...

Elmar Məmmədyarov İndoneziyanın yeni səfiri ilə görüşüb

Siyasət Materials 11 Aprel 2016 15:12 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fananini qəbul edib.
Elmar Məmmədyarov İndoneziyanın yeni səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fananini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov H.Fananini yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və İndoneziya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfir H.Fananiyə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti