəyər verən Prezident olduğunuz üçün Sizə təşəkkür edirəm. Sizi çox sevirik, dualarımız Sizinlədi. Sizə uzun ömür, qələbə arzulayıram.

Hörmətlə,
Məmmədova Təranə Məmməd qızı.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.

X X X

Çox hörmətli Prezident.

Bu günlərdə cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi bizi hədsiz sevindirir. Bu bizi inandırır ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Düşmənin yüzdən çox hərbçisinin ölməsi və yaralanması, xeyli hərbi texnikasının məhv edilməsi bir daha göstərir ki, Azərbaycanın Milli Ordusu erməniləri hər an yerində oturda bilər. Biz bununla fəxr edirik. Gənc dostlarımla birlikdə Sizin ətrafınızda sıx birləşmişik. Sizin əmrinizlə Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə biz də hazırıq.

Hörmətlə,
Məmmədov Araz.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.

X X X

Hörmətli cənab Ali Baş Komandan.

Menim 96 yaşım var. İkinci Dünya Müharibəsi veteranıyam. Sizin Qarabağ uğrunda döyüşlər aparmaq və erməni təxribatlarına cavab vermək barədə əmrinizi çoxdan gözləyirdim. Sizə və bütün xalqımıza qələbələr arzulayıram. Mən özüm də Sizin əmrinizdə hazıram. Vətən sağ olsun.

Hörmətlə,
Teymurov Sultan Xəlil oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Badamağac kəndi.

X X X

Hörmətli Prezidentim.

Sizə birinci mən ona görə təşəkkür edirəm ki, 76 yaşlı anam dünyasını dəyişsə də ürəyimdə heç bir nisgillik qalmadı. Mən bir azərbaycanlı ata kimi şadam ki, belə qəhrəman əsgərlərimiz, övladlarımız var. Oğlum 1995-ci ildən 1998-ci ilə qədər döyüş bölgəsində qulluq edib. Hazırda nəvəm Əli Sulxayev döyüş bölgəsində qulluq edir. Mən Sizlərə və Ordu sıralarında olan bütün əsgərlərimizə həyatda olan cansağlığı və Vətən sevgisinin daha da artmasını arzulayıram. Aprel ayının 2-dən 4 yaşlı nəvəm Sulxaylı Məhəmmədi hərbi geyimdə bağçaya yola salıram. Sizə və Ordumuza bu Vətənin xilası yolunda uğurlar arzulayıram.

Hörmətlə,
Sulxayev Rafael Lələ oğlu.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Cəbhədəki son döyüşlərdə zabit Quliyev İntiqam Çingiz oğlu torpaqlarımızın geri qaytarılması uğrunda qəhrəmancasına şəhid olmuşdur. Sizin göstərişiniz və tapşırığınız əsasında Gəncə şəhərində şəhidlər xiyabanında möhtəşəm izdihamla, vətənpərvərlik əhval-ruhiyyəsində şəhidlərimiz dəfn edildi.

Möhtərəm cənab Prezident, şəhid olmuş və yaralanmış hərbçilərimizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.

Torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə hər zaman hazırıq. Allah yaralı əsgərlərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,
Zeynalov Qədir İbrahim oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Gəncə şəhəri.

X X X

Cənab Ali Baş komandan.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə keçirdiyi hərbi əməliyyat bütün Azərbaycan cəmiyyətinə, xüsusən biz gənclərə böyük örnəkdir. Bu əməliyyatın bir hissəsi olmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmək "Bakı yığması"nın hər bir üzvünün arzusudur. Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan düşmənin hərbi və siyasi rəhbərliyi bir sıra xarici kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasına qarşı təxribat xarakterli süjetlər, məqalələr yayıb və bu siyasətdən imtina etmək niyyətində deyil. Buna görə bu cür addımların qarşısını almaq məqsədilə yığmamız Rusiyanın birinci kanalında Azərbaycan bayrağını qaldırmaqla düşmənə mediada layiqli cavab verməyə daim hazırdır. Biz Sizin uzaqgörən siyasətinizi bəyənir və dəstəkləyirik.

Hörmətlə,

Şahbazbəyov Cavid
Nağıyev Tamerlan
Rəsulov Cəbrayıl
Həsənli Tural
Musayev Qalib
Rəhimov İsa
Useynov Emin
Dadaşov Orxan
Mamayev Rüfət, "Bakı yığması"nın üzvləri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

X X X

Cənab Ali Baş Komandan.

Son günlər cəbhədə gedən döyüşlər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edir. Belə bir vaxtda düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Səfərbərlik barədə əmrinizi gözləyirəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq.

Hörmətlə,
Səfiyev Elnur Nizami oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Xalqımız Sizi və Ordumuzu dəstəkləyir. Son günlər keçirilən tədbirlər buna əyani sübutdur. Birliyimiz əbədidir və inanırıq ki, bu birliyimizlə biz düşmən tapdağında olan torpaqlarımızı da tezliklə işğaldan azad edəcəyik.

Cəbhədə Ordumuzun düşmən həmlələrinə layiqincə cavab verməsinə və bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunmasına görə Sizə minnətdarlığımı bildirirəm. Sizi qələbə və uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Hörmətlə, Qələndərov Elvin Həmid oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Men Vətən uğrunda mübarizə aparmaq, icazənizlə ön cəbhəyə getmək istəyirəm. Sizdən həvəslə əmr gözləyirəm. Televiziya və internet vasitəsilə dünya azərbaycanlılarının Qarabağ məsələsində həmrəyliyini izlədikcə damarlarımızda qanımız coşur.

Hörmətlə,
Ulubəyov Elşad Yüzbəy oğlu, məktəbli.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.

X X X

Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev.

Bilin və arxayın olun ki, biz Təbriz türkləri daim Sizin arxanızdayıq. Siz istəsəniz Azərbaycan üçün canımızı verərik. Qarabağ bizimdir, bizim olacaq! Bunu qoy bütün dünya bilsin, bunu qoy ermənilər də yaxşı bilsinlər və Azərbaycan torpaqlarından çıxıb getsinlər.

Hörmətlə,
Türk Yaşar Məsum.
İran İslam Respublikası, Təbriz şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Vətənim Azərbaycan uğrunda vuruşmağa hər an hazıram. Mən cəbhədə olmaq və düşmənə qarşı döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin əmrinizi gözləyirəm.

Möhtərəm Prezident, biz Sizə güvənirik və əminik ki, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik.

Hörmətlə, Əliyev Füzuli Həmid oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Yazıb sizdən xahiş edirəm ki, məni Vətənin bu dar günündə ordu sıralarına könüllü olaraq qəbul edəsiniz. Mən də əsgər yoldaşlarım kimi, səngərlərdə düşmən üzərinə yürümək arzusu ilə yaşayıram. Mən müddətli həqiqi hərbi xidmətimi başa vurub ehtiyata buraxılmış artilleriya-rabitə manqa komandiriyəm. Mən və əsgər yoldaşlarım Sizin əmrinizi gözləyirik. Təşəkkür edirəm. Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,
Kərimli Turan Abdulxalıq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi veteranıyam, zabitəm, tankçıyam. Yaşım çox olsa da fiziki cəhətdən tam yaxşıyam. Sizin əmrinizi gözləyirik ki, erməni işğalçılarını torpaqlarımızdan azad edək.

Hörmətlə,
Məhərrəmov Qulu Abdulkərim oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

X X X

Cənab Ali Baş Komandan.

Uzun illər idi ki, torpaqlarımızın azad ediləcəyi günü görməyi arzulayırdıq. Bu iş artıq başlayıb. Buna görə Sizə minnətdarlığımı bildirirəm.

Mən Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Yenidən cəbhəyə yollanmağı özümə şərəf bilirəm. Əgər əmriniz olarsa, könüllü olaraq ön cəbhədə döyüşməyə hazıram. Uzun illər idi ki, bu günü gözləyirdim. Nəhayət, döyüşlər başlandı. İnanırıq ki, Sizin rəhbərliyinizlə Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı yağı düşməndən azad edəcək və biz qələbəni hər yerdə möhtəşəm şəkildə qeyd edəcəyik.

Hörmətlə,
Məhərrəmov İlham Akif oğlu.
Azərbaycan Respublikası, Goranboy rayonu.

X X X

Cənab Ali Baş Komandan.

Sizinlə qürur duyuram. Sizdən xahiş edirəm ki, mənim könüllü kimi cəbhə bölgəsinə getməyim üçün əmr verəsiniz. Əsgər qardaşlarımla çiyin-çiyinə döyüşməyi çox istəyirəm. Azərbaycana canım fəda olsun.

Hörmətlə,
Mərdanova Gülnarə Arif qızı.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.

X X X

Cənab Ali Baş Komandan İlham Əliyev.

Bizə yaratdığınız yüksək şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bir şəhid qızı olaraq son günlərdə cəbhədə qazandığımız uğurlar məni hədsiz dərəcədə sevindirir. İnaniram ki, atam Mirzəyev Nurəddin Mehman oğlu kimi minlərlə şəhidimizin qanı yerdə qalmayacaq. Ümid edirəm ki, Sizin rəhbərliyinizlə üçrəngli bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandıracağıq. Biz Sizinlə fəxr edirik. "Qarabağ bizimdir, bizim olacaq!"

Hörmətlə,
Mehmanlı Cəmalə Nurəddin qızı.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Sizi Ordumuzun bütün cəbhə boyu qazandığı qələbələrə görə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm.

Cənab Ali Baş Komandan! Sizin bir əmriniz bəs edər ki, mən də bir Azərbaycanlı olaraq əlimə silah alım, ordu sıralarına qoşulum. Düşmənlərə qarşı vuruşmağa hazıram.

Hörmətlə,
Cəlilov Hacı Səfa Əsgər oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəbirli kəndi.

X X X

Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə vurduğu zərbə hər birimizi hədsiz ruhlandırmışdır. Düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi bir daha sübut etdi ki, Milli Ordumuz düşmənin ordusundan qat-qat güclüdür və torpaqlarımızın işğaldan azad etməyə qadirdir.

Cənab Prezident, xalqımızla kimi biz də Sizin ətrafınızda sıx birləşmişik. Sizin əmrinizlə Vətən uğrunda canımızdan keçməyə hazırıq.

Hörmətlə,
Babayev Baba.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Tütəpeştə kəndi.

X X X

Hörmətli cənab Prezident.

Sizi və xalqımızı üç gündə ermənilər üzərində qazanılan qələbə münasibətilə təbrik edirəm. Lakin mən sadə vətəndaş və torpağı erməni işğalçılarının tapdağında olan bir vətəndaş kimi Sizdən xahiş edirəm ki, bu səfərdə atəşkəs pozularsa səfərbərlik əmri verin gedək canla başla o dığaların tutarlı cavabını verək. Mənim ürəyim bu arzuyla döyünür. Biz bunların nazı ilə çox oynadıq. Bütün millət döyüşə hazırdır.

Hörmətlə,
Alıhümbətov İltumas Aşır oğlu.
Azərbaycan Respublikası, Füzuli rayonu, Qaraməmmədli kəndi.

X X X

Hörmətli cənab Prezident.

Sizdən Moskvada yaşayan həmvətənlərimiz adından xahiş edirik ki, Dağlıq Qarabağ məsələni ya sülh yolu ilə ya da müharibə yolu ilə tezliklə həll edin. Əgər müharibə yolu ilə həlli varsa, Vətənin keşiyində durmağa hazırıq. Bezdik Vətənsiz yaşamağa, bezdik ermənilərin çirkin danışıqlarından!

Hörmətlə,
Ağayev Elnur Elşən oğlu.
Rusiya Federasiyası, Moskva şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Sizin daxili və xarici siyasətinizi alqışlayırıq. 2, 3, 4 aprel 2016-cı ildə döyüş bölgələrimizdə Ordumuzun qazandığı zəfərlər hamımızı sevindirir. Azərbaycan əsgərinin erməni faşistlərindən azad etdiyi öz torpaqları bunu sübut etdi ki, Ordumuz hər zaman torpaqların azad etməyə qadirdir. Allah şəhidlərə rəhmət eləsin. Biz də Azərbaycan vətəndaşları lazım gəlsə Ordumuz ilə bir yerdə torpaqlarımızı azad etməyə hazırıq.

Hörmətlə,
Abdullayev Əkrəm Ataxan oğlu,
Lerik rayon YAP Əliabad ərazi ilk partiya təşkilatının sədri.
Azərbaycan Respublikası, Lerik rayonu.

X X X

Hörmətli cənab Prezident.

Aprelin 2-də mənfur düşmənlərimizin törətdiyi təxribat nəticəsində hərbçilərimizin həlak olmasına çox üzülür. Sizə və xalqımıza başsağlığı verirəm. Ordumuzun bu təxribatlara layiqli cavab verərək düşmən əsgərlərini məhv etməsi və lazımi yüksəklikləri alması hər bir gənc kimi məni də sevindirir. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm. Mən də bir lerikli gənc kimi əsgərlərimizi dəstəkləyir, onlarla birgə döyüşmək üçün hər an əmrinizi gözləyirəm.

Yaşasın cənab Prezident!

Yaşasın Azərbaycan!

Hörmətlə,
Abbaszadə Orxan.
Azərbaycan Respublikası, Lerik rayonu, Vistən kəndi.

X X X

Hörmətli cənab Prezident.

Azərbaycandan uzaqda yaşasam da, ölkəmizdə baş verən hadisələri diqqətlə izləyirəm. Azərbaycanlı olaraq hər zaman Sizə və xalqımıza ləyaqətlə xidmət etməyə çalışmışam. Siz var olduqca ölkəmiz daim yüksəklərdə özünə layiqli yer tutacaq.

Mən hüquqşünasam, 6 xarici dil bilirəm. Sizin qərar və tapşırıqlarınızı müxtəlif ölkələrin və şirkətlərin nümayəndələrinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirik.

Son günlər cəbhədə baş verənlərlə bağlı bildirmək istərdim ki, artıq düşmən Ordumuzun real gücünü gördü. Mən özüm ön cəbhədə xidmət keçmişəm, ona görə də erməni təxribatlarından xəbərdaram. Ümidvaram ki, bundan sonrakı addımlarında düşmən tərəfi indiki fiaskosunu nəzərə alacaq.

Cənab Ali Baş Komandan, düşünürəm ki, Dağlıq Qarabağı azad etməyin vaxtı artıq çatıb. Bütün azərbaycanlılar kimi, mən də Vətən uğrunda döyüşə getməyə hazıram. Biz Ali Baş Komandanımızın arxasınca getməyə hazırıq və əmrinizi gözləyirik.

Hörmətlə,
Rəsulov Bəxtiyar Şeruya oğlu.
Belarus Respublikası, Minsk şəhəri.

X X X

Cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev.

Paytaxtın minlərlə gənci və idmançısı öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün könüllü olaraq cəbhəyə yollanmaq istədiklərini bildirirlər. Azərbaycan gənclərinin ən ali məqsədi torpaqlarımızın işğaldan azad olunmasıdır. Onlar bu yolda canlarından keçməyə hazırdırlar. Hamımız bir nəfər kimi Sizin apardığınız siyasəti dəstəkləyir və Ordumuzun yanında olduğumuzu bildiririk.

Hörmətlə,
Bayramov Rauf Cümşüd oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

X X X

Çox hörmətli cənab Prezident!

İlk növbədə, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri - ukraynalı və azərbaycanlı alimlər Sizə olan ən xoş və əziz hisslərini ifadə edərək, son vaxtlar doğma Vətənimizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrə münasibətlərini bildirməkdən böyük məmnunluq duyurlar.

Tarixin gedişi təsdiq edir ki, xalqımızın geniş ürəkliliyini, qonaqpərvərliyini lazımınca qiymətləndirməyən namərd qonşularımız gec-tez öz paylarını almalı idilər. Bunu həyata keçirmək isə xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı kimi Sizin üzərinizə düşdü. Xalqımızın bir neçə əsr ərzində başına gətirilən bəlalar bizdə narahatlıq hissi yaratsa da, Sizin rəhbərliyinizlə Azərbaycanımızın bugünkü yekdilliyi və inkişafı inam yaradır ki, tezliklə Azərbaycan Respublikası öz müstəqilliyinin bütün hüquqi normalarına nail olacaqdır.

İnanın ki, biz Ukraynada yaşayan Azərbaycan alimləri Sizin siyasətinizi və həyata keçirdiyiniz tədbirləri yekdilliklə bəyənir, Sizə yeni-yeni uğurlar arzulayırıq.

Bir daha əminliklə bildiririk ki, Azərbaycan əsgəri öz Ali Baş Komandanının, şəxsən Sizin tapşırığınızı yerinə yetirməklə doğma torpaqlarımızın düşmən tapdağından azad olunması, işğal olunmuş ərazilərimizin qaytarılması uğrunda əzmlə döyüşəcəklər.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə və bütün xalqımıza ən xoş, ən səmimi arzularımızı yetiririk. Əminliklə bildiririk ki, Azərbaycanımızın daha da inkişafı naminə Sizin uğurlu və milli maraqlara uyğun siyasətinizə dəstək verməklə doğma ölkəmizdəki biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyəti qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi dəyərlərinin dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması sahəsində səylərimizi daha da gücləndirəcəyik.

Ən xoş arzularla və dərin hörmətlə,
Quliyev Arif, professor, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri.
Ukrayna, Kiyev şəhəri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti