...

Prezidentə məktublar: "Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz siyasəti tam dəstəkləyir"

Siyasət Materials 8 Aprel 2016 21:38 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: "Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz siyasəti tam dəstəkləyir"

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli cənab Prezident.

Rusiyada yaşasaq da, cəbhədə atəşkəsin intensiv şəkildə pozulmasını, Qarabağda gedən döyüşləri diqqətlə izləyirik. Ordumuzun cəbhədəki uğurları hər birimizi sevindirir. Bu münasibətlə Sizi, xalqımızı və Ordumuzun bütün zabit və əsgər heyətini təbrik edirik. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Cənab Ali Baş Komandan, Orenburqda yaşayan həmvətənlərimiz adından Sizdən səfərbərlik əmri verməyinizi xahiş edirik. Bizim güclü Ordumuz var, amma biz də Vətənimiz uğrunda döyüşməyə hazırıq. Birliyimiz gücümüz, gücümüz isə təsir imkanlarımızdır.

Hörmətlə, Hüseynov Elvin İbrahim oğlu.
Rusiya Federasiyası, Orenburq şəhəri.

X X X

Hörmətli cənab Prezident!

Erməni təcavüzkarları ilə döyüşlərdə həlak olmuş Azərbaycan hərbi qulluqçuları və vətəndaşlarına görə Mahaçqala şəhəri azərbaycanlılarının milli mədəni muxtariyyəti adından Sizə dərin hüznlə başsağlığı verir və Sizi hərbi müvəffəqiyyət münasibətilə ürəkdən təbrik edirik. Dağıstan Respublikası ərazisində yaşayan 100 mindən çox azərbaycanlı ölkəmizdə baş verənlərə görə dərin narahatlıq hissi keçirir. Xalq Sizə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə inanır. İşğalçılar cəzasız qalmayacaq və qələbə Azərbaycan xalqının olacaq. Axır ki, dünya birliyi oyanacaq və ədalət zəfər çalacaq, dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək.

Böyük hörmətlə,
Azərbaycan Respublikasının Zaqatala rayonunun Danaçı kəndində doğulmuş Qurqunayev Çaydibir Məhəmməd oğlu.
Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçqala şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Son günlər təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun qazandığı uğurlar bir Azərbaycan vətəndaşı və məcburi köçkün kimi, mənim də qələbəyə olan inamımı və əzmimi daha da artırdı. Bu gün 9 milyonluq Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz siyasəti tam dəstəkləyir.

Cənab Prezident, hərbi əməliyyatlarla bağlı bəzi beynəlxalq qurumların qərəzli bəyanatları bizi bərk hiddətləndirdi. Biz bu müharibəni başlamamışıq ki, hansısa dövlətin qınağından və ya təzyiqindən qorxaq. Biz öz tarixi torpaqlarımızı işğaldan azad etmək istəyirik. Son döyüşlərdə cəmi bir neçə gün ərzində xalqımızın yumruq kimi birləşərək torpaqlarımızın azad edilməsi uğrunda əsl vətəndaş həmrəyliyi və sarsılmaz əzmkarlıq nümayiş etdirməsinin şahidi olduq. Məhz gücümüzü birləşdirərək torpaqlarımızı azad etmək bizim müqəddəs borcumuzdur.

Atəşkəs elan edildikdən sonra da atəş səslərinin eşidilməsi, mülki obyektlərin atəşə tutulması, yaralı və şəhid xəbərlərinin gəlməsi bizim hamımızı üzür. Lakin Azərbaycan böyük səbr göstərərək atəşkəsə riayət edir. Təəssüf ki, biz 22 illik atəşkəsin nəticə olaraq, yalnız ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin və Ermənistan prezidentinin qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqda sərsəm bəyanatlarının şahidi olduq. Danışıqlar prosesinin uzanması artıq səbrimizi tükəndirib. Biz torpaqlarımızın bir an əvvəl azad edilməsi üçün əmrinizi gözləyirik.

Hörmətlə,
Əsədov Fuad Dönməz oğlu
Azərbaycan Respublikası, Şuşa rayonu

X X X

Salam cənab Prezident,

Mənim 15 yaşım var. Mən cəbhə bölgəsində baş verən döyüşlərdə iştirak etmək istəyirəm. Xahiş edirəm səfərbərlik əmri verin. Həm də çox istəyirəm ki, mən də könüllülər sırasında olum.

Vəliyev Adil Samir oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri

X X X

Cənab Prezident,

Ulu öndərimiz Heydər Əliyev tərəfindən bölünməz, müstəqil və demokratik Azərbaycan uğrunda başlanan mübarizə Sizin tərəfinizdən bu gün də uğurla davam etdirilir. Şəhidlərin qanı bahasına istiqlaliyyət əldə edən ölkəni illər sınağa çəkdi. Müstəqillik qazanan ölkə dağılmaq, parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi ilə üzləşmişdi. Təsadüfi adamlar xalqın adından danışır, özünü idarə etməyi belə bacarmayanlar xalqa rəhbərlik eşqinə düşmüşdülər. Ölkəmiz də xaos hökm sürürdü. Azərbaycan xəritəsində nəhəng, qüdrətli qanadlarını açaraq Xəzərin ənginliklərində süzməyə hazırlaşan bir qartalı xatırladan ölkəmizin əzəmətinə paxıllıq edən nankor qonşularımız olan erməni faşistləri zaman-zaman öz iblis xislətlərini üzə çıxararaq torpağımıza göz dikmiş, fürsət düşən kimi yurdumuzun bütövlüyünə zərbə vurmağa çalışmışlar. Məhz bu məqsədlə ermənilər Azərbaycana düşmən kəsilən qüvvələrlə birləşərək ölkəmizə hücum etdilər. Torpaqlarımızın bir hissəsini işğal etməyə nail oldular. Bu yolda çox şəhidlər verdik, çox qan axıtdıq. Xalqımızın istəyi ilə 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan inamı artırdı. Azərbaycan xalqı parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən xilas olundu.

Əfqanıstan müharibə veteranı, II qrup əliləm. Bir Azərbaycan vətəndaşı olaraq hər an döyüşməyə hazıram. Sizin əmriniz gözləyirəm.

Hörmətlə,
Bədəlov Səməd İslam oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri, Rvo kəndi

X X X

Cənab Ali Baş Komandan,

Mən bir Milli Qvardiyaçı kimi Sizin əmrinizi gözləyirəm. İçdiyim anda sadiq olaraq, son damla qanıma kimi düşmənə qarşı vuruşmağa hazıram. Təki Vətən sağ olsun! Ehtiyatda olan qvardiyaçı dostlarımız və öz adımdan bildirmək istəyirəm ki, hər zaman Ali Baş Komandanımızın əmrinə müntəzirik. Azərbaycan igidləri Sizin yanınızdadır. Var olsun şanlı Azərbaycan!

Hörmətlə,
Mürsəliyev Cavidan Vaqif oğlu
Azərbaycan Respublikası, Şabran şəhəri, Aygünlü kəndi

X X X

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev,

Biz Norveçdə yaşayan azərbaycanlılar olaraq ordumuzun qələbələrinə və torpaqlarımızın bir qisminin azad olunmasına sevinirik və ordumuzla qürur duyuruq. Biz inanırıq və həmişə inanmışıq ki, ermənilər tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlarımız Sizin rəhbərliyiniz, apardığınız daxili və xarici siyasət və ordumuzun gücü ilə yaxın gələcəkdə azad olunacaq. İnşallah Azərbaycan bayrağı Xankəndi və Şuşa şəhərlərində dalğalanacaq.

Mən ailəmlə Azərbaycandan uzaqda, Norveçin Stavanger şəhərində yaşasam da, daim Vətənimiz Azərbaycanda baş verən davamlı inkişafı izləyir və Sizi hər zaman dəstəkləyirik.

Hörmətlə,
Sadıxov Emin Aydın oğlu
Norveç, Stavanger şəhəri

X X X

Hörmətli cənab Ali Baş Komandan,

Sizdən xahiş edirəm Qarabağın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirakıma icazə verəsiniz. Mən də Azərbaycan oğluyam. Vətənimin torpaqlarını düşməndən azad etmək kimi şərəfli vəzifəni yerinə yetirmək istəyirəm.

Dərin hörmətlə,
Məmmədov Elmar Aslan oğlu
Qazaxıstan Respublikası, Astana şəhəri

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Qarabağda düşmənə vurduğumuz sarsıdıcı zərbəyə görə Sizə minnətdarlığımı bildiririk. Bu öldürücü zərbələrin ardının gəlməyini gözləyirik. Sizin bu addımınızı uşaqdan tutmuş böyüyə qədər hamı dəstəkləyir və yanınızda olduğumuzu bildiririk. Lazım gələrsə, əmrinizlə hamımız bir yumruq olub Sizin bayrağınız altında birləşməyə hazırıq. İnşallah, Qarabağda, Xocalıda tökülən qanlar yerdə qalmayacaq. Hamımız buna çox inanırıq.

Əhsən sənə Azərbaycan əsgəri! Vur zərbəni, vur qadasın aldığım!

Hörmətlə,
Mustafazadə Mirəli Asif oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu.

X X X

Möhtərəm cənab Prezident.

Ölkəmiz üçün taleyüklü məsələlərdə Ulu Öndər xalqı başına yığardı və hər kəsə sübut edərdi ki, Heydər-xalq birliyi sarsılmazdır. Bu gün tarixi bir şans yaranıb. Danışıqlar masasında hər kəs bilməlidir ki, Azərbaycan xalqı cəsurdur və müharibə istəyir. Xalqımız torpaqlarını müharibə yolu ilə almaq əzmindədir.

Hörmətli cənab Prezident, Mən Sizin adınızın tariximizə qızıl hərflərlə yazılmasını görmək istəyirəm. Bunun baş verəcəyinə inanıram.

Hörmətlə,
İsmayılov Natiq Fəxrəddin oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi salamlayır və cəbhədəki uğurlar münasibətilə təbrik edirəm. Biz Sizə və Sizin sayənizdə formalaşan güclü Ordumuza güvənirik. Onu da bilirik ki, Ordumuz işğal olunmuş ərazilərimizi mənfur düşməndən bir həftə ərzində təmizləməyə qadirdir.

Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. İstənilən an döyüşə getməyə, torpaqlarımız, Vətənimizin və ölkəmiz uğrunda vuruşmağa hazırıq. İnanırıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə tam azad ediləcək.

Sizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,
Səmədov Muxtar Fəttah oğlu, məcburi köçkün.
Azərbaycan Respublikası, Laçın rayonu, Dambulaq kəndi.

X X X

Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi salamlayır və cəbhədəki uğurlar münasibətilə təbrik edirəm. Biz Sizə və Sizin sayənizdə formalaşan güclü Ordumuza güvənirik. Onu da bilirik ki, Ordumuz işğal olunmuş ərazilərimizi mənfur düşməndən bir həftə ərzində təmizləməyə qadirdir.

Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. İstənilən an döyüşə getməyə, torpaqlarımız, Vətənimizin və ölkəmiz uğrunda vuruşmağa hazırıq. İnanırıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə tam azad ediləcək.

Sizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,
Səmədov Muxtar Fəttah oğlu, məcburi köçkün.
Azərbaycan Respublikası, Laçın rayonu, Dambulaq kəndi.

X X X

Hörmətli cənab Prezident İlham Əliyev.

Azərbaycan Respublikasının çiçəklənməsi, abadlaşması, insanların sosial təminatının yaxşılaşması, zəbt olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində göstərdiyiniz böyük səylərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycan xalqı sevinc içərisindədir. Şəhidlərimizi də qürurla qarşılayırıq. Xalqının indiki birliyinin formalaşmasında Sizin əməyiniz təqdirəlayiqdir.

Cənab Prezident, bir vətəndaş olaraq ölkəmizin çiçəklənməsi, azadlığı naminə, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparmağa həmişə hazıram.

Hörmətlə,
Abdullayev Dünyamalı Sabir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Boradigah qəsəbəsi.

X X X

Cənab Ali Baş Komandan.

Bir Azərbaycan gənci olaraq Sizə bildirmək istəyirəm ki, biz gənclər Sizin siyasətinizi dəstəkləyir və Sizə inanırıq. Sizin uğurlu islahatlarınız nəticəsində çiçəklənən Azərbaycan üçün döyüşməyə hazıram. Yetər ki, əmr edin, cənab Ali Baş Komandan!

Hörmətlə,
Əkbərov Vüqar Eldar oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

X X X

Hörmətli cənab Prezident.

Cəbhədə əldə olunmuş qələbə münasibətilə Sizi təbrik edirəm. Sizə qarşıdan gələn günlərdə yeni nailiyyətlər qazanmağı arzu edirəm.

Məndə öz növbəmdə Sizin verdiyiniz tapşırıqlar əsasında üzərimə düşən bütün vəzifələri yerinə yetirməyə hazıram. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam və Azərbaycan xalqına xidmət edirəm.

Hörmətlə,
Nəcəfov Sirac Vaqif oğlu.
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Amankənd kəndi.

X X X

Hörmətli cənab Prezident.

Ordumuzun cəbhədəki uğurlu əməliyyatlarını alqışlayıram. Bu qələbələrə sevinir və yenidən cəbhəyə getməyə daha da ruhlanıram. Mən özüm 1994-1997-ci illərdə Tərtər rayonunda hərbi xidmətdə olmuşam. Oraları çox yaxşı tanıyıram. Əgər əmriniz olsa, əldə silah yenidən Vətənin müdafiəsinə hazıram.

Hörmətlə,
Nəcəfov Aqil Çingiz oğlu.
Azərbaycan Respublikası, Zərdab rayonu, Əlicanlı kəndi.

X X X

Hörmətli cənab Prezident.

Rusiyada yaşasaq da, cəbhədə atəşkəsin intensiv şəkildə pozulmasını, Qarabağda gedən döyüşləri diqqətlə izləyirik. Ordumuzun cəbhədəki uğurları hər birimizi sevindirir. Bu münasibətlə Sizi, xalqımızı və Ordumuzun bütün zabit və əsgər heyətini təbrik edirik. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Cənab Ali Baş Komandan, Orenburqda yaşayan həmvətənlərimiz adından Sizdən səfərbərlik əmri verməyinizi xahiş edirik. Bizim güclü Ordumuz var, amma biz də Vətənimiz uğrunda döyüşməyə hazırıq. Birliyimiz gücümüz, gücümüz isə təsir imkanlarımızdır.

Hörmətlə, Hüseynov Elvin İbrahim oğlu.
Rusiya Federasiyası, Orenburq şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Son günlər cəbhə xəttində - Tərtər, Ağdam, Xocavənd rayonları ərazilərində baş vermiş məlum hadisələr biz keçmiş Qarabağ döyüşçülərini ciddi narahat etməkdədir. Belə ki, son günlər cəbhə xəttində yerləşən bütün sərhədyanı rayonlarımızın mülki əhalisinin xain erməni işğalçıları tərəfindən iriçaplı silahlarla intensiv atəşə tutması və düşmənin bu yöndə işğalçı siyasətini davam etdirməsi bizi hiddətləndirib. Lakin Sizin rəhbərliyinizlə qəhrəman zabit və əsgərlərimizin buna layiqli cavab verərək düşmənə həlledici zərbələr vurması, işğal altında olan məntəqələrimizin işğalçılardan azad edilməsi xəbərini ruh yüksəkliyi və böyük həyəcanla izləyirik. İyirmi ildən artıq işğal altında olan torpaqlarımızın azad edilməsi və yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tarixi Azərbaycan torpaqlarına qayıtmasını səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan, biz - Abşeron rayonunun keçmiş Qarabağ döyüşçüləri bu müqəddəs yolda Sizin hər bir addımınızı qətiyyətlə dəstəkləyirik və əmrinizə hər zaman müntəzir olduğumuzu bəyan edirik. Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzu edirik.

Hörmətlə,
Cabbarov Cabbar,
AVMVİB-nin Abşeron şöbəsinin sədri.
Azərbaycan Respublikası, Abşeron rayonu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti