...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu təsdiq edildi

Siyasət Materials 21 Aprel 2016 13:56 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu təsdiq edildi

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında 2016-cı il martın 5-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti